Beynəlxalq mədəniyyət layihəsi
ITA Danimarka- Beynəlxalq Müəllimlər Assosiyasası -Danimarka Səmərqənd komitəsindən bizə bir məktub ünvanlanmışdı. Komitənin sədri dostumuz Anatoliy İonesov Rusiya şairəsi İrina Alekseyevanın Səmərqəndin 2750 illiyinə həsr etdiy “Səmərqəndə vəsf” şeirini bədii tərtibatda 50-dən cox dildə tərcümə edərək capa hazırladıqlarından danışdı. Bu kitab Moskvada cap olunacaq və Avropada yayımlanacaqdı. Anatoliy bu vəsfi Azərbaycan dilinə tərcümə edilib cap olunması istəyi ilə bizə müraciət etmişdi. Məndə bu məqsədlə fasbookda bu haqda məlumat verdim. Sağ olsunlar şair-müəllimlərimiz bu cağırışa tez cavab verdilər. Ən uğurlu tərcümə Lerik şəhəri, leytenant A.Nuriyev adına 1№-li texnikifənlər təmayüllü liseydə tarix müəllimi işləyən gənc şair Nəriman TOLIŞİnin ( Ağazadə Nəriman Fərman oğlu ) hesab olundu.
İrina Alekseyeva
SƏMƏRQƏNDƏ VƏSF
A Səmərqənd! Nəğmə deyib səninçün,
O sehirli görkəmini öyürəm.
Ürəyindir sənin gözəl Reqistan—
O əbədi bir cavandı—deyirəm.
Uluqbəydir onun vuran ürəyi,
Səma altda bir ulduzdu, vurur bərq.
A Səmərqənd! Sənin uzun bu ömrün
Böyük Teymur əməlidir, bilir Şərq.
Pak, müqəddəs mədrəsənsə qoruyur—
Çiçəklənir mədəniyyət, baxanda.
Onlar gözəl varlığıyla durur, bax,
Yüzilləri an eyləyir bir anda.
Bax, Əlişir Nəvainin şerinə!—
O qüdrətli, məhəbbətli nəfəsə.
Əxz eləyib hər sakini bu elin,
Xoşbəxtliyə ilham verib hər kəsə.
Bax, burada minarələr nə gözəl…
Aydın səma ulduzudu, gündüzlər.
Təmiz, şəffaf lacivərdtək işıqlı,
Ornamentli, hörgülü bu günbəzlər.
A Səmərqənd! Sən illərin müdriki…
Burda kilsə məscid ilə bərabər.
Sənə vurğun olanlara tapılmaz…
Tayın deyil bu dünyada bir şəhər.
A Səmərqənd! Yaşa, yaşa, parla sən!
Və şöhrətlən xoş, xeyirxah əməllə.
Çıx qarşına əbədilik ömrünün,
Və əbədi bizimlə qal—əl-ələ.
Rus dilindən tərcümə edəni: Nəriman Tolışi.
———
Ирина Алексеева
Пою тебя, о, Самарканд!
Твой чудный облик восхваляю.
И твоё сердце — Регистан —
Я вечно юным называю.
Его биенье Улугбек
Предчувствовал под небом звёздным,
О, Самарканд! Твой долгий век
Величием Тимура создан!
Твои святые медресе —
Приют искусств и просвещенья,
Они стоят во всей красе
Столетья превратив в мгновенья.
Здесь Алишера Навои
Поэзию — любовь и силу —
Впитали жители твои
Она их счастьем вдохновила.
Здесь минаретов купола —
Дневные звёзды в небе ясном —
Так чистая лазурь светла
И вязь орнаментов прекрасна.
О, Самарканд! Ты — мудрость лет,
Здесь рядом церкви и мечети:
В тебя влюблённым лучше нет
И краше города на свете!
О, Самарканд! Живи, цвети
И славься добрыми делами!
Навстречу вечности лети
И вечно оставайся с нами
Baxış: 1508