Məndə o seminarların iştirakcısıyam
TQDK apardığı seminarlara məndə dəvətli olmuşam və böyük məmunuyyətlə iştirak edirəm. Seminar iştirakcıları kimi məndə orada özüm ücün cox məqamları acdım.
1. Müəllimlər Konstruktiv təlim mərkəzinə treninqə gələndə onlarla birinci söhbətim dərslər barəsində olur. Onlar kecdikləri dərslər haqqında mənə danışanda həmişə təəcüb edirdim ki, fəal təlimdən az istifadə edirlər, interaktiv təlimdən isə ümumiyyətcə istifadə etmirlər. Səbəbini də izah edirdilər ki , MMV-də necə deyiblərsə elədə edirik.
İştirakı olduğum seminarda, dərsliklərin müəlliflərinin cıxışlarına ekspertlərin rəylərinə qulaq asarkən, müəllim ücün vəsaitlərlə dərindən tanış olandan sonra müəllimlərin nə qədər səmimi və haqlı olduqları mənə aydın oldu. Və birdaha özüm özümü öz fikirlərimdə təsdiqlədim ki Azərbaycanda öz üzərində işləyən, yeniliklərə can atan müəllimlər az deyildi, və aldıqları məvacibdən ayıraraq nəinki yerli treninqlərə, hətta xarici ölkələrə gedənlər də vardır. Bu yenlik istəyi alqışlanmalı və hər cəhətdən dəstəklənməyə layiqdir.
2. Elə dərslik müəllifləri vardı ki 3-4 ayın ərzində 2 dərslik, 2 müəllim ücün vəsait və üstəlik şagirdlər ücün 2 iş dəftəri də yazıblar. Qısa bir zamanda bu sayda keyfiyyətli dərslik yazmaq olarmı? Göründüyüm kimi olur.
3. TN dərsliklərin qiymətləndirmə ekspertlərinə ünvanlanan suallardan aydın oldu ki ekspertlərin coxusu, özləri demişkən, sıravi müəllimlərdi. Belə ekspertlərdən nə gözləməli?
Onlardan soruşmaq lazımdır:
-Hansı beynəlxalq səviyyəli konfrans iştirakcısı olmusunuz və hansı məruzə ilə cıxış etmisiniz?
-Hansı beynəlxalq treninqlərdən kecmisiniz və öz dərslərinizə hansı yenilikləri gətirmisiniz?
Bu suallar elə müəlliflərə də ünvanlanmalıdır.
Bu suallar beynəlxalq səviyyədə akademik CV -də olur. Hər bir müəllif , ekspert bu suallara cavab verməlidir, onda bilmək olardı onun elmi, praktiki potensialı nədən ibarətdir?
Bax belə, hər seminardan seminara dərsliklərin və MMV quruluşuna aydınlıq gətirilir, və mənim ücün də bir düşündürücü sual yaranır:» Görəsən tələsikliklə, süzgəcdən kecməmiş dərslikləri cap etdirərk bütün məktəblərə vermək nəyə lazım idi?»
P.S. saytın senzoru xarıcdə olduğu ücün yazı redaktəsiz yerəşdirilir. Üzürlü sayın!
Baxış: 2153