“Göynən gedən fikirlər”
Fatma xanım Bunyatova
Yaradıcı müəllim «Konstruktiv təlim mərkəzi»nin üzvü Nurlan Quliyeva “Riyaziyatın konstruktiv təlimlə tədrisi metodikası” kitabına rəy yazmağı məndən xahiş etmişdi. Kitab yeniliyi və orijinallığı ilə mənim cox xoşuma gəldi. Yazdığım rəyi Nurlan müəllimə “Ön söz” kimi kitaba salmaq ücün məndən izn istədi. Razılıq verdim. Lakin kitab TN komissiyalarından kecəndə “Ön söz” komissiya üzvlərinin birinin xoşuna gəlməyərək “cox göydən gedən fikirlərdi” deyərək onu kitabdan cıxartmağa göstəriş vermişdi..
Eybi yoxdur. Bir “Ön söz”ün cıxarılması ilə hec də kitaba xələl gəlmədi. Yaxşı ki kitabın adını, onun əsas məğzini dəyişdirmıyə göstəriş verilməmişdir. Konstruktiv təlim — fəal təlim deyil axı. İnternetdə konstruktiv təlimlə sadə axtarış edəndə bu sözlər cıxır: “Konstruktiv təlim zamanın ən öndə gedən pedaqoji texnologiyasıdır “ (yəni göylə gedən kursiv mənimdir)
Məhz buna görədə mən də “göynən gedən fikirləri “ yerlə gedən fikirlərin yiyələri ilə paylaşmaq qərarına gəldim. Bəlkə də hardasa, nə vaxtsa münbit bir zəmində bu fikirlər rastlaşaraq, carpazlanıb yeni şaxələrə ayrılarlar.
Ön söz
Təqdim olunan “Düşüncənin riyazi dili” adlı metodik vəsaitin adından bəlli olur ki, müəllim öz işində, qələmə aldığı təcrübəsində, riyaziyyat fənnin tədrisində yaddaşa yox, düşüncəyə önəm verir. Bu çox diqqətə layiq, önəmli bir cəhətdir ki, müəllim dünya pedaqoji məkanında ən öndə gedən koqnitiv – dərketmə nəzəriyyəsinə əsaslanan konstruktiv təlimdən istifadə edərək dərslərini düşüncə, anlam yolunda qurur. Bu qeyri-adi bir metodik vəsaitdir, qeyri-adiliyi ondan ibarətdir ki, müəllimin verdiyi dərslərin quruluşu yeni üsuldadır, şablon yoxdur, yaradıcı yönümündə təqdim olunubdur. Müəllimin rəvan izahı, şagirdlərin qarşısında qoyduğu anlam sualları, bu suallardan yaranan şagird bilikləri, müəllimin əlavələri ilə genişlənərək püxtələşib və hər bir şagirdə öz riyazi dünyasını qurmaq üçün gözəl imkan yaradıbdır. Bu imkanlar hər dəfə rəngbərəng olaraq müəllim-şagird yaradıcılığından yeni çalarlar alır.
Üç hissədən ibarət olan metodik vəsaitin birinci hissəsi “Riyazi təfəkkür” adlanır. Bu hissədə müəllim öz dərslərindən çıxarış verərək, şagirdlərin öz riyazi təfəkkürlərinin qurulması yolunu göstərir.
Təfəkkürün bilik strukturları necə qurulur? Bu strukturlar müəllimin ardıcıl şəkildə qoyduğu suallardan doğur. Suallar şagirdləri özünə qaytarır, onlara biliklərini ortalığa çıxartmaq, müəllimin suallarına və şərhlərinə əsasən öz yeni biliklərini yaratmaq imkanı verir. Ortalığa çıxan, yaradılan yeni bilik isə ətraf mühitdə öz tətbiqini taparaq real biliyə çevrilir. Çünki, burada müəllim şagirdlərini riyaziyyat biliklərini həyatı biliklərə tətbiq etməyə yönəldir. Kitab bu baxımdan dəyərlidir. Belə ki, müəllimin yalnız, funksiya və həndəsi fiqurların məğzinin açma yolu, metodiki cəhətdən yeni bir addımdır. Bu addımı uğurlu saymaq olar.
Kitabın ikinci hissəsi “Riyaziyyat konstruktiv təlimlə” adlanır. Bu hissədə müəllim yenə də öz pedaqoji tapıntılarını oxucularla bölüşür.
Nədir bu pedaqoji tapıntılar? Bunlar konstruktiv təlimlə qurulan dərslərdə şagird düşüncəsinin inciləridir; bunlar müəllimin ardıcıllıqla qoyduğu suallarla, şagirdlərin biliklərinin keyfiyyətcə dəyişmə yoludur; bunlar çətin sayılan riyaziyyat elminin anlamlarını dərk etmək üçün şagirdlərin bəsit anlamlarından riyaziyyata atılan körpüdür. Burada bir müəllimin tutduğu yol aydın görünür; bu ənənəvi öyrətdim, öyrəndin, yadında qalsın, yeni problem qoydum, onu axatarıb tapıb həll etdim yolu deyil. Bu yol təfəkkür yoludur, bu yol düşüncə yoludur. Bu yolun öz qanunu, öz ahəngi vardır. Əvvəlcə anla, sonra onu biliyə çevir, onun üzərində çox işləyərək bacarığa çevir, ondan yeni bilik yarat.
Biliyin yaradılmasını vəsaitin “Riyaziyyatın obrazlı dili” adlanan üçüncü hissəsində də görmək olar. Bölmədə şagird təfəkkürü müəllim yaradıcılığının təzahürüdür. Müəllimin sualı şagirdlərin düşüncə məhsuludur. Hər bir şüurlu varlığın düşüncəsi vardır. Onu o vaxt inkişaf etdirmək olar ki, bu yolun yolçusu olasan. Bu vəsaitdə də biz həmin yolun yolçularının — müəllim və şagirdlərin birgə getdiyini görürük və bu yolun yolçularının çoxalması naminə vəsait tövsiyyə olunur.
Sevimli müəlliməm, bu yazını saytınızda gordükdə nə yacaqımı bilmədim. Doğru sözə nə demək olar! Kitabdan çıxardılan ön sözünüzə görə çox pərişanam. Sizinlə tanış olduğum olduğum ilk gündən həmfikir olduğumuzu gördüm. Mən bir fantastik yazar kimi qeyri-adi fikirlərimi çox vaxt haradan yarandığını bilməsəm də Siz məqsədli yaradıcı təlimdən bəhrələnirdiniz. Sizin yaradıcılığınız mənimkindən üstün idi.
Fikrimcə Sizin fikirləriniz həyatda öz yerini tapacaqdır. Əks halda kitabım başa gəlməzdi. Konsruktiv təlim təhsildə dövlət siyasətidir ki qəbul ediləcəkdir. Kitabın çetinliyi ise mənim fantastik fikirlərimdən də irəli gələ bilərdi. Axı fikirlərim mənimçün hər addimda problemdir.
Ön sözünüzün çıxarıldığını uzun müddət Sizə deyə bilmədim. İncitmək istəmirdim. Xətrinizi çox istəyirəm. Xahiş edirəm olanlara görə inciməyin!