Uşaqlar dünyanı belə görürlər
Fatma xanım Bünyatova
Nigarın görümləri
Nigar məktəbdən (Nigarın dilində hazırlıq qrupu — məktəbdir) evə çox vaxt getmək istəmir. Bir gün Nigar məktəbdən çıxıb dostugilə gedəndə Tofiq müəllim (həm də onun «tutma babası») ona deyir:
-Niquş, belə getsə səni məhəlləyə buraxmayacaqlar ki, sən burda yaşamırsan, hərdən-birdən gəlirsən.
Nigar əllərini belinə qoyub şəstlə dedi:
— Mən özümü onlara tanıtdıraram.
-Necə?-deyə Tofiq müəllim soruşdu.
-Gedib atamgilə deyərəm ki bəs mən sizin qızınızam axı. Onda məni hamı onlara görə tanıyar.
![]()
Nigarın qardaşı Ağaxan onu həyətdə oynamağa çağırır. Nigar bu çağırışa fikir vermir. Anası bunu görərək Nigara deyir:
-Ay Nigar, axı Ağaxan səni oynamağa çağırır.
-Eh, eşidirəm. Yəqin döyməyə adam axtarır.
![]()
Bir gün Nigar evə gedəndə uşaqlara meyvə paylamalı olur. Uşaqlar diqqətlə Nigarın pay bölümünə baxırdılar. Nigar hərəyə bir dilim alma verib özünə də birini götürdü. Sonra o torbanın ağzını bağlayaraq dedi:
— Qalanıda qaqaşın. O, evdə yeyəcək.







