Ankara görüşləri
Fatma xanım Bunyatova
“Azərbaycan –Türkiyə Yeni Ortaq Egitim Sistemi – YOES layihəsi”nin Türkiyə pedaqoji ictimaiyyətinə tanıtım mərhələsi başlamışdır. Layihə haqqında ilk söz Sakarya Universitetindən Prof.Dr.. Aytəkin İşmandan gəldi:
-“Merhaba Fatma hanım,
Projenizi okudum ve çok etkilendim. Hayata kolaylıkla geçirilebilecek bir proje. Bu proje sayesinde Azerbeycan eğitim sistemi hızla kürsel dünya eğitim sistemi ile entegre olabilir.
Bu projeye ben nasıl katkı sağlayabilirim ve sizin için ne yapabilirim? Benden beklenenler nedir?”
Prof.Dr. Aytəkin İşman “The Turkish Online Journal of Educational Technology – TOJET “Jurnalının baş redaktoru, İSTEC konfranslarının təşkilatcılarından biridir və sözsüz ki, Türkiyədə və dünya pedaqoji cəmiyyətində gedən proseslərdən xəbərdardır. Hörmətli professorun bu layihənin həyata keçirilməsində yardımçı olması əlbəttə ki, məni çox sevindirdi.
Layihəyə ikinci dəstək Dəngə Mərkəzin rəhbəri və təsisçisi Dr . Zerrin Beşerdən gəldi. Hörmətli Zerrin xanım Beynəlxalq Kouçinq Assosiyasının üzvüdür və kouçinqlə məşğuldur.
Kouçinq nədir və “Azərbaycan-Türkiyə Yeni Ortaq Egitim Sistemi-YOES layihəsi” ilə nə ortaq təması ola bilər? fikri yarana bilər. Kouçlar (bir növ trenerlər) insan potensialının açılması istiqamətində kollektiv və ya fərdi iş aparırlar. Azərbaycanda ilk dəfə təhsildə kouçinqi biz apardığımız üçün Zerrin xanımla söhbətimiz və fikir bölüşməmiz çox səmərəli oldu. Müəllimin sinifdə şagirdlərlə münasibət qurma yolları, onların hər bir şagirdin fərdi xüsusiyyətlərini, bilik alma və onu dəyişdirmə imkanlarının nəzərə alınması çağdaş təhsilimizin ən əsas prioritetlərindən biridir. Müəllimlərin təhsil koucinqindən keçməsi, hər bir məktəbdə kouçun ya da mentorun olması Finlandiya təhsil sisteminin bu gün dünyada öncül olmasına gətirib çıxardığı vurqulandı.
Dr. Zerrin Beşerlə işgüzar söhbətimizin nəticəsi isə o odur ki , Denge Merkezi ilə “İdrak məktəbi” sentyabr –oktyabr aylarında “Beynəlxalq tanıtım təhsil kouçinqi” keçirsin. Kouçinqin məqsədi müəllimləri ənənvi pedaqoji düşüncə təfəkküründən innovativ düşüncə təfəkkürünə keçirilməsi olacaqdır. Sözsüz ki, müəllimlərin hazırlığına bu cür yanaşma , müəllimlərin özlərinin öz daxili potensiallarının açılmasına təkan verərək onları innovativ, yeni düşüncə sahibi olmasına gətirib çıxardacaqdır.
Baxış: 1510