Təhsildə dəyişiklik və innovasiya
Tahirli Aytən
Akademik Zərifə Əliyev adına lisey
Bakı Azərbaycan
Bu məruzə http://www.icits2012.6/. ULUSLARARASI BİLGİSAYAR VE ÖĞRETİM TEKNOLOJİLERİ SEMPOZYUMUnda edilmişdi.
Annotasiya:
Bu məqalə ənənəvi təhsildə yanaşmanını dəyişməsinə, şagirdlərin tarix dərsində interaktiv və konstruktiv fəaliyyətlərinin qurulmasından bəhs edir.
Acar sözlər: innovasiya, interaktivlik, konstruktivlik, düşüncə, müxtəliflik, kompetensiya, müqayisə, məntiqi suallar, əsaslandırma, fərziyələr.
Hər bir inkişafda olan cəmiyyətin əsas meyarlarından birini də tədris təşkil edir. Cəmiyyətə, dövlətə savadlı öz işini mükəmməl bilən yaradıcı kadrlar lazımdı. Heç şübhəsiz bu baxımdan zamanın tələblərinə uygun olan müəllim kadrlara böyük ehtiyac var və onların peşəkar hazırlığı daim diqqət mərkəzində olmalıdır. Müasir tədris texnologiyalarını bilmədən yüksək səviyyəli müəllim olmaq olmaz.
XXI əsrdə işləyən müəllim ənənəvi tədrisi dəyişməlidir. Niyə? Çünki ənənəvi
təlimllə keçilən dərslər bir istiqamətlidi. Müəllim deyir, şagird təkrar edir, əzbərləyir. Və bununla da dərs bitir. Nəticə isə nə müəllimi, nə də şagirdi qane edir. Ənənəvi təhsil müəllim yönümlü olduğu halda, şagirdin bilik və bacarıqlarını, yaradıcı qabiliyyətini üzə çıxartmaq mümkün olmur. Bugün öz üzərində işləyən hər bir müəllim monoton dərsdən imtina edir və artıq şagird yönümlü dərslər qurmağa başlayır. Bəs bu cür dərsləri necə keçmək olar? Müəllim hansı yeni üsul və metodları, texnologiyaları bilməlidir ki, bu cür dərslər keçə bilsin.
Tədris prosesində şagirdlərdə dərsə maraq yaratmaq əsas məqsədlərdən biridi. Bu maraqlar bir neçə formada rassional və emosional, faktlar və ümumiləşdirmələr, kollektiv və fərdi, informasiya verici, problemli, izahedici və axtarış xarakterli ola bilər. Dərs zamanı bu maraqların hər hansı birindən istifadə etməklə şagirdlərdə təxəyyül, təfəkkür, yaddaş və nitqi inkişaf etdirmək olar. Bu prosesdə şagirdlərin müstəqil təfəkkür tərzinin inkişafına,onların dərsə yanaşma mexanizmlərinə xüsusi fikir verilməlidi. Müəllim- şagird,şagird- şagird-müəllim əməkdaşlığı şagird şəxsiyyətinin yaradıcı qabiliyyətini üzə çıxarmağa imkan yaradır. Orta məktəbdə tarix dərslərində şagirdin inkişafının əsasında tarixi biliklərinin məzmunun struktur quruluşu və İKT ilə bərabər pedağoji texnologiyalar durur. Dərs prosesində hər hansı bir mövzunun struktur quruluşunun məntiqi quraraq, onu bugünki reallıqlarla uzlaşdırıb müzakirəyə cıxardırlar. İnteraktiv fəaliyyətdə olan şagirdlər bilik qazanmaqla bərabər öz düşüncələrini inkişaf etdirir, təhlil, müqayisə, proqnoz etmək kimi dərk etmə üsullarına yiyələnmiş olurlar. Konkret tarixi material əsasında istifadə olunan bu bacarıqlarla şagirdlər yeni bilik yaradırlar. . Yaradıcı işin effektiv alınması üçün mütləq tarixi materialın və ya tapşırığın mürəkkəblik səviyyəsi nəzərə alınmaqla bərabər şağirdlərin inkişaf səviyyəsi də nəzərə alınmalıdır. Əgər şagird tədris prosesində öyrənmə vasitələrindən mükəmməl istifadə edə bilirsə, onda o verilən tapşırığın öhdəsindən də mükəmməl gələcək.
Şagirdlərdə öyrənmə bacarıqları interaktiv və konstruktiv təlim fəaliyyətinə əsasən inkişaf edərək formalaşır. Komandada müzakirə, dəyirmi masa, breyn-rinq strukturlarında interaktiv fəaliyyətdə olan hər bir şagird öz bilikləri ilə komanda üzvləri ilə paylaşaraq, bu paylaşmadan yeni bilik qazanaraq öz köhnə bilikərini söküb dağıdaraq onu yeni formada qurur . Bu yaradılan yeni bilik interaktiv dərs prosesində ümümi sinif müzakirəsi obyekti olanda o hər bir fəfddə fərdi olaraq daha da genişlənərək zənginləşir.
İKT və interaktiv təlim texnologiyası ilə 9-cu sinifdə qurulan Azərbaycan tarixi dərsində “Azərbaycan torpaqlarının bölüşdürülməsinin başa çatması” mövzusunda mənim əsas məqsədim şagirdlərin nəyə görə? və kimlər? Azərbaycan torpaqlarının daim bölüşdürməyə maraqlıdır anlamını üzə cıxartmaq və onu yeni bilgilərlə genişləndirmək idi. İnteraktiv dərs mimio elektron lövhə ilə keçilir. Şagirdlərə kiçik bir müharibə səhnəsi göstərəndən sonra sinfə belə bir müraciət edilir:
—“İşğal” nədir? və işğaldan sonra nə ücün bölüşdürülmə gedir?”
Hər bir komanda müzakirədən sonra öz fikirlərini deyirlər və onu əsaslandırmağa calışırlar. Müəllim müzakirədən alınan bilikləri şagirdlərin əvvəlki biliklərini nəzərə alaraq Azərbaycan torpaqlarının nə üçün Rusiya tərəfindən işğal edilməsinin səbəbini şagirdlərlə birgə aydınlaşdırır. Şagirdlər özləri nə üçün məhz Azərbaycan xanlıqlarının Rusiyanın işğal obyektinə çevrilməsinə aydınlıq gətirib, mövzu ilə bağlı suallara cavab verirlər. Mövzu müzakirəsi zamanı şagirdlər Rusiya tərəfindən Azərbaycan xanlıqlarının işğal edilmə ardıcıllığını sayıb, I Rus-İran müharibəsinin səbəblərini tapıb göstərirlər..Təbii ki, mövzunun açılmasında müəllim tərəfindən qabaqcadan elektron lövhədə (mimio) hazırlanmış tapşırıqların da böyük rolu vardır..Məhz bu tapşırıqların köməkliyi ilə şagirdlər Azərbaycan xanlıqlarının işğalı, I Rus-İran müharibəsinin nəticəsi kimi imzalanmış Gülüstan sülh müqaviləsi haqqında məlumatları işləyirlər. Və şagirdlər özləri nəticə çıxarırlar ki, I Rus-İran müharibəsinin nəticəsində Rusiya bütün şimali Azərbaycan xanlıqlarını işğal edə bilməmişdi. Bundan sonra onun səbəbini axtarıb tapmağa calışımışlar. Verilmiş tarixı materialları komandada araşdıraraq öz fikirlərini ümümi müzakirəyə cıxardırlar. Sinif müzakirəsində belə bir qənaətə gəlirlər ki, Rusiyanın işğalçılıq planları ilə İran dövləti razılaşmırdı və ortalığa belə bir problem cıxdı: “Rusiyanın hansı işğalcı proqramı ilə İran razı deyildir? II Rus-İran müharibəsinin səbəbləri nə idi?”.
