Posts Tagged ‘modullar’
Kimya dərslərində biliklərin mənimsənilməsindən yaradılmasına gedən yol.
Kamala Tomayeva
Bakı şəhəri 126 № -li məktəbin kimya müəllimi
Bu məqalə 18-21.05.17 Turkiyede Kuşadasında keçirilən beynəlxalaq konfransda təqdim edilmişdir http://2017.icres.net/
Natamam orta məktəbdə kimya biliklərinə çox az vaxt ayrılıb. Lakin kurikulum proqramlarında fənnin baza bilikləri qısa müddət ərzində şagirdlərə çatdırılması nəzərdə tutulub Proqram əsasında yazılan dərsliklərdə mövzuların bir -biri ilə əlaqəsi isə zəifdi.
Dərslikdə verilən biliklərin sistemli şəkildə öyrənilməməsi, biliklərin hazır şəkildə ötürülməsi şagirdləri həmin bilikləri əzbərləməyə məcbur edir.
Bu problemin aradan qaldırması üçün bir sıra dəyişiklik edilməlidir ki şagirdlər düşünərək öyrənməyi bacarsınlar. Bunlar:
- Natamam orta məktəbdə kimya biliklərinə verilən saatların artırılmasdır. Bu gələcək biliklərin bunövrəsinin möhkəmləndirilməsi deməkdir.
- Dərsliklər sadə , anlamlı dillə yazılmalı və biliklər tamlıq sistemində bir-biri ilə əlaqəli olmlıdır . Mövzu uzrə tapşırıqlar bilik yönumlu ilə yanaşı, düşündürücü, əməlli olmalıdır . Şagirdlər verilən dərs materialı özununkuləşdirib dərinləşdirər,yəni , artıq əzbərləməz. Alınan bilikləri hansı biliklərlə uzlaşdırmaq, əvəz etmək və yaradılan biliklərin praktiki tətbiqi haqqında duşunər.
- Təcrübələrin şagirdlər tərəfindən aparılması effektli nəticələri verə bilər. İnternet resusurslarından istifadə zamanı şagirdlərin duşunməsinə,yaradıcı çalışmasına şərait yaratmaq lazımdır.
- Təlimə maraq yaratmaq üçün konstruktiv öyrənmə mühiti yaradılmalı, interaktiv müzakirələr təşkil edilməlidir.