Konstruktiv təlim: mahiyyət, prinsip, vəzifələr və dərslərdən nümunələr
İnnovativ texnologiyalara Azərbaycan təhsilində yol acıldığına görə «Konstruktiv təlim: mahiyyət, prinsip, vəzifələr və dərslərdən nümunələr» kitabını hissə- hissə çap eləməyi qərarına gəldik.
Yaradıcı müəllim Fatma xanım Bünyatovanın bu kitabına konstruktiv təlimlə bağlı fikirlərini əks etdirən məqalələr daxildir. Birinci fəsildə müəllif interaktiv texnologiyanı ənənəvi pedaqogikanın alternativi kimi dəyərləndirir, interaktiv texnologiyanın istiqamətlərini və yeni texnologiyalara verilən tələbləri şərh etmişdir. İkinci fəsildə konstruktiv təlimin fəlsəfəsi, mahiyyəti və məqsədi açıqlanmış, elmi əsasları və prinsipləri təhlil olunmuşdur. Bu təlimlə işləyən müəllimin və şagirdlərin rolu üçüncü fəsildə aydınlaşdırılır. Konstruktiv təlimin prinsipləri və belə təlimlə işləyən müəllimlərin dərslərinin layihələşdirilməsi, keçirilməsi və nəzarət məsələləri sonrakı fəsillərdə təcrübə faktları əsasında təsvir, şərh və təhlil olunmuşdur.Titul list-kt mahiyyət, prinsip və s.
Kitabın örijinalını «İdrak məktəbi»ndən əldə etmək olar. tel.4415806