Archive for the ‘Xəbərlər’ Category
Malayziyanın paytaxtı Kuala-Lumpurda Asiya -2014 Rəqamsal Təhsil sərgisində
Fatma xanım Bunyatova
Asiyanın inkişaf etmiş ölkələrindən biri olan Malayziya təhsilə, İKT -nin təhsilə tətbiqinə və inkişafına böyük diqqət verir. Son iki ildə Malayziya TN dəstəyi ilə Digital Shovv – 2014 komandasının keçirdiyi Asiya beynəlxalq sərgisini buna misal gətirmək olar. 27-28 may 2014-ci ildə Paytaxt Kuala -Lumpur şəhərinin ən möhtəşəm sərgi zalı olan KLCC üc yüzdən cox özəl firmaların İKT proqram materialları ilə bərabər özəl və dövlət məktəblərində, kolleclərdə və universitetlərdə bu proqramlardan necə istifadə edildiyi nümayiş edildi. Çeşidli İKT proqramları fonunda Read the rest of this entry »
Innovativ pedaqoji texnologiyalara praktik çəhətdən yiyələnmək arzusunda olanların nəzərinə!
Müəllimlərin sınaq imtahanlarının ikinci və ücüncü bölməsinin sualları müəllimlərin təlim prosesində komunikativ və innovativ pedaqoji texnologiyalarla işləmək bacarıqlarının üzə cıxarılmasına istiqamətlənmişdir.
İnnovativ Pedaqoji texnologiyada müəllimin fəaliyyəti aşağıdakı funksional komponentlərə ayrılır.
1) idraki (gnostik component)
2) Layihələşdirici komponent
3) Konstruktiv komponent
4) Təşkilatçılıq komponenti
5) Kommunikativ (ünsiyyət) component
İnnovativ pedaqoji təlim olan F.Bunyatovanın Konstruktiv təlimin – (KT) prinsipləri bu komponentləri özündə ehtiva edir. Malayziyanın Digital Shovv – 2014 komandası F.Bunyatovanın KT dünyada Rəqəmsal təhsilə gətirilən top 100 təhsil texnologiyaları sırasına salaraq bu texnologiya və onun müəllifini top 50 təhsil texnologiyası və texnoloqlar sırasına düşmək ücün internet səsverməyə cıxarmışdı.
Konstruktiv təlimin komponentləri: Read the rest of this entry »
Baxış: 2932Konstruktiv yanaşma ilə interaktiv təlimlə biologiya dərslərində şagirdlər öz biliklərini necə qururlar?
Bakı ş.Qaradağ r-nu 228№ məktəbin
biologiya müəllimi Mətanət Əliyevanın
6-8 .06. 2014 Stambul universitetində keciriləcək Beynəlxalq təhsil konqresinin
elm və təhsil şöbəsində dinlənilməyə qəbul edilən məruzəsinin qısa içmalı
Bu məqalə şagirdlərin öz biliklərinin hansı təlim prosesində? və hansı şəraitdə? qurlduqlarına həsr edilir. Muasir zamanda informasiya və komunikasiya texnologiyasının inkişafı dövründə hər bir fərd informasiya axını qarşısında qalır. Bu informasiyalardan lazım olanları seçib və onları yadda saxlamaq cox çətin olur. Bu problemin həlli bizim tərəfdən şagirdləri öyrənməyi öyrətməkdə və onları öz biliklərinin quruçusu olmaqlarında görünür. Məktəb proqramı cərçivəsində bunu necə həll etmək olar? Azərbaycanda 2007-çi ildən təhsil islahatları aparılır. Milli kurikulum yaradılıb və onun təlim strategiyası fəal təlimdir. Bu illər ərzində 1-6 sinifə qədər müəllimlər fəal təlim kursları keçmişlər və öz peşakarlıq səviyyələrini yüksəltmişlər. Lakin fəal təlim prosesində şagirdlərin Read the rest of this entry »
Otra məktəbdə kimya fənnin tədrisində innovativ dəyişikliklər.
Bakı ş.Qaradağ r-nu 228№ məktəbin
kimya-biologiya metodisti Hüseynova Rimma
5-8 .06. 2014 Stambul universitetində keciriləcək Beynəlxalq təhsil konqresinin elm və təhsil şöbəsində dinlənilməyə qəbul olunan məqalənin tezisləri.
