Posts Tagged ‘Sakarya’
Ankara görüşləri
Fatma xanım Bunyatova
“Azərbaycan –Türkiyə Yeni Ortaq Egitim Sistemi – YOES layihəsi”nin Türkiyə pedaqoji ictimaiyyətinə tanıtım mərhələsi başlamışdır. Layihə haqqında ilk söz Sakarya Universitetindən Prof.Dr.. Aytəkin İşmandan gəldi:
-“Merhaba Fatma hanım,
Projenizi okudum ve çok etkilendim. Hayata kolaylıkla geçirilebilecek bir proje. Bu proje sayesinde Azerbeycan eğitim sistemi hızla kürsel dünya eğitim sistemi ile entegre olabilir.
Bu projeye ben nasıl katkı sağlayabilirim ve sizin için ne yapabilirim? Benden beklenenler nedir?”
Prof.Dr. Aytəkin İşman “The Turkish Online Journal of Educational Technology – TOJET “Jurnalının baş redaktoru, İSTEC konfranslarının təşkilatcılarından biridir və sözsüz ki, Türkiyədə və dünya pedaqoji cəmiyyətində gedən proseslərdən xəbərdardır. Hörmətli professorun bu layihənin həyata keçirilməsində yardımçı olması əlbəttə ki, məni çox sevindirdi.
Layihəyə ikinci dəstək Dəngə Mərkəzin rəhbəri və təsisçisi Dr . Zerrin Beşerdən gəldi. Hörmətli Zerrin xanım Beynəlxalq Kouçinq Assosiyasının üzvüdür və kouçinqlə məşğuldur. Read the rest of this entry »