Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

Azərbaycanda ilk dəfə olaraq elmi layihələr dövlət tərəfindən maliyyələşdiriləcək

Prezident yanında elmin inkişafı fondunun qrant müsabiqəsinə layihə qəbulu başa çatıb

Prezident yanında elmin inkişafı fondunun elan etdiyi qrant müsabiqəsinətəqdim olunan layihələrin sayı gözləniləndən 2 dəfə çox olub. Layihələrin əksəriyyəti fundamental və tətbiqi xarakterlidir.

Elmin inkişafı fondunun elan etdiyi birinci müsabiqə müddətində quruma 194 qrant layihəsi təqdim olunub. Fondun ijraçı direktoru Elçin Babayevin «birinci kanal»a verdiyi məlumata görə, layihələr elmin ən müxtəlif istiqamətlərini əhatə edir:

“Layihələr ən çox fizika-riyaziyyat, texnika elmləri sahəsində, biologiya, tibb, aqrar elmlər sahəsində və humanitar-ictimai elmlər sahəsində təqdim olunub. Nisbətən az layihələr yer elmləri və kimya sahəsində təqdim olunub. Bizim üçün əsas meyar daxil olmuş layihələrin elmi tutumu, onların hansı yüksək dərəjədə tərtib olunması və keyfiyyətidir.
İqtisadi tutumlu 14 layihənin əksəriyyəti isə fundamental-tətbiqi və axtarış-innovasiya xaraterlidir. Onların arasında xüsusi maraq doğuran layihələr də var. Fondun direktoru deyir:
“Milli innovasiya sisteminin yaradılması və təkmilləşdirilməsi ilə bağlı layihəni misal göstərmək olar. Azad iqtisadi zonalarla bağlı layihə də daxil olub. Maraqlı layihələrdən biri kimi baxmaq olar qeyri-dövlət pensiya sisteminin Azərbaycanda tətbiqilə bağlı. “
Bundan başqa, layihələrdə adi kotanın təkmilləşdirilməsindən tutmuş hansısa musiqi alətlərindən istifadə etməklə yeni nümunənin düzəldilməsinə qədər ən müxtəlif ideyalar əksini tapıb. Müəlliflər arasında milli elmlər akademiyası ilə yanaşı, universitetlərdə, müxtəlif nazirliklərin yanında fəaliyyət göstərən institutlarda və mərkəzlərdə çalışan elm adamları, hətta sadə vətəndaşlar da var. Fonda bölgələrdən — Gəncə, Naxçıvan, Şəki və Lənkərandan da müraciətlər çoxdur. Daxil olan layihələrin maliyyə tutumu isə ən azı 9 min, ən çoxu 3 milyon manat həcmindədir.
Elçin Babayevin sözlərinə görə, birinci qrant müsabiqəsi üçün 6 milyon 100 min manat nəzərdə tutulsa da, fonda daxil olan layihələr üzrə istənilən maliyyə bundan 4,8 dəfə çox, yəni 29 milyon manatdan artıqdır. Ona görə də layihələr arasında ən yaxşıları seçiləcək. Qeyd edək ki, hazırda qrant layihələri texniki ekspertizadan keçirilir. Bu mərhələdən keçən layihələrin elmi ekspertizası təşkil ediləcək. Layihələr xüsusi kodlaşdırılaraq yerli və xarici ekspertlərdən ibarət qrupa veriləcək. Müsabiqədə qalib gəlmiş layihələr isə gələn aydan başlayaraq elan ediləcək.

Mənbə: İctimai TV

Baxış: 2229

Leave a Reply

You must be logged in to post a comment.

Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe