…nə yaza, nə oxuya bilirdik
«İdrak məktəbi»Montessori pre-school qrupunun tərbiyəcisi
Biz bu qrupa gələndə nə yaza, nə oxuya bilirdik
İl ərzində çalışdıq hərfləri tanıyıb öyrəndik, yazmağa
başladıq. Hərflərlə bərabər rəqəmləri də öyrəndik. Əvvəlcə barmaqlarımızda, sonra çöplərdə
saymağa başladıq. Beləliklə ilin axırına qədər yazıb və hesablamaqla
tanış olduq. İngilis dilində şeir, mahnı öyrəndik. Rəqs etdik, mahnılar
oxuduq, şəkil çəkdik,dünyamızı qurmağa başladıq.Günümüz şən,
əhvalımız yaxşı keçdi. Hökümə xalanın xörəyini yeyib beləcə bir qarış
böyüdük, xeyli kökəldik və ilin axırına gəlib çatdıq. İndi də gedəcəyik
tətilə və sonra kimi məktəbə, kimidə yenə də qrupa gedəcək.
Görüşərik!
Baxış: 1688