Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

Təhsilə Konstruktiv yanaşma

Bizim müsahibə

Dünya təhsil sistemində inteqrasiyanın genişləndiyi və korrelyativ mahiyyət kəsb etdiyi, qloballaşma və yeni texnologiyadan istifadənin dərinləşdiyi bir zamanda beynəlxalq miqyaslı tədbirlərin təşkili əsrin tələbinə çevrilir.

Həmin elmi məclislər problemlərin həlli və uğurların təhlili və təbliği baxımından əhəmiyyətlidir.Belə tədbirlərdən biri Moskva şəhər Təhsil departamenti nəzdində Mədəniyyət və Təhsil Akademiyasının keçirdiyi benəlxalq konqres olmuşdur.

Həmin tədbirə Özəl “İdrak məktəbi”nin direktoru Fatma Bünyadova da dəvət olunmuşdu.Əməkdaşımızın F.Bünyadova ilə söhbətində konqresdə dinlənilmiş məsələlərlə bağlı məsələlərə toxunulmuşdur.

— Fatma xanım, məqsəd, məzmun, forma, metod və vasitə kimi tərəfləri vəhdətdə götürən təlim prosesin ümumi vəzifəsi cəmiyyət üçün kamil insan formalaşdırmaqdır.Bu insan nəcib əxlaqi keyfiyyətləri ilə seçilməli, milli və dünyəvi maddi və mənəvi dəyərləri qiymətləndirməyi bacarmalı, təfəkkür dərinliyi və təxəyyül zənginliyi ilə intellekt əsrinin tələbləri fövqündə durmalıdır.Dünya təhsil təcrübəsi təsdiq edir ki, ilk növbədə öyrənənin təfəkkürü inkişaf etdirilməli, bunun üçün “təlimin məzmunu daim yeniləşdirilməli, dərinləşdirilməli, obyektiv gerçəkliyə daha çox yaxınlaşma istiqamətində inkişaf etdirilməlidir.”

Beynəlxalq konqresdəki məruzəniz təfəkkür nəzəriyyəsinə həsr olunmuş, təhsilə konstruktiv yanaşmadan danışmışsınız.Təbii ki, söhbət uşaq təfəkküründən gedir.

— İsveç psixoloqu Piaje uşaq təfəkkürünü intellektual fəaliyyətin inkişafı kimi qiymətləndirmişdir.Bu böyük alim özünün idrak nəzəriyyəsində bu inkişafı üç mərhələdə əməliyyatın aparılması kimi təyin etmişdir.

İlkin mərhələdə bu, uşağın 7-8 yaşına qədər formalaşan təfəkkürü olub, məntiqəqədərki, intuitiv təfəkkürüdür.Bu dövrün sonlarına yaxın yaranan intuitiv fikirlər məntiqin əmələ gəlməsinə istiqamət verir.

11-12 yaşa qədərki ikinci mərhələdə uşaq tamı hissələrə bölüb, əməliyyat apara bilir.O, konkret əməliyyatlar aparır, bu yaşda olan uşağın təfəkkürü obyektlə bağlı dəyişikliyi dərk edə bilir.Araşdırma göstərir ki, bu ilk iki mərhələdə uşağın təfəkkürü sinkreti (bütöv) səciyyəli olur.

Yeniyetməlik dövrü olan üçüncü mərhələdə formal təfəkkür yaranır.Formal əməliyyatlar vasitəsilə fikirlər qruplaşdırılır, bunlarda məntiqi əməliyyatlar öz əksini tapır.Təfəkkürün əməliyyatçılıq xarakterini dərk etmək üçün Piaje tamlıq məntiqi qurmuşdur.

— Tamlıq məntiqinə daxil olan tərəflər hansıdır? Bu məntiqin məzmunu barədə oxucularımızın da məkumatı olsa yaxşıdır.

— Piaje bu məntiqə riyazi təfəkkürün “qrup” və “qruplaşma” anlayışını daxil etmişdir.Onun yazdığına görə, “qrup” anlayışı tam rəqəmlərin ardıcıllığına, məkan, zman strukturlarına, cəbr əməliyyatlarına və s. Tətbiq olunur.”Qruplaşdırma” anlayışı məntiqi təfəkkürün (təsnifat, seriallaşdırma və s.) sadə forması üçün xarakterikdir.

Piaje riyazi qayda “qrupu” üçün 4 şərt, keyfiyyət qaydasının “qruplaşdırılması” üçün 5 şərt müəyyənləşdirilmişdir.Əgər bu şərtlər riyazi qayda üçün dil, nitq ilə ifadə olunursa, təbii ki, bu şərtlər hər bir dildə ola bilər.

Bundan çıxış edərək bu yanaşmada dildə “qrup” anlayışı, yəni dil “qruplarına” dilin lüğət tərkibi kimi, “qruplaşmaya” isə təfəkkürün sadə əməliyyatları kimi baxıla bilər.Piajenin yazdığı kimi, “dil uşağa tam hazır formalaşmış sistemlər anlayışını, klassifikasiyanı, yanaşmanı və qrammatik qaydaları verir ki, o da bunların köməyilə öz fikirlərini düzgün ifadə etməyə çalışır.”

“Qrup” və “qruplaşmanın” əmələ gəlməsinin şərtləri bizim müəyyənləşdirdiyimiz dil “qruplarına” uyğun olaraq aşağıdakılardır:

1. “Qruplaşmanın” hər hansı iki strukturu, yəni müxtəlif nitq hissələrinin öz aralarında birləşib həmin qruplaşmadan olanyeni strukturu əmələ gətirən sözlər.məsələn: günə, baxan – günəbaxan (mürəkkəb söz), qara, göz – qaragöz (mürəkkəb söz), böyük – böyük ev (söz birləşməsi).

2.  İki yanaşma. A > V, V > S  AS əlaqəsi ilə birləşə bilər.

Dilçilik nöqteyi – nəzərdən əgər isim sifətlə, sifət isə sayla uzlaşırsa, onda isim sayla uzlaşır, yaxud əgər isim əşyanı bildirirsə, fel isə əşyanın hərəkətini və zərf hərəkətin əlamətini bildirirsə, onda zərf ismin əlamətini bildirir, İsim < fel, fel < zərf, isim < zərf.

Yaxud əgər bunları rəqəm ilə göstərsək, onda aşağıdakılar alınır: 1 < 5    5 < 6  1 < 6. Bu şərtlət uzlaşma adlanır, bu şərtlərin təsiri altına düşən dilin strukturu isə uzlaşdırılmış strukturlar adlanacaq.

3.  Hər cür transformasiya dönmə qabiliyyətinə malikdir.Məsələn: sözləri adlıq haldan başlamış çıxışlıq hala qədər dəyişdirmək olar.Çıxışlıq haldan yenidən adlıq hala qaytarmaq olar.

Bu şərt dönmə adlanır, bu şərtlərin təsiri altına düşən dil strukturu isə dönmə strukturları adlanacaq.Bu strukturlar Rusiya akademiki Erdniyevin möhkəmləndirilmiş bilik strukturları ilə səsləşir.

Əməliyyatların kompozisiyası “assosiativdir”, yəni təfəkkür həmişə kənara çıxmaq hallarını tapmaq qabiliyyətini saxlayır və müxtəlif yollarla alınan nəticə bütün hallarda demək olar ki, eynilə qalır.Misal üçün “məktubu yazıram” söz birləşməsini götürək.Buna cümlə kontekstində morfoloji nöqteyi – nəzərdən təsirlik halında olan tamamlıq kimi, sintaksisdə isə uzlaşma kimi baxıla bilər (yazıram sözü məktub sözünün məhz təsirlik halında olmasını tələb edir – bu uzlaşmadır; məktub sözü təsirlik halında olanisimlə ifadə olunan cümlənin baş üzvünü tamamlayır).

Bu şərt assosiativ adlanır, bu şərtlərin təsiri altına düşən dil strukturları isə assosiativ strukturları adlanacaq.

Əməliyyat özünün əks əməliyyatı ilə ləğv olunur.Məsələn: gün (təkdə) + gün (təkdə) = günlər (cəmdə) və ya iki gün (bu birləşmə əmliyyatıdır). Cəm halından tək halına qayıdış iki gün – gün – bir gün bundan əvvəlki əməliyyatı heçə gətirib çıxarır.Bu şərt ləğv olunmuş, dilin strukturları isələğv olunmuş strukturlar adlanacaq.

Xüsusi tam eyni əməliyyat, yəni kompozisiya nəticəsində öz – özünə artırılan vahid, yeni rəqəm əmələ gətirir.Misal üçün, bir sadə cümlə üstəgəl başqa sadə cümlə yeni mürəkkəb cümlə əmələ gətirir və yaxud bir sadə söz üstəgəl başqa bir sadə söz yeni – mürəkkəb bir söz əmələ gətirir.Məsələn: Göy guruldadı.Möhkəm yağış yağdı.Günə, baxan. Göy guruldadı və möhkəm yağış yağdı (mürəkkəb cümlə). Günəbaxan(mürəkkəb söz).Bu şərt olaraq eyni, strukturlar isə eynilik adlandırırlar.

— Söhbətinizdən bəlli oldu ki, idrak nəzəriyyəsi və təhsil bölməsindəki məruzənizdə məntiqin təsnifat, seriallaşdırma, əvəzetmə, zənginləşdirilmə, multiplikativ əməliyyatlarından danışmışsınız.Piajenin məntiqi tamlığının Azərbaycan dili timsalında məntiqi biliklər strukturundan – biliklərin məntiqi strukturundan bəhs etmişsiniz.Bunlar haqqında fikirlərinizi yığcam şəkildə qeyd edərdiniz.

— Buraya uzlaşdırılmış strukturlar daxildir.Biliklərin iki strukturu ümumi əlaqələrləuzlaşaraq birləşib, biliklərin yeni strukturunu yaradır.

Ümumi əlaqələrlə birləşən biliklərin yaranan strukturu qayıdan səciyyəli olub, transformasiya olunur.belə struktur qayıdış strukturlar adlanır.

Assosiativ strukturlar: təfəkkür özündə kənara çıxma hallarını və qərarın başqa variantlarını tapmaq qabiliyyətini qoruyub saxlayır.

Əgər biliklər strukturu sıfıra doğru çoxalırsa, ləğv olunur, yox olur, təsirə salınır.Bu, ləğv etmə strukturuna daxildir.

Eynilik strukturu isə budur: iki eyni struktur bir mürəkkəb strukturda birləşə bilir.

— Fənn biliklərinin strukturları üzərində təfəkkürün məntiqi əməliyyatları haqqında tezis şəklində də olsa məlumat verdiniz.

Təfəkkür nəzəriyyəsi, məktəb elminin məntiqi və təhsildə konstruktiv istiqamət məsələsi barədə fikrinizi bilmək istərdik.

—  Piajenin təfəkkür nəzəriyyəsi keçən yüz illiyin 40 – cı illərində yaranmışdır.Ənənəvi məktəb öz başlanğıcını Komenskinin didaktikasından götürür, baxmayaraq ki, böyük didaktın ən əsas qaydalarından biri olan “öyrənilməsi lazım olan hər bir şey əvvəlcə ümumi şəkildə, sonra isə hissələrlə təklif olunur” fikri həm keçmiş, həm də indiki yüzilliyin didaktları tərəfindən çoxdan unudulmuşdur.Yəni Komenski tam biliklər strukturunu  fikrində tuturdu, Piaje isə bunu öz konsepsiyasında elmi əsaslarla təsdiq etdi.Bunu bilərək və başa düşərək biz Piajenin təfəkkür nəzəriyyəsi ilə təlimin ənənəvi üsulunu götürüb konstruktiv istiqamətdə konstruktiv təlim prinsiplərimizi yaratdıq.konstruktiv təlim – bu, yaradıcı əməli təlimdir.Onun məqsədi bilikləri başa düşmək və dərk etmək üçün konstruktiv dəyişməsidir.

Konstruktiv təlim – bu, indi və gələcəkdə əldə olunmuş, əldə olunacaq biliklərin şagirdlərin kooperasiyada dərk etmə fəaliyyətinin köməyi ilə olur.Təhsil sistemində konstruktiv yanaşma öz başlanğıcını Devey və C.Bruneri, Montessori, Piaje və Vıqotskinin nəzəri və təcrübi işlərindən götürmüşdür.

Təqdim olunmuş konstruktiv təlimin fəlsəfəsi C.Brunerin konstruktivizminin fəlsəfəsi ilə assosiasiya olunur.

Bizim təlimin fəlsəfəsi Şərq və Qərb fəlsəfəsi təliminin (tamdan hissəyə və hissədən tama doğru) sintezidir.

Konstruktiv təlimin əsas göstəricisi biliyin həcmi yox, bilmədiyin haqqında fikir yürütmək və fərdi olaraq bilik qazanmaqdır.

Müəllimin layihələşdirdiyi dərsin ənənəvi planlaşdırılan dərsdən fərqi ondadır ki, əgər planlaşdırma ardıcıl izahatdırsa, bilik ötürülməsidirsə, layihələşdirilən dərsdə müəllim öyrənilən biliyin keçmiş bilik və gələcək bilik arasında düşündürücü suallar qoyur və bu sual hər bir şagird təfəkküründə özünəməxsus cavablar taparaq onu bu sualı cavablandırmağa meylli edir.Komanda formasında işləyən şagirdlər fikirlərini bölüşərək, bu cavabı genişləndirir, əsaslandırır və ümumi müzakirəyə çıxarırlar.Müəllim dərsi layihələşdirəndə, konstruktiv təlimin 7 elementinə əsaslanmalıdır:

Axtarış.  Müəllim mövzuya aid sualları mövzu barədə, şagirdlərin bu barədə nəyi bildiklərini, nə edəcəklərini, hansı qərarlar qəbul edib və nə kimi nəticələrə gələcəklərini müəyyən etmək məqsədilə hazırlayır.Bu, mövzunun əhəmiyyətinin və biliklər sistemində onun yerinin müəyyən edilməsinə səbəb olur.

