Posts Tagged ‘təhsil’
Təhsil naziri Emin müəllimin “Pandemiya dövründə təhsil müəssisələrinin fəaliyyəti haqqında» ictimaiyyətə ünvanlanan müraciətinə cavab.
Fatma xanım Bunyatova
TƏKLİFLƏR.
ARTPl hazırladığı təkliflər paketində dünyada inkişaf edilən proseslər əsasında təhsilin aparılmasına iki ssenari təklif edib. Burada təhsilin hansı formada aparılmasını, önəmli fənlərin keçirilməsinə ayrılan saatların miqdarına və proqramların dəyişdirilməsinə diqqət edilir, amma necə və nə cür? göstərilmir..
Bu təkliflərə əlavə olaraq əməli təkliflərimiz.
I. Dövlət məktəblərinin şagird yükünü azaltmaq.
- Təhsil qanununda son dəyişikliyə əsasən ümumi təhsil pilləsi üzrə ibtidai təhsil səviyyəsində təhsil almanın əyani forması sırasına sərbəst (eksternat) təhsil forması daxil edilib. Məktəbin şagird yükünü azaltmaq üçün sərbəst təhsilin hüquqi əsasları tezliklə hazırlansın və buna əsasən dünya təcrübəsindən bəhrələnərək “mini məktəblər”, “ailə məktəbləri”. “alternativ məktəblər” kimi qurumlarda ibtidai məktəb şagirdləri kiçik qruplarda öz təhsillərini davam etsinlər.
- Eksternat formasında təhsil alan natamam orta məktəb şagirdlərinin verməli olduqları imtahanlara nəzər salmaq və ən vacib olan fənləri saxlamaq.
Azərbaycan dili proqram və dərsliklərinə kurikulum ilə gətirilən yeniliklərə məntiqi baxış və ya insanın təhsil modelinin kurikulumun təhsil modeli ilə müqayisəsi.
Fatma xanım Bunyatova
Zaman-zaman təhsilə yenilik gətirmək üçün islahatlar aparılır. İsalhatların məramı yaxşı olmasına baxmayaraq istənilən nəticəyə həmişə gəlmək mümkün olmur. Təhsildə son islahat 2007-ci ildə başlamışdır və təhsil sisteminin tam dəyişməsinə yönəlmişdir. Artıq 7-çi ildir ki bu istiqamətdə iş gedir, və demək olarkı islahat yolunun yarısından coxu keçilibdir.
Ötən bu dövr ərzində fənn kurirulumlarına əsasən yeni dərsliklər , müəllim üçün dərs vəsaitləri çap edilmişdi. Böyük işlər görülmüşdi, və bu işə böyük sərmayə yatırılmışdı. Gözlənilirdi ki, təhsilin keyfiyyəti yüksələcək, lakin irəliləmə əvəzinə geriləmə yaşanır. Bunun səbəbi coxdur: proqramların standarta uyğun olmaması, dərsliklərin məntiqsiz struktur quruluşu, bir yönlü təhsil strategiyası, şəxsiyyətə yönələn, amma şəxsin əqli modelinin quruluşundan uzaq olan pedaqoji və psixoloji Read the rest of this entry »Baxış: 12729
Təhsilin insan modeli, yoxsa insanın təhsil modeli
Fatma xanım Bunyatova
Beynəlxalq təhsil konfransına təqdim olunan məruzənin tesisi.
Bu məqalə insanın təhsil modelinin yaradılmasına həsr edilmişdir. Azərbaycanda və ümumilikdə dünyada aparılan təhsil islahatlarının məqsədi yeni dünyəvi təhsil modeli yaratmaqdır. Bu modelin cizgiləri Azərbaycanda fənn kurikulumlarında öz əksini tapıbdır. Bir sıra yeniliklərin olmasına baxmayaraq yeni təhsil modelində fərdlərin, insanların düşüncə səviyyələri , yaddaşları , təxəyyülləri araşdırılmamış və insanın bu xüsusiyyətlərinin üstündən ötəri sözlərlə keçilmişdir. Təhsilin insan modelini yaratmaq üçün öncə insanın əqli modelini yaratmaq lazımdır. İsanın əqli modelini XX əsrdə İsveçrə psixoloqu J.Piaje idrak nəzəriyəsində əsaslandırmışdır. Bu nəzəriyəyə əsasən fərdin idraki strukturlarının inkişaf modelini qurandan sonra ona izamorf olaraq təhsil mo Read the rest of this entry »Baxış: 1584
İdrak məktəbinin” “After school” proqramı nədir və onun valideyn və şagirdlərə nə kimi əhəmiyyəti var?
İnkişaf etmiş ölkələrdə valideyinlərin çoxunun güclü iş rejimində işləməsi onları öz evladlarının təlim və tərbiyəsinə lazımınca diqqət ayırmasına imkan vermir. Ölkəmizdə də bir cox valideyinlər bu problemlərlə üzləşirlər.
Bu boşluğu aradan götürmək ücün “İdrak məktəbin”də “After school” (Dərsdən sonra) təhsil və istirahət proqramı bir necə ildir ki həyata kecirilr.
Bu proqramda şagirdlərin evə verilən tapşırıqların yerinə yetirməsindən başqa valideyinlərin istəyi ilə əlavə təhsil verilir, şağirdlərin hər tərəfli inkişafına zəmin yaradılır. Dərsdən sonra professional müəllimlərin yanında, sağlam bir pedağoji mühitdə olan hər bir şagird Read the rest of this entry »Baxış: 2182