Kimya dərslərində biliklərin mənimsənilməsindən yaradılmasına gedən yol.
Kamala Tomayeva
Bakı şəhəri 126 № -li məktəbin kimya müəllimi
Bu məqalə 18-21.05.17 Turkiyede Kuşadasında keçirilən beynəlxalaq konfransda təqdim edilmişdir http://2017.icres.net/
Natamam orta məktəbdə kimya biliklərinə çox az vaxt ayrılıb. Lakin kurikulum proqramlarında fənnin baza bilikləri qısa müddət ərzində şagirdlərə çatdırılması nəzərdə tutulub Proqram əsasında yazılan dərsliklərdə mövzuların bir -biri ilə əlaqəsi isə zəifdi.
Dərslikdə verilən biliklərin sistemli şəkildə öyrənilməməsi, biliklərin hazır şəkildə ötürülməsi şagirdləri həmin bilikləri əzbərləməyə məcbur edir.
Bu problemin aradan qaldırması üçün bir sıra dəyişiklik edilməlidir ki şagirdlər düşünərək öyrənməyi bacarsınlar. Bunlar:
- Natamam orta məktəbdə kimya biliklərinə verilən saatların artırılmasdır. Bu gələcək biliklərin bunövrəsinin möhkəmləndirilməsi deməkdir.
- Dərsliklər sadə , anlamlı dillə yazılmalı və biliklər tamlıq sistemində bir-biri ilə əlaqəli olmlıdır . Mövzu uzrə tapşırıqlar bilik yönumlu ilə yanaşı, düşündürücü, əməlli olmalıdır . Şagirdlər verilən dərs materialı özununkuləşdirib dərinləşdirər,yəni , artıq əzbərləməz. Alınan bilikləri hansı biliklərlə uzlaşdırmaq, əvəz etmək və yaradılan biliklərin praktiki tətbiqi haqqında duşunər.
- Təcrübələrin şagirdlər tərəfindən aparılması effektli nəticələri verə bilər. İnternet resusurslarından istifadə zamanı şagirdlərin duşunməsinə,yaradıcı çalışmasına şərait yaratmaq lazımdır.
- Təlimə maraq yaratmaq üçün konstruktiv öyrənmə mühiti yaradılmalı, interaktiv müzakirələr təşkil edilməlidir.
Praktikida problemin həlli üçün dərslikdə verilən biliklər məntiqi ardıcıllıqla düzənlənir və aşkar olunan boşluqlar çatışmayan biliklərlə doldurulur. Biliklər bölmə üzrə modullara yığılır. Moduldakı biliklər bir- biri ilə məntiqi əlaqəli olduğu üçün hər bir-bir modulun bilikləri ön və sonrakı biliklərlə əlaqəli olur. Modulda verilən qapalı testlərlə bərabər acıq testlər verilir , qoyulan bilik yönlü suallarla yanaşı duşundurucu suallar verilir.
Məsələn: 8 -ci sinifdə tədris olunan ″Qeyri- uzvi birləşmələrin əsas sinifləri “ bölümündə mövzular oksidlər, əsaslara ,turşulara , duzlar ardıcıllıqla bir- biri ilə bağlantısız öyrənilir. Modulda oncə oksidlər ,əsaslar, turşular, duzlar haqqında qisa məlumat verilir . Sonra hər bir mövzudakı biliklər ön və gələcək biliklərlə : “oksigen- oksidlər-əsaslar”, “oksidlər-əsaslar-turşular”, “əsaslar-tursular— duzlar”, “turşular- duzlar-oksidlər” kimi öyrənilir. Bu hermenevtik yanaşma Konstruktiv muhitdə şagirdlərin öyrəndiklərini tam bir sistımdə görməyə, onun hissələrini dərindən bilməyə istiqamətləndirir və mənimsəmə öyrətmə-öyrənmə ilə yumşaq əvəz edilir
Təcrubələri aparmaq imkanı varsa, bunu əyani olaraq şagirdlərlə birlikdə işləmək lazimdir.Çunki əyani görulən təcrubələr daha yaxşı, uzun muddət yadda qalır. Şərait yoxdursa ən azından internet vasitələrdən istifadə edərək uşaqların duşunməsinə,yaradıcı yanaşmasina calişmaq lazımdır.İnternet resurslarından istifadədən də daha artıq effektli nəticə təcrubələri özləri apardiqda alınır. Məsələn:oksidlər belə anlanılmalıdır. Uc kimyəvi qabin birininin icərisinə Na2O , ikincisinə SO3 ,ücüncüsünə isə CO yerləşdirilir. Sonra şagirdlər bu qablarin hər birinə yaş lakmus kagızı salirlar. Nəticəyə şagirdlər müəllimin məntiqi ardıcıllıqla verdiyi suallarla
Sual: -Qablarda olan maddələr yaş lakmus kağızını hansı rəngə boyayır?
Cavab: . Birinci qabda lakmus kağızı ğöy ,ikinci qabda lakmus kağızı qırmızı rəngə boyanır,ücüncü qabda rəng dəyişmir.
Sual: -Sizin fikrinizcə niyə birinci və ikinci qablarda rəng dəyişdi, lakin CO olan qabda isə rəng dəyişmədi?
Cavab:-Birinci və ikinci qablarda olan maddələr yaş lakmus kagızı ile qarşılıqlı təsirdə ola bilər, cünki onların rəngi dəyişib.Ücüncü qabda ise reng dəyişməyib ,yəni təsir yoxdu.
Sual: -Rəngin dəyişməsinin səbəbini izah ede bilərsinizmi?
Bu sualın cavabi yarımcıq oldu. Birinci qabda olan maddə su ilə qarşiliqli təsirdə oldu, ikinci qabdaki maddə də su ilə qarşılıqlı təsirdə oldu,yalnız ücüncü qabdkı maddə su ilə təsirdə olmadı.
Bu cavablarla onlar prosesin nəticəsini göstərdilər, amma səbəbini aciqlaya bilmədilər, cünki bu haqda onların hələ elmi məlumtları yox idi. Bu səbəbdəndə onlar yeni mental bilk modeli qura bilmədilər.
Müəllimin əlavəsi:
Birinci qabdakı oksid suda həll olduqda əsas(NaOH), ikinci qabdakı oksid suda həll olduqda turşu(H2SO4) əmələ gəlir. CO isə duz əmələ gıtirməyən oksid olduğu ücün rənğ dəyişmir. Bu əlavələri keçmiş biliklərlə əlaqələndirmək üçün bu suallar qoyulur:
Sual:- Kimyəvi elementlərin periodik cədvəlində olan hansı metallar su ilə qarşılıqlı təsirdə olub esas yaradir?
Cavab: -Qələvi metallar;qələvi torpaq metallar
Sual: -Bunlara nəyə görə qələvi deyilir?
Cavab: -Suda yaxşı olurlar; kimyəvi cəhətdən fəaldirlar;indiqatorun rəngini dəyişirlər və s.
Göründüyü kimi biz burada şagirdlə yeni bilik ötürmədik. Biz onları məntiqi suallarla bilik yaratma yoluna saldiq. Bu yolda onlar əldə etmiş olduqlari bilikləri mobil hərəkətə gətirərə k keyfiyyətcə bir biliyə cevirdilər
- Təlim prosesində düşündürücü suallardan istifadə etməklə yüksək nəticə əldə etmək olar.
Məsələn :
Şagirdlər turşuların aşındırıcı xüsusiyyətini insan dərisinə təsirindən bilirlər. Bu biliyi ayrı bir şəraitdə tətbiq etmək olar.
Sual:-Aciq havada qalan əhənğ daşından və mərmərdən hazırlanmış heykəllər bəzən qısa müddətdə sıradan tez cıxır.Siz bilən nə səbəbə görə bu proses gedir?
Cavab:-Ekoloji pozuntu; havanin cirklənməsi-maşınların, kimyəvi zavodların buraxdıgı qazlar;cirkli yagişlar bu heykəllərə təsir edir. Esas yagıntıda olan turşular mərmər və əhəng daşına təsir edir.
Şagirdlərin bu ön biliklərinə müəllimin əlavəsi
havada olan bəzi qazlar su buxarı ilə təmasda olaraq turşuya cevrilir və yagişla yagır. Heykəl isə mərmər və əhənğ daşından düzəlmişdir.əhənğ daşının tərkibi CaCO3 oldugunu bilirik.yəni bu maddə turşunun təsirindən tədricən dagılır.
Daha effektiv nəticə almaq ücün təcrübə aparılır, bir kimyəvi stəkanın icərisinə distillə olunmuş su, digərinə isə sirkə turşusu tökülür . sonra hər birinə müəyyən miqdarda mərmər yerləşdirilir.
Bir necə müddətdən sonra bu qablarda olan nəticələr müqayisə olunur.
Sual: -Bu qablarda nə müşahidə etdiniz?
Cavab:-Birinci qabda hec bir dəyişiklik baş vermədi.
Ikinci qabda qaz qabarciqlarının ayrilması burada kimyəvi prosesin getdiyini göstərir.;mərmərin kütləsi azaldı.
Başqa bir misal .
Bu hadisə 19-cu əsrlərdə soyuq qış aylarında baş vermişdi. Hollandiyadan Moskvaya qalay tirlərlə doldurulmuş yola düşən yük qatarı mənzil başına catdıqda hamının maragına səbəb olur .Vagzal işciləri qatarların qapısını acanda bütün metalın boz rəngli toza halına düşdüyünü görürlər. Qalayın ag rəngli formas ı-13,2 — dən aşagı temperaturda boz rəngli formasına cevrilir .-33 -də bu proses lap sürətlə gedir.Boz qalayın bir zərrəsi ag qalayla təmasda olduqda tez parcalanan boz qalaya cevrilir .Bu vəziyyətə “qalay taunu “ deyilir.
SUAL:-Yuxarıda verilən məlumata əsasən metalın bu vəziyyətə düşmə səbəbini necə izah edərdiniz?
Cavab :- Qiş aylarında Moskvada havanın temperaturu qalayın cevrilmə temperaturundan aşagı olur, buna görə də qalay modifikasiyasını dəyişir.
Təcrübə:sizin qarşınizda üc müxtəlif qabda
Etil spirtinin(C2H5OH) suda məhlulundan ,NaOH ( natrium hidroksid) vəHCl (xlorid turşusu )məhlulu vardır. Bunlardan elektrik cərəyanı keciririk bu zaman nə baş verir?
Cavab: -Birinci qabda lampa yanmır, ikinci və ücüncü qablarda isə lampa yanır.
Sual: -Nəyə görə lampa iki qabda yanir ,digərində isə yox?
Cavab:-lampa yanan qablarda olan maddələr elektrik cərəyanını kecirir;lampa yanmayan qabdaki maddə isə elektrik cərəyanını kecirmir.
Cavablar onu göstərir ki intuitiv olaraq, öz təcrübələrinə əsaslanaraq cavab verdilər. Amma bu biliyi elmi cəhətdən izah etmək ücün müəllimin əlavəsinə ehtiyac vardir.
Müəllim: turşudan elektik cərəyanı kecdikdə H + ionu,qələvidən isə OH- ionu ayırır. Lakin tərkibində bütün OHqrupu saxlayan maddələr OH- ionu ayırmır .etil spirti suda həll edildikdə OH- ionu ayırmır..
kimyanın tedrisində istifadə edilən materialin həytimizda nə rolu var? Bunu şagirdlərlə araşdırmaq və onların biliklərinin real olması əsas məqsədlərdən biridir.
Məsələn:” Nəyə görə bu yeməklərin ustndən xətt cəkilib və bunun kimya ilə əlaqəsi vardımı?”
Cavablar:-Çiy ət həyat ücün təhlükəlidir; qazlı ickilər mədədə olan turşu ilə reaksiyaya gedir; xarab olmuş yagların terkibində qliserin və turşular var ki,bunlar da mədədə zəhərlənmə verir. Ciy yumurtada coxlu sayda bakteriyalar var; hise verilmiş yemeklər uşaq orqanizmine ziyandır.allergiya;
Başqa bir misal:
Müasir avtomobillərin coxlarinda tullantı qazlarını ətraf mühitə və insanlara az zərərli olan qazlara cevirən katalitik qurgulardan istifadə edilir . Bu zaman 90 % tullantı qazları az zərərli qazlara cevrilir. Bunu aşagıdakı cədvəldə görmək olar.
Giren qazlar | Cıxan qazlar | |
Azot ( N2) | Azot (N2) | |
Karbon dioksid( CO2) | Karbon dioksid( CO2) | |
Su (buxar) H2O | Su ( buxar ) H2O | |
Karbon monoksid (CO) | Karbon monoksid (CO) – 10% | |
Karbon dioksid(CO2)- 90% | ||
NO , NO2 | NO , NO2 -10% | |
N2— 90% | ||
Sual: Bu cədvəl sizə nə deyir?
Cavab: Yeni maddələr əmələ gəlir ; bəzi qazlar hec bir dəyişikliyə ugramır; yeni maddələr yarandı;karbon monoksid daha az zərərli CO2 –karbon qazına cevrildi; ekologiyamiz daha az cirkləndi; NO və NO2 zəhərli maddənin 90% -i inert qaz olan N2 –yə cevrildi.
Beləliklə təhsil prosesində bilikyönlü sualları düşündürücü suallrla əvəz edəndə şagirdlər öz təlim davranışlarını dəyişirlər və bilikmənimsəyəndən, bilikyaradana çevrilirlər. Buda təbii olaraq biliklərin mənimsəməsindən onların yaradılmasına keçid edir.
Baxış: 2364