Təbriklər!
F. Bunyatovanın “Konstruktiv təlim mərkəzi” yaradıcı müəllim Göygöl rayonunun Üctəpə kənd orta məktəbinin müəllimi Nurlan Quliyevanı “Riyaziyyatın konstruktiv təlimlə tədrisi metodikası” metodik vəsaitinin işıq üzü görməyi ilə təbrik edir.
Kitab Azərbaycan Respublikasının TN əmrinə əsasən metodik vəsait kimi təsdiq edilmişdir
Kitab riyaziyyatın konstruktiv təlimlə tədrisinə aid metodik , göstərişlərdən, dərs nümunələrindən və riyazi anlayışlarının bədiləşdiyi elmi hekayələrdən ibarətdir. Müəllif, vəsaitdə riyaziyyatın həyatdakı rolunu göstərməklə , elmi həyatiləşdirməyə yaradıcı öyrənmənin mahiyyətini açmağa çalışmışdır. Kitabdakı tövsiyələr elmin anlam yolu ilə qavranılması ücün yaradıcı təfəkkürün formalaşmasına xidmət edir. Metodik vəsait orta məktəb çagirdləri, tələbələr və müəllimlər üçün nəzərdə tutulmuşdur.
Təşəkkür edirəm, ƏZİZ MÜƏLLİMƏM! Mən də Sizi təbrik edirəm! Riyaziyyatdakı sirli əlami Sizin köməyinizlə gördüm. Kitabın yaranmasında böyük əməyiniz var. Saq olun!