Hər komandaya bu problemi araşdırmaq ücün ayrı –ayrı mənbələrdən götürülmüş tarixi materallar verilir. Şagirdlərə birgə işləmək üçün verilmiş tapşırıq belə olur: “Bu materiallardan istifadə edərək o dövrün siyasi gedişmələrinin xronologiyasını qurun və müharibənin səbəblərini göstərin. Müasir zamanda İran- Azərbaycan, Rusiya-Azərbaycan siyasi münasibətlərlərin gedişaatı ilə müqayisə edin”
Verdiyim tapşırıqlar şagirdlərdə mühakimə, təhlil, siyasi proqnoz kimi intellektual bacarıqların inkişafına yönəlmişdir. Bununla bərabər tarixin kecmiş səhifələrinin bugünkü günlə bağlamağım fənn daxili inteqrasiyaya gətirib cıxatrmaqla bərabər, şagirdlərdə tarixi biliklərin real biliklərə çevrilmə, ondan gündəlik yaşam tərzində yararlanma bacarıqlarını inkişaf etdirməyə yönəlmişdir. Müəllimin əsaslı və məntiqi qoyduğu sual və tapşırıqları sərbəst interaktiv fəaliyyətdə yerinə yetirən şagirdlər öz düşüncə tərzlərini bu istiqamətdə qururlar.Komandada görülən işin nəticəsi hər bir komandanın secdiyi liderin təqdimatında edilir. Təqdimatın qiymətləndirilməsi komanda üzvlərinin və müəllimin iştirakı ilə aparılır. Qiymətləndirmənin bu üsulu şagirdlərin diqqətli omasına, onların irəli cəkilən fərziyələrin və ehtimallarını nə qədər əsalı olmasının təyin etməsinə , termin və lüğətlərdən düzgün istifadə etməsinə, qiymətləndirməyə obyektiv yanaşma bacarıqlarını daha da inkişaf etdirilməsinə yönəlmişdir. Sinifdə olan 4-5 komandanın təqdimatı, şagirdlərin ayrı-ayrı düşüncə tərzi, tarixi gedişata fərqli yanaşmaları, müasir dövrlə o dövrün özünəməxsus müqayisəsi şagird təfəkküru qarşısında geniş bir dərk etmə panoramı yaratmış olur. Bu bilik panoramından hər bir şagird öz daxili potensialının imkanları qədər yararlanır, öz biliklərini təkmilləşdirir və ona yeni biliklər qataraq öz biliklərini özünə məxsus şəraitdə zənqinləşdirir .Təlimdə interaktiv və konstruktiv metod tədris prosesində şagirdlərin fəallığını artırmaqla yanaşı, eyni zamanda verilmiş mövzunun şagirdlər tərəfindən yüksək səviyyədə araşdırılandan sonra əldə olunan nəticə ilə paylaşanda mövzu şagirdlər tərəfindən yüksək səviyyədə öyrənilir. Bu isə metodik cəhətdən əlverişli üsulla ötürülərək mənimsənilən biliklərdən xeyli fərqlidir. Və əsas fərq ondan ibarətdir ki şagirdlər passiv olaraq bilik qəbul etmirlər, onlar özləri tarixi materialları araşdıraraq nəticə əldə edib onunla paylaşırlar. Paylaşma zamanı müxtəlif yanaşmalarla təmasda olan şagird təfəkkürü müxtəlif düşüncə formalarına yiyələnmə bacarıqlarını inkişaf etdirir. Bu üsülla əldə edilən bilik və bacarıqlar XXI əsrin şagird kompetentliyinin əsaslarıdır.
Biblioqrafiya:
- Fatma xanım Bunyatova , Bəhlul Abdulla Təlim və tərbiyədə interaktiv texnologiya. Bakı-2001
- F.Bunyatova. Konstruktiv təlim: mahiyyəti prinsipi,vəzifəər və dərsdən nümünələr.
- Bakı -2008
- Süleyman Məmmədov, Tofiq Vəliyev, Əkbər Qocayev Azərbaycan tarixi, dərslik Bakı-2009
- Селевко Г.К. Современные образовательные технологии: Учебное пособие. – М.: Народное образование, 1998.
- Вяземский Е.Е., Стрелова О.Ю. Методика преподавания истории в школе. М, 2000.
- Коллективная учебно-познавательная деятельность школьников. /Под ред. Первина И.Б. М, 1991.
- www.idrak-m.com
Baxış: 3822