“Təhsil, zaman və biz” adlı baxış sərgi keçiriləcək

Bakı Şəhəri üzrə Təhsil İdarəsində “Təhsil, zaman və biz” adlı baxış sərginin keçirilməsi məqsədilə hazırlıq işlərinə başlanılıb. Sərgini təşkil etməkdə əsas məqsəd son 3 ildə Bakının təhsil sistemində həyata keçirilən yenilik və novator yanaşmaları nümayiş etdirməkdir.

Sərgidə BŞTİ-yə tabe olan məktəb, məktəbəqədər və məktəbdənkənar müəssisələrin əksəriyyəti iştirak edəcəklər. Təxminən 40 – 50 sayda bölmə üzrə təşkil olunacaq sərgidə əl və elmi – təqdiqat işləri, İKT vəsaitləri, müəllimlərin metodiki tövsiyələri, kurikulumla bağlı əldə olunan praktik uğurları əks etdirən işlər nümayiş olunacaq.

Qaynaq: Bakı Təhsili qəzeti

Baxış: 3937

4 комментария to ““Təhsil, zaman və biz” adlı baxış sərgi keçiriləcək”

Leave a Reply

You must be logged in to post a comment.

Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe