Posts Tagged ‘yeniliklər’
Bu dərs interaktiv təlim treninqi dövründə qurulmuşdur
Konstruktiv Təlim mərkəzində treninqlərindən keçən müəllimlərin saytımızda xeyli dərsləri yerləşdirilib. Bu dərslər Kurikulumun təlim strategiyası olan fəal təlimlə qurulan dərslərdən cox fərqlidirlər. Ölkə Prezidentinin bu il oktyabrın 24-də imzaladığı «Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası»nda Yeni Təhsil strategiyasında bir mənalı bildirilir ki, Kurikulum bir təhsil sənədi olaraq daim yenilənməlidir. Bu dəyişmə, yenilənmə yolları haqqında saytımızda çox saylı yazılar var. Günün tələbinə uyğun bir yazını 2012- ci ildə Konstruktiv Təlim mərkəzindən 4 səviyyəli treninq keçən, 2013-cü ildə ilin müəllimi adını qazanan, Türkiyədə Təlim və kompyuter texnologiyalarına həsr edilən Beynəlxalq konfransda öz işini təqdim edən Respublika İncəsənət Gimnaziyasının ibtidai sinif müəllimi Təranə Əliyevanın Əliyevanın 1200-dən cox surəti cıxarılmış yazısını yenidən sizə təqdim edirik.
Fatma xanım Bunyatova
Əliyeva Təranə
Respublika İncəsənət Gimnaziyasının ibtidai sinif müəllimi
İnteraktiv təlim treninqi “İdrak məktəbi”nin Konstruktiv təlim mərkəzində kecirilmişdir. Treninqi “İdrak məktəbi”nin direktoru Fatma xanım Bunyatova aparırdı.
İnteraktiv təlimin fəal təlimdən coxlu fərqli cəhətləri vardır.Ən böyük fərq ondan ibarətdir ki, interaktiv təlimdə hər bir şagird necə? və nə cür? işləyəcəyinin qaydasını bilir və bu qaydalara riayət edərək öz davranışını nizamlayır. İnteraktiv təlim texnologiyası ilə aparılan dərsdə sözün əsl mənasında təlim və tərbiyyə prosesi qurulur. Müəllimin və yaxud şagirdlərin secimi üzrə qurulan təlim fəaliyətlərində bilik almaqla bərabər, şagirdlər astadan danışmaq, bir-birini dinləmək, başqalarının fikrini qəbul etmək, Read the rest of this entry »
Baxış: 4817