“İnnovativ təlim texnologiyaları üzrə beynəlxalq mütəxəssis – ekspert” proqramı
Yaşadığımız XXI əsrdə informasiya və kommunikasiya texnologiyası cəmiyyəti dəyişdirir və onu texnoloji baxımdan sürətlə inkişaf etdirir. Bu inkişaf məktəblərdən də yan keçməyib və onun modernləşdirilməsinə şərait yaradıb. Lakin bu modernləşdirilmə əsasən İKT –nin tətbiqində özünü göstərir. Belə ki, təlim prosesini, onun məqsədlərini dəyişdirən innovativ pedaqoji texnologiyalardan az istifadə olunur. Bunun bir neçə səbəbi var:
Onlardan əsasları:
- müəllimin proqram çərçivəsində sərbəst olmaq bacarığının azlığı ;
- innovativ təlim texnologiyaları haqqında, pedaqoji təcrübələr barəsində məlumatın az olması;
- rəsmi mühitdə innovsiyaların tətbiqinə rəğbətin az olması;
Dövlət təlim strategiyasının məqsədi biliklərin mənimsənilməsi və tətbiqidir. Bu da Blum taksonomiyasında ibtidai təfəkkür mərhələsinə, yəni yaddaşa aiddir. Lakin, zaman öz diqtəsini edir, effektli nəticə verən köklü dəyişiklikləri tələb edir. Ölkə başçısın cəmiyyətin yaxın gələcəkdə nəticəli inkişafı üçün təklif etdiyi “Yol xəritəsində” ümumi təhsil sistemində “yaddaş” məktəbindən “təfəkkür” məktəbinə keçidin təmin edilməsi, mütərəqqi dünya təcrübəsinə əsaslanan təhsil proqramlarının (kurikulumların) hazırlanması və səmərəli tətbiqi, məktəb rəhbərlərinin, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması və s bu kimi istiqamətlərində işlərin görülməsi zəruri sayılır.
Peşəkar müəllim hazırlığı üçün elə peşəkar mütəxəsislər- ekspertlər hazırlanmalıdır ki, nəzəri biliklərlə yanaşı onlar praktiki olaraq innovativ texnologiyların tətbiqi alətlərinə sahib olsunlar.
Proqramda kimlər iştirak edə bilər : mentorlar, metodistlər, metodbirləşmə rəhbərləri, innovtivliyə, dəyişikliklərə açıq olan müəllimlər.
Proqram iştirakçılarının sayı 15 nəfər.
Təlim prosesi: cəmi 6 gün 5 saat olmaqla 30 saatlıq təlim paketi.
Təlimin keçirilmə günləri hər həftənin şənbə və bazar günləri , saat : 0900-14 30
Təlim “İdrak məktəbi ”nin F. Bunyatovanın Konstruktiv Təlimi mərkəzində keçirilicəkdir.
Təlim proqramının məzmunu:
Ənənəvi təlim və onun yerinə gəlmiş fəal təlim XXI əsrin tələblərinin yerinə yetirilməsinə kifayət etmir.
Yaşadığımız əsr sürətlə inkişaf etdiyi üçün öyrədənlərdən və öyrənənlərdən daha çox çeviklik tələb edir. Bu çeviklik onların təhsil qarşısında çıxan problemləri həll etməklə bərabər, təhsil alanların yeni düşüncə modelinə sahib olması üçün, innovativ təhsil alətlərinə yiyələnməsidir . Bu bir növ pedaqoji cəmiyyətdə təlim modellərini dəyişdirməklə təfəkkürün inkişafına istiqamətlənən təlim modellərindən istifadə edərək yaradıcı , öz inkişfını tənzimləyən, sosial cəhətdən açıq olan bir şəxsiyyət yetişdirməkdir.
Bu proqram XXI əsrdə vacib bir proqramdır. Çünki bu əsr təfəkkür əsri olmaqla bərabər həmdə liderlik əsridir. Zamanında bu bacarıqlara yiyələnmək , mühitinə yeni düşüncə ab-havasını, keçirilən dərslərdə və təlimlərdə innovativ texnologiyalardan istifadə etməklə yeni bir düşüncə modelini yaratmaqdır.
Proqramın sonunda iştirakçılar qazanacqlar :
- Təfəkkürün inkişafına istiqamətlənnmiş innovativ pedaqoji texnologоgiyaların dərs quruluşlarını bilmək və əsas işlək mexanizmlərinə yiyələnmək.
- Təfəkkürün inkişaf yolunu bilmək və dərs prosesində onun inkişafını idarə etmək.
- Şagirdlərin inkişafını nəzərə almaq və ona əsasən tapşırıqlar vermək.
- Fənn biliklərinin məntiqi quruluşda təqdim etmək.
- Biliklər üzərində məntiqi əməlləri aparmaq üçün məntiqi sualları hazırlamaq.
- Kooperativ təlimdə şagirdlərin təlim fəaliyyətlərinin quruluşlarını bilmək.
- Sualların struktur quruluşunu bilmək.
- Dərsin məqsədlərini düzgün qoymaq və məqsədlərə uyğun qiymətləndirmə meyarlarını çıxartmaq.
- Dərsin strukturlarını bilmək və onların tipologiyasını müəyənləşdirmək.
İştirakçılara proqram çərçivəsində təmin olunacqlar :
- İş kitabı.
- Diaqnostik yoxlama ( proqramın əvvəli və sonu)
- GİF — Beynəlxalq Qlobal İmpakt Faktorlu Sertifikat.
- Proqram “İdrak məktəbi”tərəfindən hazırlanmış və beynəlxalq ekspert, konstruktiv təlimin müəllifi Fatma xanım Bunyatova və Türkiyədən Yenilikci Ögrenme Mərkəzinin qurucusu Kayhan Karlı tərəfindən həyata keçiriləcəkdir.
- Kayhan Karlı http:http://www.yenilikciogrenmemerkezi.com/tr/
- Fatma xanım Bunyatova:
- 1. TEDX BAKİ 201 3 Fatma Bünyatova — Təlimin məntiqi üsulu — TEDxBakı Müstəqillik XX <https://www.youtube.com/watch?v=9Wlz9eu3k-g>
- 2.Dünya üzrə rəqəmsal təhsilə 1oo yenilik gətirənlərdən biri 2014 https:https://www.surveymonkey.com/r/education_leaders
- 3. 2015 «Distant təhsilin yeni strategiyası » Dünya elm bankında yerləşdirilibdir.
- http://eric.ed.gov/?q=Communication+technology+evidence-based+strategies&pr=on&ft=on&ff1=subEducational+Strategies
- 4. 1975 cı ildən bu yana dünyada İKT və universal set açar sözləri ilə yazan 50 müəlliflərdən biri.
Treninqlər ödənişlidir .Treninqin ödənişi: 300 Azn
Baxış: 3966