Bu məqalə təlim prosesinin dəyişikliyinə həsr edilmişdi. Dəyişiklik yaddaşa istiqamətlənmiş dərs prosesini koqnitiv dərk etmə prosesinə çevirməkdən ibarətdir. Dərk etmə prosesi üzərində qurulan Bunyatovanın konstruktiv yanaşma ilə interaktiv təlimi şagirdlərə öz biliklərinə əsaslanaraq yeni biliklərini qurmağa imkan verir. J Piajenin koqnitiv nəzəriyyəsinə və S.Kaqanın kooperativ təlimin təlim fəaliyyətlərinə əsaslanan bu təlimdə müəllim dərsin Read the rest of this entry »
Baxış: 1924«Azərbaycan-Türkiyə Yeni Ortak Eğitim Sistemi-YOES» layihəsi çərçivəsində 22-24.2014 Trabzonda keçirilən treninq materiallarIndan.
«Azərbaycan-Türkiyə Yeni Ortak Eğitim Sistemi-YOES» layihəsi çərçivəsində 22-24.2014 Trabzonda keçirilən treninq materiallarIndan.
Treninq iştirakçıları üçün Read the rest of this entry »
Trabzonda “Azərbaycan-Türkiyə Yeni Ortak EğitimSistemi-YOES” layihəsi çərçivəsində Azərbaycan və Türkiyə müəllimlərinin treninqi
Martın 21-25-i Trabzonun Zorlu Qrant otelində “Azərbaycan-Türkiyə Yeni Ortak EğitimSistemi-YOES” layihəsi çərçivəsində Azərbaycan və Türkiyə müəllimlərinin “Liderlik və İnnovativ təlim” adlı treninqi keçirilmişdir. Treninqi Türkiyədən Morfo Gelişim Akademisi qurucusu, Eğitmen, Koç Arzu Aktaş, Azərbaycandan Özəl “İdrak məktəbi” Konstruktiv təlim məktəbinin yaradıcısı Fatma xanım Bunyatova apardılar.
Treninqdə Azərbaycandan — Bakı, İsmayıllı, Qəbələ müəllimləri, Türkiyədən isə Trabzon , Rizə , Ankara müəllimləri iştirak edirdi.
Treninqin 3-cü günü Trabzonun BVƏ ilk öyrətim okulunun IV sinifində treninq iştirakçıları üçün riyaziyyat dərsindən “Onluq kəsir” mövzusunda master-klas keçirildi. Master-klası “Azərbaycan-Türkiyə Yeni Ortak Eğitim Sistemi-YOES” layihəsinin rəhbəri Fatma xanım Bunyatova apardı. Dərs Konstruktiv təlimlə qurulmuşdur. Bu dərs xüsusilə şagirdlərin biliklərinə əsaslanmışdır. Şagirdlər öz biliklərini qoyulan suallarla üzə çıxardaraq müəllimin məntiqi sualları və əsasları əsasında bir biliyi başqa biliyə çevirərək, sadə bilikdən mürəkkəb biliyə gedən yolda öz biliklərini qurmuş oldular. Read the rest of this entry »
Baxış: 1956Təlim strategiyaları və pedaqoji texnologiyalar
Fatma xanım Bunyatova
“Strategiya” yunan mənşəli sözdür ( “sərgərdənin incəsənəti” ) və təhsildə təlim strategiyası anlamı “ öyrədənin öyrəncinin qarşısna qoyulan məqsədə çatmaq üçün öyrətmə metod və usullardan istifadəsidir” deməkdir.
Təlim strategiyaları özündə təhsilin bütün komponentlərini ehtiva edir. Bununla bərabər bu komponentlərin hər biri dövlətin mədəni, siyasi və ictimai reallığı ilə bağlıdır.
Təhsil prosesində təlim strategiyasının vacibliyi ondan ibarətdir ki o asan metod və usullarla öyrənçilərə öyrənməyə imkan yaradır. Təlim strategiyasının vacib amillərindən biri də interaktiv və ənənəvi təlim mühitində, mümkün olan zaman strategiyaların birlikdə istifadə edilməsidir. Təlim strategiyalarına inteqrativ yanaşma təlimin keyfiyyətini və öyrənçilərin müvəffəqiyyətlərinin artmasına gətirib çıxarır. Read the rest of this entry »
Baxış: 44781Konstruktiv yanaşma ilə interaktiv təlimlə Ədəbiyyat fənnindən qurulan dərs nümunəsi .
Fatma xanım Bunyatova
Ədəbiyyat V sinif (A.Süleymanova və b.)
Mövzu: “Müəllimin arzusu”
Konstruktiv yanaşma ilə interaktiv dərs iki hissəli dərsdir. Dərsin birinci hissəsi üç mərhələdən ibarətdir. Hər mərhələdə görülən iş sonrakı mərhələ ilə əlaqəli olduğu üçün şagirdlər silsiləli təlim və əqli fəaliyyətdə olurlar. Şagirdlər 4 nəfərdən ibarət komandalarda təlim fəaliyyətində olurlar
Standart 1.1.1.; 1.1.2; 1.1.3; 1.2.4; 2.1.1.; 2.2.1.;
Məqsəd :
— şagirdlərin arzu haqqında anlamlarını üzə çıxartmaq və onu genişləndirmək;
-mətnə sual qoymaq, suala ətraflı cavab vermək, ifadəli oxu bacarıqlarını inkşaf etdirmək;
— şagirdlərin cütlükdə və komadada qarşılıqlı müzakirə bacarıqlarını inkişaf etdirmək;
Təlim fəaliyyətləri: cütlükdə oxu ; cütlükdə müzakirə ; komandada müzakirə; Read the rest of this entry »
Baxış: 8166YENİ TƏLİM TEXNOLOGİYALARI – Konstruktiv yanaşma ilə interaktiv dərs.
Svetlana Əliyeva
Xızı rayonu Giləzi kənd tam orta məktəin ibtidai sinif müəllimi
a.svetlana@box.az
Müasir dərsi layihələşdirərkən calışıram ki, yeni pedaqoji texnologiyalardan və İKT-dən istifadə edim. Bu inteqrativ yanaşmada bir çox və eyni zamanda müxtəlif sayda texnoloji proqramları təlim texnologiyaları ilə sintez edərək yeni kontekstdə istifadə etmək bir pedaqoq kimi müəllimdən yüksək bilik və bacarıq tələb edir. Bu bacarıqlara yiyələnmək üçün daima öz üzərində işləməli , müxtəlif treninqlərdən, kurslardan keçərək öz biliklərimi artırmalıyam.
XXI əsrin texnologiyalar əsri olması təhsilimizə bir çox yeniliklər gətirdi. Azərbaycan Respublikasının “Təhsil Sahəsindiə İslahatlar Proqramı “ çərçivəsində Təhsil Nazirliyi tərəfindən aparılan treninqlər və digər təşkilatların bu sahədə apardıqları iş biz müəllimlərə yardımçı olmuşdur. Read the rest of this entry »
Baxış: 4498«Liderlik, innovativ müəllim və innovativ dərs» treninqi
Fevral ayının 15-i İrşad otelin Konfrans zalında “Azərbaycan- Türkiyə Yeni ortaq Eğitim Sistemi -YOES” layihəsi çərçivəsində “Liderlik, innovativ müəllim və innovativ dərs” mövzusunda növbəti treniniqimiz keçirildi. Treninqi Türkiyədən- Morfo Akademisinin Yaradıcısı, Eğitmen, Koç Arzu Aktaş və Özəl “İdrak məktəbi”nin direktoru , Konstruktiv Təlim Mərkəzinin yaradıcısı Fatma xanım Bunyatova apardı. Treninqdə Bakı şəhərinin müəllimləri ilə bərabər Təhsil Nazirinin müşaviri Ağababa İbrahimov iştirak edirdi.
Treninqdə liderlik keyfiyyətləri hansılardır və ona hansı yollarla yiyələnməyi göstərən Arzu xanımdan sonra, Fatma xanım bu keyfiyyətləri sinif otağında şagirdlərdə necə yaradılmasını, hansı təlim və əqli fəaliyyətlərin formalaşmasının əsaslarını göstərdi. Treninqdə yaradılan yeni yanaşma ilə dərs modelini ənənəvi və fəal təlimlə aparılan dərs modelləri ilə müqayisə edən müəllimlər konstruktiv yanaşma ilə interaktiv təlimin nə qədər sadə, anlamlı olduğu ilə bərabər, nə qədər keyfiyyətli , şagirdlərə başa düşüləsi və rahat olduğunu dərk etdilər. Read the rest of this entry »
Baxış: 2060