Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

Çoxüzlü( Elmi-bədii hekayə)

Nurlan Quliyeva

Zaman səthi sonlu sayda müstəvi çoxbucaqlıdan ibarət olan məkanda durmadan irəliləyir, zamanla təfəkkürü kamilləşdirəcəyinə inanırdı. O, həyatı qaydaya saldığını fikirləşərkən müstəvi fiqurlarının narazılığı fəzanı bürüdü.

Müstəvi fiqurları:

— Ədalətsizlikdir! – dedilər. – Fəzadakı cisimlər əsasən, düzbucaqlı çoxbucaqlılar üzərində qurulubdur.  Ayrılıb müstəvi fiqurları olacağıq.

Fəza susdu. Zaman dayanmaq, yaşam məhv olmaq təhlükəsi ilə üzləşdi. Məsələnin ciddiləşdiyini görüb təfəkkür işə qarışdı.

— Dostlar, gəlin yaşama zərər vurmadan problemimizi həll edək! Nədən narazısınız ?

Prizma:

—  Oturacaqlqrım istənilən çoxbucaqlı, yan səthim düzbucaqlılardan ibarətdir. Əsasən düz( tilləri perpendikulyar) və düzgün(tərəfləri bərabər) olan halıma baxılır, həllim zamanı düzbucaqlının( S=ab, d2 = a2 + b2 – Pifaqor teoremi) və düzbucaqlı üçbucağın  düsturlarından istifadə olunur. Başqa çoxbucaqlılar inciyir!

Paralelopiped onunla razılaşdı. Kub problemi olmadığını, onsuz da düz bucaqlardan ibarət olduğunu dedi.

Silindr və konus kölgələrinə baxaraq kədərləndilər. Görüntülərində düz bucaq yox idi.

Təfəkkür bu cisimlərin obrazlarını oxşadı.

— Silindr sən düzbucaqlı üçbucağın katetlərindən biri ətrafında fırlanmasından, Konus sən isə düzbucaqlının tərəflərindən biri ətrafında fırlanmasından alınmısan.

Pramida tillərində perpendikulyarlıq tapmayıb:

— Oturacağım çoxbucaqlı, yan səthim ortaq təpəli üçbucaqlardan ibarətdir. – söylədi. — Məndə müstəvi fəzaya yüksəlir. Bu yersiz söhbətləri yığışdırın. Dostluğumuza kolgə salmayın!

Prizma piramidadan narazı qaldı.

— Sənin düz bucaq problemin yoxdu. Ona görə, arxayın danışırsan.

— Düzlük özümdədir. Görmürsən necə möhtəşəməm!

Təfəkkür çoxüzlüləri dinləyərək fikrə getdi. Dahilərdən birinin “Danış ki, görüm səni!” sözlərini xatırlayıb gülümsədi.

— Sizi başa düşdüm. Adınız çoxüzlü olsa da, həlləriniz düzdən asılıdır. Ey çoxbucaqlılar, real olun. Düzbucaqlıların hesabına ayaq üstə dayandığınızı qəbul edin. Formanızdan asılı olmayaraq düz olmağa çalışın. Ədaləti zamanın ixtiyarına buraxın. Allahın köməyi ilə düzlər qalib olur!

Zaman ağıllı təfəkkürün sözlərindən xoşlanıb öz axarına düşdü.

— Günün yox, tarixin qalibi olmağa çalışın! – söylədi.

Baxış: 1616

Leave a Reply

You must be logged in to post a comment.

Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe