Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

«KONSTRUKTİV TƏLİM: mahiyyət, prinsip, vəzifələr və dərslərdən nümunələr» kitabı

kitab uz

 

   «KONSTRUKTİV TƏLİM: mahiyyət,  prinsip,  vəzifələr  və  dərslərdən  nümunələr»  kitabı  2008-ci  iləd  çap  edilən  zaman  bu  təlim    geniş  pedaqoji  ictimayətə  tanış  deyildir.  Bu  gün  artıq   konstruktiv  təlimin  əsasları  təhsilimizin  aparıcı prioritetlərindən biridir.   Yaddaşa  istiqamətlələnmiş  dərslərdən   təfəkkür  inkişaflı dərslərə   keçid  yollarını  hər  bir innovativ  müəllim   bu  kitabda  tapa  bilər.  Oxucuların çoxsaylı xahişi  ilə kitabın elektron versiyasını  szilərə təqdim edirik.

20 il öncə ənənəvi  təhsil  sisteminə bir alternativ kimi yaratdığım  “İdrak  məktəbi”  və           bu günə   qədər onun sıravi müəllimlərindən biri  olaraq  məqsədim şagirdlərdə  təkcə  bilik ,  bacarıq        və  vərdiş  yaratmaq  deyil, eyni zamanda hər  bir  şagird  təfəkkürünü düşüncə yoluna istiqamətləndirib  onun  inkişafına  şərait  yaratmaqdır. Bu düşüncə yolları  hansıdır?

 

-Anlam yolu. Nəyi  öyrənmək  istəyirsənsə  əvvəlcə  onun mahiyyətini  başa  düş.

 

-Bilik yolu. Başa  düşdüyünü , eşitdiyini , oxuduğunu biliyə  çevir.

 

-Bacarıq yolu. Çox sayda  tapşırıqlar  yerinə  yetir ki, biliyi  möhkəmləndirib  itirməyəsən.

 

-Yaradıcılıq  yolu. Biliklərini hərəkətə  gətir ki, onu başqa  biliklərlə əlaqələndirib  yeni  biliklər  yaradasan.

 

Bu yolun yolçusu  olan hər bir  şəxs  istər  müəllim ,  istər  şagird  gec-tez  bu  yolun üsullarını  özünün  düşüncə  alətinə çevirmiş  olur.  Bu da  ki,  yaşadığımız   XXI əsrin informasiya  və  texnologiyanın ,  fərdiçilik  və  şəxsiyyət  münasibəti  olan  dövrün  tələblərinə  bir  növ  cavab  vermiş  olur.

 

Bu  yol çox   uzun  və  nəticəsi  tez  görünməyən  bir  yoldur. Bu yolda  bilik  müəllim  tərəfindən  ötürülmür  və   şagird  tərəfindən  yadda  saxlanılıb geri qaytarılımır ki, onun effektliyi  görünsün.

 

Bu  yol  bir  növ  səhərin  açılışı yoludur.  Onu  heç  kəs  izaləyib  görə  bilmir ki,  səhər necə açılır.  Amma, sonra şahidi  olur ki, səhər  açılıb ,  hər  şey  aydınlaşıb.

 

Mənim də  istək  və  amalım  budur ki,  “İdrak  məktəbi”nin  bütün  şagirdləri   bu  yolu  keçərək  səhəri  işıqlı ,  dünyası  aydın  və  anlamlı  olsun.

 

Fatma  xanım Bunyatova

 

“İdrak  məktəbi”nin direktoru 

 

P.S  Çox  sevindirici  və   diqqətə  layiq  bir  haldır ki,  20  il  öncə  sinif  otağında  yaranan  bir  fikir  bu  gün  dövlət  səviyyəsində təhsil  konsepsiyası  (Milli Kurrikulum) çərçivəsində  keçirilməyə  başlanıb.  Buradan yükləyin : kitab yeni

 

Baxış: 2660

Leave a Reply

You must be logged in to post a comment.

Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe