Mənim Bədrəddin babam!
Babam Paşayev Bədrəddin Azərbaycan Tibb Universitetinin qurtarandan sonra 1939-cu ildə əskərliyə çağırılıb. O, Finlandiya müharibəsində səyyar hospital rəisi olmuşdur.
Babam Finlandiyadan sonra Rumıniya, Polşa istiqamətində vuruşmuşdur. 1941-ci il müharibəsində babam öz hospitalında ön cəbhədəki yaralılara ilk yardım göstərirdi və ən çətin dövrdə hospitalı almanlar mühasirəyə aldılar. Burada yaralanmışdır, o özünə gələndə başının üstündə sanitarı gördü. Sanitar ona Vinnisa şəhərindəki hospitala necə düşdüyünü danışdı. Almanlar bir müddətdən sonra Vinnisanı alanda babam kimi ağır xəstələri aparmaq mümkün olmadığı üçün onları orada qoymuşdular.Almanlar Vinnisarı ələ keçirəndən sonra Bədrəddin babamı Almanya əsir apardılar. O əsirlikdən azad olunandan sonra bir də müharibəyə getmişdi və ancaq 1947-ci ildə öz doğma kəndi olan İsmayıılının Qlacıq kəndinə qayıdıb.
Babam o vaxtdan bu günə qədər Qalacıq kəndində həkim kimi çalışır. O öz vətənini, övladlarını, nəvələrini və nəticələrini çox sevir!
Mən Bədrəddin babamı faşizm üzərində qələbənin 65 illiyi münasibəti ilə təbrik edirəm.
Ona can sağlığı və çox-çox sevgili günlər arzulayıram!
Slavyan litseyinin 6-cı sinif şagirdi Ələsgər Əsədullayev, Bədrəddin babanın nəticəsi
Baxış: 3000
Nice fill someone in on and this post helped me alot in my college assignement. Thank you as your information.
Thank you.