Posts Tagged ‘quruluş’
“Göynən gedən fikirlər”
Fatma xanım Bunyatova
Yaradıcı müəllim «Konstruktiv təlim mərkəzi»nin üzvü Nurlan Quliyeva “Riyaziyatın konstruktiv təlimlə tədrisi metodikası” kitabına rəy yazmağı məndən xahiş etmişdi. Kitab yeniliyi və orijinallığı ilə mənim cox xoşuma gəldi. Yazdığım rəyi Nurlan müəllimə “Ön söz” kimi kitaba salmaq ücün məndən izn istədi. Razılıq verdim. Lakin kitab TN komissiyalarından kecəndə “Ön söz” komissiya üzvlərinin birinin xoşuna gəlməyərək “cox göydən gedən fikirlərdi” deyərək onu kitabdan cıxartmağa göstəriş vermişdi..
Eybi yoxdur. Bir “Ön söz”ün cıxarılması ilə hec də kitaba xələl gəlmədi. Yaxşı ki kitabın adını, onun əsas məğzini dəyişdirmıyə göstəriş verilməmişdir. Konstruktiv təlim — fəal təlim deyil axı. İnternetdə konstruktiv təlimlə sadə axtarış edəndə bu sözlər cıxır: “Konstruktiv təlim zamanın ən öndə gedən pedaqoji texnologiyasıdır “ (yəni göylə gedən kursiv mənimdir)
Məhz buna görədə mən də “göynən gedən fikirləri “ yerlə gedən fikirlərin yiyələri ilə paylaşmaq qərarına gəldim. Bəlkə də hardasa, nə vaxtsa münbit bir zəmində bu fikirlər rastlaşaraq, carpazlanıb yeni şaxələrə ayrılarlar.
Ön söz
Təqdim olunan “Düşüncənin riyazi dili” adlı metodik vəsaitin adından bəlli olur ki, müəllim öz işində, qələmə aldığı təcrübəsində, riyaziyyat fənnin tədrisində yaddaşa yox, düşüncəyə Read the rest of this entry »