Məntiqi biliklər strukturları.  Müəllim hansı məntiqi bilik strukturlarından istifadə edəcəyini, şagirdlərin nəyi modelləşdirəcəyini, qrafik təsvir, yaxud şərh edəcəyini müəyyən etməlidir.

Fəaliyyət strukturları (S.Kaqanın strukturları). Müəllim fəaliyyət strukturunu seçir: fərdi, qoşma, komandada fəaliyyət, diskussiyalar, dairəvi masa, breyrinq, dialoq, rollu oyunlar və s.

Məntiqi təfəkkür əməliyyatları.  Müəllim dərsdə şagirdlərin biliklərinin keyfiyyətcə dəyişməsi, onun mahiyyətinin anlaşılmasının genişləndirilməsi üçün hansı məntiqi məqsədlərin və sualların qoyulmasını nəzərdə tutur.

Əlaqələr.  Şagirdlərin bilikləri arasındakı məntiqi əlaqəni aydınlaşdırmaq, onların bu əlaqəni digər əlaqələrlə tamamlayaraq hansı nəticəyə gələcəklərini, aldıqları bilikləri necə aydınlaşdıracaqlarını müəyyənləşdirir.

Suallar. Mövzunun strukturuna məntiqi daxil olmaq, bir strukturdan digərinə keçərkən mülahizələrini davam etdirmək, gözlənilən suallar, düşünmək üçün problematik suallar.

Əlavələr və nəticələr. Müəllim yeni biliyi yalnız mövcud biliklərlə deyil, həm də əlavələrlə uyğunlaşdıraraq, assosiasiya edərək, qarışdıraraq, zənginləşdirərək tamamlayır ki, bu da onun yeni, daha geniş, dərin dərk edilməsi və aydınlaşdırılması ilə nəticələnir.

Əks edilmə. Şagirdlərin biliklər sistemində qurulmuş biliyin təsəvvür edilməsi və onun sosiallaşdırılması.Biliklərin analizi və sintezi bacarığı və vərdişinin, onların digər biliklərlə əlaqələrinin və kooperasiya fəaliyyəti nəticəsində onların ümumiləşdirilməsinin əks edilməsi.

Konstruktiv təlim rejimində qurulmuş tədris prosesi şagirdləri formalaşmış əqli və sosial vərdişlərə və bacarıqlara malik şəxsiyyətlər kimi yetişdirmək imkanı yaradır.

“İdrak məktəbi”ni keçmiş şagirdlər öz yaşıdlarından ağlın zirəkliyi, qeyri – adi qərarlar qəbul edilməsi, təfəkkürün fəal generasiyası ilə fərqlənirlər.Eyni zamanda, onlar sosial cəhətdən tərbiyəlidirlər, dözümlüdürlər, özgəsinin nöqteyi – nəzərini qəbul edib,. Onlara yardım etməyi, onları dinləməyi, öz ləyaqətlərini qorumağı bacarırlar.Eyni sözləri “İdrak məktəbi”nin müəllimləri haqqında da demək olar.Konstruktiv tədris prosesində şagirdlərlə qarşılıqlı əlaqədə olaraq onlar şagirdlərin biliklərini zənginləşdirməklə, özləri də zənginləşirlər və öz daxili imkanlarına əsaslanaraq işlərinin yaradıcısı olurlar.

“İdrak məktəbi”nin proqramı J.Piajenin bütövlük məntiqi əsasında formalaşdırılmış, üfüqi bütövlük sxemində qurulmuş predmet biliklərinə malikdir.biliklərin invariantları üzərində yaradılan, dəyişən bilik strukturları biliklərin matrisasını təşkil edir.Bu matrisada bilik strukturlarını idrakın inkişafı strukturlarına izomorf şəkildə qurmaq olar.Biliklərin belə məntiqi qurulması təhsil müddətini 2 – 3 il qısaldır və eyni zamanda, hər bir şagirdə qabiliyyətinə uyğun olaraq biliklərini bütövlükdə genişləndirmək imkanı yaradır.

Ş.Hətəmoğlu

                               “Azərbaycan müəllimi” qəzeti, 27 may 2005 – ci il

Baxış: 1918

Leave a Reply

You must be logged in to post a comment.

Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe