Posts Tagged ‘uzadan təhsil’
Təhsil naziri Emin müəllimin “Pandemiya dövründə təhsil müəssisələrinin fəaliyyəti haqqında» ictimaiyyətə ünvanlanan müraciətinə cavab.
Fatma xanım Bunyatova
TƏKLİFLƏR.
ARTPl hazırladığı təkliflər paketində dünyada inkişaf edilən proseslər əsasında təhsilin aparılmasına iki ssenari təklif edib. Burada təhsilin hansı formada aparılmasını, önəmli fənlərin keçirilməsinə ayrılan saatların miqdarına və proqramların dəyişdirilməsinə diqqət edilir, amma necə və nə cür? göstərilmir..
Bu təkliflərə əlavə olaraq əməli təkliflərimiz.
I. Dövlət məktəblərinin şagird yükünü azaltmaq.
- Təhsil qanununda son dəyişikliyə əsasən ümumi təhsil pilləsi üzrə ibtidai təhsil səviyyəsində təhsil almanın əyani forması sırasına sərbəst (eksternat) təhsil forması daxil edilib. Məktəbin şagird yükünü azaltmaq üçün sərbəst təhsilin hüquqi əsasları tezliklə hazırlansın və buna əsasən dünya təcrübəsindən bəhrələnərək “mini məktəblər”, “ailə məktəbləri”. “alternativ məktəblər” kimi qurumlarda ibtidai məktəb şagirdləri kiçik qruplarda öz təhsillərini davam etsinlər.
- Eksternat formasında təhsil alan natamam orta məktəb şagirdlərinin verməli olduqları imtahanlara nəzər salmaq və ən vacib olan fənləri saxlamaq.