Təhsilin insan modeli, yoxsa insanın təhsil modeli
Fatma xanım Bunyatova
Beynəlxalq təhsil konfransına təqdim olunan məruzənin tesisi.
Bu məqalə insanın təhsil modelinin yaradılmasına həsr edilmişdir. Azərbaycanda və ümumilikdə dünyada aparılan təhsil islahatlarının məqsədi yeni dünyəvi təhsil modeli yaratmaqdır. Bu modelin cizgiləri Azərbaycanda fənn kurikulumlarında öz əksini tapıbdır. Bir sıra yeniliklərin olmasına baxmayaraq yeni təhsil modelində fərdlərin, insanların düşüncə səviyyələri , yaddaşları , təxəyyülləri araşdırılmamış və insanın bu xüsusiyyətlərinin üstündən ötəri sözlərlə keçilmişdir. Təhsilin insan modelini yaratmaq üçün öncə insanın əqli modelini yaratmaq lazımdır. İsanın əqli modelini XX əsrdə İsveçrə psixoloqu J.Piaje idrak nəzəriyəsində əsaslandırmışdır. Bu nəzəriyəyə əsasən fərdin idraki strukturlarının inkişaf modelini qurandan sonra ona izamorf olaraq təhsil modelini, onun bilik strukturlarını qurmaq lazımdır. Fərdin düşüncə tərzini əks etdirən bu model təlim yanaşmanı dəyişdirərək qurucu bir yanaşma ilə əvəz edir. Bu qurucu, konstruktiv yanaşmada, öz tərəfindən təhsilin ənənəvi fəlsəfəsini –Qərb fəlsəfəsini (hissədən tama çıxmanı) dəyişdirəcək. Bu dəyişmə Qərb və və Şərq (tamlıqdan hissəy cıxmaq), hissədən tama çıxmaqla) təhsil fəlsəfələrinin sintezindən ibarət olacaqdır. Bu sintezə əsasən biliklər tamdan hissəyə və hissədən tama çıxmaq zəminində öyrəniləcəkdir. Yaradılan insanın təhsil modeli, onun sintezli təhsil fəlsəfəsi təhsilin mobil olmasına, zamanla daima ayaqlaşmasına, orada hər bir öyrəncinin öz daxili imkanlarına əsasən inkişafına şərait yaradacaqdır.
Baxış: 1586