Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

Bu dərs interaktiv təlim treninqi dövründə qurulmuşdur

Konstruktiv  Təlim  mərkəzində  treninqlərindən keçən müəllimlərin saytımızda xeyli  dərsləri  yerləşdirilib.  Bu dərslər  Kurikulumun təlim strategiyası olan fəal təlimlə qurulan  dərslərdən  cox fərqlidirlər.  Ölkə Prezidentinin bu il oktyabrın 24-də imzaladığı «Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası»nda Yeni Təhsil strategiyasında  bir  mənalı  bildirilir  ki,  Kurikulum  bir  təhsil  sənədi  olaraq daim  yenilənməlidir.  Bu  dəyişmə, yenilənmə  yolları  haqqında  saytımızda çox   saylı  yazılar  var.   Günün  tələbinə  uyğun  bir   yazını   2012- ci  ildə Konstruktiv  Təlim  mərkəzindən   4 səviyyəli   treninq  keçən,   2013-cü  ildə  ilin müəllimi  adını   qazanan, Türkiyədə   Təlim  və  kompyuter  texnologiyalarına həsr  edilən  Beynəlxalq  konfransda  öz  işini  təqdim  edən   Respublika  İncəsənət   Gimnaziyasının   ibtidai  sinif   müəllimi  Təranə   Əliyevanın  Əliyevanın  1200-dən cox surəti cıxarılmış yazısını yenidən sizə təqdim edirik.

Fatma xanım Bunyatova

 Əliyeva Təranə
Respublika İncəsənət Gimnaziyasının ibtidai sinif müəllimi

                İnteraktiv təlim  treninqi “İdrak məktəbi”nin Konstruktiv təlim mərkəzində kecirilmişdir. Treninqi “İdrak məktəbi”nin direktoru Fatma xanım Bunyatova aparırdı.

İnteraktiv təlimin fəal təlimdən coxlu fərqli cəhətləri vardır.Ən böyük  fərq ondan ibarətdir ki, interaktiv təlimdə hər bir şagird necə? və nə cür? işləyəcəyinin qaydasını bilir və bu qaydalara riayət edərək öz davranışını nizamlayır. İnteraktiv təlim texnologiyası ilə aparılan dərsdə  sözün əsl mənasında təlim və tərbiyyə prosesi qurulur. Müəllimin və yaxud şagirdlərin secimi üzrə qurulan təlim fəaliyətlərində bilik almaqla bərabər,  şagirdlər astadan danışmaq, bir-birini dinləmək, başqalarının fikrini qəbul etmək, sual vermək və sairə bacarıqlara yiyələnirlər. İştirakcısı olduğum İnteraktiv Təlim treninqi  əməli şəraitdə kecmişdi və  burada  nəzəri biliklərin konkret dərs mövzusunda tətbiq olunması yolları göstərilmişdi. Treninqdə  bu cür yanaşma interaktiv təlimin fəaliyyət strukturlarına proqram biliklərini yerləşdirmək mexanizminə  yiyələnməyə şərait yaratmışdı. Bu bir növ əldən- ələ təlim üsullarının ötürülməsi olduğu ücün praktiki işlərə nəzər salanda treninqin nə qədər effektli olduğunu görməmək mümkün deyil.

Təqdim etdiyim dərs treninq vaxtı interaktiv təlim texnologiyası əsasında qurulmuş və işlədiyim İncəsənət Gimnaziyasında dərsdə   kecirilmişdi. 

Mövzu: Söz birləşməsi.

Məqsəd; şagirdlərin söz birləşməsi haqqında biliklərini genişləndirmək;

komandada və cütlükdə birgəişləmək bacarığının inkişafı.

            

Sinif  müvəqqəti komandalara bölünür. Bu bölünmədə  komandaların təşkili strukturundan istifadə olunur. Hər bir şagird stolunun  üstündəki  kartockalardan birini götürür, onu cavablandırır və cavabına uyğun gələn stolun arxasında oturur. Məqsədim eyni vaxta şagirdlərin nitq hissələri haqqında biliklərini yoxlamaqdır. Şagirdlərə komandada və cütlükdə işləmək təklif olunur. Sualla sinfə müraciət edirəm.

M.  : Mövzümuz  “Söz birləşməsidir”. Birləşmə dedikdə siz nə başa düşürsünüz ?

Şagirdlər komandada fikir mübadiləsi aparandan sonra hər komandadan secilən bir öncül komandanın rəyini deyir və misallar gətirir.

C.  Birləşmə — birlik;dostluq; yaxınlıq; bir yerdə; iki söz birlikdə və s. deməkdir. Məsələn: yeni il, aydın səma, parlaq günəş, yaxşı yazmaq və s.

M- Slaydda  verilən sözü  suala əsasən cavablandırın. Alınan sözlər nə bildirir?

 

 

C.- şəkilli nağıl, maraqlı nağıl, şəkilsiz nağıl, qısa nağıl, qorxulu nağıl, gülməli nağıl, uzun nağıl, və s. Bu sözlər nağılın əlamətinin bildirirlər.

M.-Deməli söz birləşməsində bir söz o biri sözün əlamətini bildirir. “Kitabxana” mürəkkəb sözdür , iki söz birləşərək mürəkkəb sözə cevrilir. “Maraqsız nağıl” söz birləşməsidir.  Siz bilən, onların arasında  hansı  fərqlər var?  Komandada fikirləşin, sonra öz fikrinizi söyləyin.

C.-Mürəkkəb söz iki sözün bir sözdə birləşməsindən  əmələ gəlir. Məsələn: dəftərxana, ayaqqabı və s. Söz birləşməsi isə iki sözün bir- biri ilə birləşməsindən əmələ gəlsə də, bir söz o biri sözün əlamətini , sayını  bildirir.

Məsələn: açıq söz, sinif jurnalı, gözəl görsənmək,üc  qız, bərk qaçmaq, yaxşıların yaxşısı, qəşəng oğlan,  yaşıl şar və s.

M. “Yavaşca yaxınlaşmaq”  , “səliqəli qız”, “sinif  jurnalı”, cöz birləşməsində  hansı sözdən o biri sözə sual vermək olar, yəni əsas söz hansıdır?

C  .-Yavaşca- necə? Hərəkətin necəliyini bildirir. Ona sual olunur: necə yaxınlaşır? Sual verən söz –“Yaxınlaşmaq”- dır, sual alan söz “yavaşcada”-dır.

Necə qız? Səliəli qız.  Əsas söz –“qız”-dır, asılı söz “səliqəli”-dir.

Sinif  jurnalı –nə jurnalı?  Sual “jurnal” sözündən qoyulduğu ücün o əsas sözdür, “sinif” sözü isə asılı sözdür.

         Şagirdlərin birlikdə yaratdıqları  biliyi dərslikdə verilən qrammatik izahatla tutuşdurmağı tapşırıram. Onların diqqətlərini fərqlərə yönəldirəm. Sonra onlara tapşırıq verirəm.

Tapşırıq 1. Slayddakı verilmiş cümlələri söz birləşməsinə ayırın. Əsas sözdən asılı sözə  sual verin.

 

 

Hər komandadan  seçilən bir şagird  bir cümlədən  söz birləşməsini seçir və  sual qoyur. Secimin və sualın düzgünlüyünə  komandalar özləri  qərar verir. Burada  mənim məqsədim şagirdlərin cümlədə söz birləşməsini düzgün seçmə bacarığına  yiyələnməsi  idi.

 clip_image002

 

Nitq hissələri rəqəmlərlə kodlaşdırılır.

1- isim. 2- sifət.  3-say.4-əvəzlik. 5-fel. 6-zərf. Şagirdlər komandada birgə fəaliyyətdə  bu kodlarla nitq  hissələrini kodlaşdırırlar. Cavabının düzgünlüyünü ekranda göstərilən slayddakı düzgün cavabla yoxlayırlar.

clip_image002

 

 

 

Tapşırıq yerinə yetiriləndən sonra hər bir komandadan seçilən bir öncül tapşırığı oxuyur. Komanda üzvləri diqqətlə qulaq asırlar və yeri gələndə düzəlişlər edirlər.

Bu tapşırıq  əvvəlki tapşırığın əksidir. Bunu  verməkdə məqsədim şagirdlərin söz birləşmələrinin düzgün qurmaqlarını, onların kodlara uyğun sözləri düz seçmək-lərini  yoxlamaq idi. Bununla yanaşı ,bu açıq tapşırıq  şagirdlərin nitqlərinin zənginləşməsinə yonəlmiş olur, cünki bu tapşırığı hər bir şagird öz  görümünə əsaslanaraq yerinə yetirir.

Komanda üzvləri  bu tapşırığı yerinə yetirəndən sonra onlara iş vərəqləri paylayıram. Məqsədim : şagirdklərin  əldə etdiyi biliklərin nə qədər tam olduğunu üzə çıxartmaq , onu necə tətbiq etdikləri ilə bərabər, onların komandada birgə fəaliyət bacarıqlarının inkişaf etdirməkdir.

          İş vərəqlərinin tərtibatında asan suallardan çətin suallara keçidlə bərabər, düşündürücü və tətbiqedici tapşırıqlar da qoyulur. Məqsədim, şagirdlərə  biliklərini tətbiq etmək, onlardan yararlanmaq bacarığını aşılamaqdır.

 İş vərəqlərindən nümunə.

İş vərəqlərinin yerinə yetirilməsinə 7-8 dəqiqə vaxt ayrılır. Komanda üzvləri tapşırıqları öz aralarında bölürlər. Hər kəs öz bacarığına uyğun işi görməyə çalışır. Tapşırıqlar yerinə yetiriləndən sonra komandada müzakirə olunur. Komanda ümumi nəticəyə gələndən sonra təqdimata hazır olduğunu bildirir. Hər komandadan bir nəfər iş vərəqini təqdim edir. Komandalar təqdimata diqqətlə qulaq asandan sonra  təqdim olunan işi qiymətləndirirlər.Cıxarılan orta qiymət bütün komanda üzvlərinin qiyməti sayılır.

İnteraktiv texnologiya ilə keçirdiyim  dərslərdə nə yenilikləri gördüm? Şagirdlərin hansı cəhətləri mənə aydın olundu?

1.Öncə onu qeyd etmək istərdim ki, interaktiv təlimin qaydaları ilə qurulan dərs nizam və intizamlı olur.

Əvvəllər “işgüzar hay-kuy” adladırdığımız səs- küy sinifdə yox dərəcəsində olur. Hər bir şagirdin təlim qaydalarını bilib komandada ona riayət etməsi ( bu önəmli bir haldır) sinifdə səslərin tonunu azaltmış olur, cünki onlar harada asta, harada orta və ya  uca tonla danışmaq qaydalarını öyrənib ona riayət  etməyə calışırlar.

2. Hər bir fəaliyyət strukturuna yerləşdirdiyim biliklər şagirdlər tərəfindən araşdırılaraq , müzakirə edilib əsaslandırılaraq öyrənilirdi, Burada bilik bir-birinə ötürülərək daha da da anlamlı olurdu.

3.Komanda üzvləri qarşılıqlı fəaliyyətdə olarkən hər bir komanda üzvü məsuliyyət daşıyaraq təlimə daha da ciddi yanaşırdı,

4.Tapşiriq və fəaliyyət strukturlarının rəngarəngliyi şagirdlərdə dərsə marağın artmasına, hər bir şagirdin özünə inamın yüksəlməsinə səbəb olurdu.Ən əsası o idi ki, şagirdlər dərs bilgiləri ilə yanaşı tədricən sosial (yaşam) bilkilərinə də yiyələnməyə başlamış oldular.

         5. Fəal təlimdə motivasiya fəaliyyətinə və bu fəaliyyətdə təkcə mövzunun adının tapılmasına ayrılan vaxt  mövzunun daha da geniş çərçivədə, daha da ayrı-ayrı yanaşmada öyrənilməsinə istiqamətlənmiş oldu.

 

 

Baxış: 4818

2 комментария to “Bu dərs interaktiv təlim treninqi dövründə qurulmuşdur”

  • Yaqut:

    Çox maraqlı dərsdir, Təranə xanım.İnteraktiv təlimin fəal təlimdən fərqli cəhətlərindən biri də ondan ibarətdir ki, şagirdlər təlim zamanı necə işləyəcəyinin qaydasını bilir və bu qaydalara riayət edərək öz davranışını nizamlayırlar. Təqdimatınız digər müəllimlər üçün bir örnəkdir.

  • Təranə müəllimə dərsiniz mənə çox xoş təsir bagişladı. Belə bir geniş mövzunu şagirdlərə sadə ve anlamlı dildə, maraqlı slaydlarla bu cur izahı onların daha rahat qavramasına şərait yaradır. Dərsin sonunda yaradıcı tətbiq etmələri mənim çox xoşuma gəldi. Sizə bu dərs metodunda bizə yenilikləri göstərdiyiniz üçün təşəkkürlər.

Leave a Reply

You must be logged in to post a comment.

Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe