Erkən inkişaf və erkən fəaliyyət
Fatma xanım Bunyatova
Araşdırmacılar birmənalı isbat edirlər ki uşaqların öyrənmə qabiliyətinin 50% ilk 4 ildə 30% isə 8 yaşına qədər inkişaf edir.Bu o demək deyil ki 4 yaşına qədər onlar 50% idrakı bacarıqlarına yiyələnirlər. Bu o deməkdir ki, həyatın ilk illərində beyində təlimin əsas strukturları formalaşır. Uşaq ömrünün kələcək dövründə nə öyrənəcəksə, bu fundamentin üstündə qurulacaq. Bununla bərabər uşaq həyatının ilk illərində fantastik həcmdə iformasiya qəbul edir . Gələcək təlim prosesidə bu nüvənin ətrafında qurulacaq. “İdra məktəbi”nin “Erkən inkişaf proqramı” bu əsasları nəzərə alaraq məktəbəqədər yaşlı uşaqların görmə, eşitmə, duyma, hiss etmə, yaddaş, düşüncə qabiliyyətlərini inkişaf etdirməyə istiqamətlənmişdir. Fantastik dərəcədə informasiya qəbul etməklə bərabər bu dövrdə uşaq gördüyünü, eşitdiyini əməl etmələ calışır. Bu işlərə görmə! qadağası qoyanda , onların hərəkətərini məhdudlaşdıranda , onda onların fəaliyyət strukturlarının inkişafını ləngiyir. Burada XX əsrin önəmli pedaqoqlarından biri olan Mariya Montessorinin kəlamlarına diqqət vermək lazımdır:”Uşaq nə etmək istəyirsə qoyun etsin, amma siz ona bu işi düzgün görməkdə köməklik edin”.
Baxış: 2154