Posts Tagged ‘öyrənmə’

Öyrətmədən öyrənməyə keçid

Fatma xanım Bunyatova

Öyrətmədən öyrənməyə keçid” kitabı müəllif tərəfindən hazırlanmış və müəllimlərin ənənəvi «öyrədən» rolundan şagirdin müstəqil öyrənməsini təşkil edən müəllimin yeni roluna keçidini izah edən elmi-metodik vəsaitdir. Kitab, Bakı şəhəri T. Həsənov adına 23 nömrəli tam orta eksperimental məktəbində həyata keçirilmiş «Öyrətmədən öyrənməyə keçid» layihəsinin nəticələrini ümumiləşdirir.

Kitabın əsas ideyası ondan ibarətdir ki, təhsilin mərkəzində müəllim deyil, öyrənən dayanmalıdır. Müəllimin vəzifəsi hazır bilik vermək deyil, şagirdin düşünməsini, araşdırmasını və biliyi özü qurmasını təşkil etməkdir.

Kitabın əsas mövzuları bunlardır:

  • Konstruktiv təlim modeli. Şagird biliyi passiv qəbul etmir, fəaliyyət prosesində özü qurur.
  • Müəllimin yeni rolu. Müəllim məlumat ötürən deyil, öyrənmə prosesinin təşkilatçısı, m0entor və fasilitatordur.
  • Şagird təfəkkürünün inkişafı. Məqsəd yalnız faktların mənimsənilməsi deyil, analiz, müqayisə, ümumiləşdirmə və yaradıcı düşüncənin formalaşdırılmasıdır.
  • Yeni dərs modeli. Kitabda Azərbaycan dili və riyaziyyat fənləri üzrə nümunə dərslər, fəaliyyətlər və müəllim üçün praktik tövsiyələr təqdim olunur.
  • Qiymətləndirmənin yeni prinsipləri. Şagirdin yalnız nəticəsi deyil, öyrənmə prosesi, düşünmə strategiyaları və sosial bacarıqları da qiymətləndirilir.

Kitabın nəzəri əsasını bir neçə mühüm elmi istiqamət təşkil edir:

  • Jean Piaget – idrak inkişafı və koqnitiv konstruktivizm;
  • Benjamin Bloom – idrak taksonomiyası;
  • Howard Gardner – çoxşaxəli zəka nəzəriyyəsi;
  • Lotfi A. Zadeh – qeyri-səlis məntiq prinsipləri.

Kitabın fərqləndirici cəhəti

Bu kitab yalnız konstruktivizmin nəzəri izahını vermir. O, həmin nəzəriyyəni Azərbaycan məktəbi üçün praktik texnologiyaya çevirir. Kitabda:

  • müəllim hazırlığı sistemi;
  • treninqlərin təşkili;
  • açıq dərslərin aparılması;
  • mentorluq mexanizmi;
  • yeni proqram quruluşu;
  • təfəkkürün inkişafını ölçən meyarlar ətraflı təsvir edilir.

    Kitab fəsillərlə təhlil edilərək saytda yerləşdirilməsi nəzərdə tutulur.

Baxış: 59

Öyrədilən şagirdlərin öyrənən və yaradan şagirdlərə çevrilməsi.

Fatma xanım Bunyatova

Bakının  T. Həsənov adına 23 nömrəli eksperimental məktəbində “Öyrətmədən öyrənməyə keçid” layihəsinin ikinci ilində məqsəd müəllimlərin  “Biliklərin tamlıq və qeyri səlis modelləşdirmə  — BTQSM texnologiyası ilə yaradılan  «Tamlıq və qeyri səlis Azərbaycan dili” proqramları ilə sərbəst olaraq konstruktiv dərsin dizaynını etmək, yaradıcı tapşırıqları hazırlamaq, onları qiymətləndirmək, şagirdlərin komandada təlim fəaliyyətlərinin çox strukturlu qurmaq ilə yanaşı şagirdlərin idraklarının inkişaf yolunu izləmək idi. Alternativ proqramda  diqqət şagirdlərin yazılı və şifahi nizamlı nitqlərinin inkişafına yönəldilmişdi. Bu inkişaf  şagirdlərin anlamlı təlim fəaliyyətində, bilmədikləri, başa düşmşdikləri hər bir  sözün mənasını, anlamını ortalığa çıxartmaq və onu suallaşdırıb aydın etmək istiqamətində gedir. Sual vermə və  sualları cavablandırmaq  bacarığı  vacib dil qabiliyyətlərindən  Read the rest of this entry »Baxış: 1837

Öyrət-mədən öyrənmə yollarından

 Bakı şəhəri 23 №-li tam orta məktəbinin ibtidai sinif müəllimi

Taliyə Nəbiyevanın “Öyrətmədən öyrənməyə keçid»

layihəsi çərçivəsində  2-ci sinifdə nümayiş dərsi.

               Mövzu  “Şir və siçan”

Dərsin məqsədi:

-şagirdlərin şifahi və yazılı nitqlərini inkişaf etdirmək;

-şagirdlərin təxəyyüllərində  təmsil  surətlərinin yaradılması;

— komandada bir- birilərinə köməklik etmək bacarığını inkişaf etdirmək;

Dərsi öyrəniləcək   mövzunu  adını elan edəndən sonra şagirdlərin təxəyyüllərində “təmsil” obrazının yaranması üçün onların şeir, nağıl və hekayə haqqında biliklərini üzə çıxartmaq üçün sinfə sual verirəm. Read the rest of this entry »Baxış: 2429

“İdrak məktəbi”nin Konstruktiv təlim mərkəzi tərəfindən təşkil olunan Azərbaycan-Türkiyə Yeni Ortaq Eğitim Sistemi — YOES” layihəsi çərçivəsində növbəti beynəlxalq treninq.

Treninq 16-19.11.2013 tarixində keçiriləcəkdir.

 1381956_225876300920495_156298185_nTreninqin aparıcıları :  

Treninqin aparıcıları :  
  
Azərbaycandan  Fatma  xanım  Bunyatova  –“İdrak məktəbi” nin təsiçisi Konstruktiv təlim mərkəzinin yaradıcısı, Amerikada Kaqan Summer Kooperativ Akademiyasında bir müəllim və trener kimi bilik almış  ,  məntiqi təlim, konstruktiv yanaşma ilə interaktiv təlim  və konstruktiv təlim texnologiyasının müəllifi , qeyri-səlit  məntiq  üzrə  təlimin  qurulması  və  fənn biliklərin modelləşdirilməsi Logical Integrity, Fuzzy Logic and Modeling Content of … — IEEE Xplore

ieeexplore.ieee.org/iel5/5361201/5372463/05372519.pdf?arnumber.

http://www.researchgate.net/publication/221926882_Logic_of_Integrity_Fuzzy_Logic_and_Knowledge_Modeling_for_Machine_Education,  distant və maşın təlimin yeni təlim strategiyalarının müəllifidir.

 XX əsrdə  dünya təhsil  sisteminə  yenilik  gətirən,  təhsil sisteminin yeni quruluşunu verən azsaylı müəllimlərdən biridir. Инновационные процессы в педагогике  Read the rest of this entry »

Baxış: 2165

Öyrənməyi öyrədənlərinin təlimləri.

 Fatma xanım Bunyatova

 

Azərbaycan-Türkiyə Yeni Ortaq Egitim Sistem – YOES layihəsinin aparıcı qüvvələri, bu  layihəni həyata kecirənlər -müəllimlərdir. Bu layihə Azərbaycan Respublikasının təhsil satandartı olan Kurikulumun inkişaf yollarını təlimdə göstərməkdir. Bugün, zamanın tələbi ilə, müəllim bilik verən yox , bilik qazanma yollarını öyrədən olmalıdır. Şagirdin əsl biliyi onun özünün qazandığı bilikdir. Cəmiyyətimiz məktəblərin qarşısında sürətlə dəyişən, qloballaşan dünyamızın templərinə uyğun düşümcəli, ünsiyyətli, komandalarda işləmək bacarığı olan bir gəncləri yetişdirməyi məqsəd qoyur.
Hər bir müəllim bu tələbləri yerinə yetirmək ücün öncə özü öyrənməlidir ki öyrənməni necə öyrətsin.

Read the rest of this entry »Baxış: 2705