Təhsildə konstruktiv yanaşma
Təranə Əliyeva. Yaqut Əzimzadə
Respublika İncəsənət Gimnaziyası
Bu məruzə Qaziantepdə icits2012. 04-06.2012 Beynəlxalq simpoziumda edilmişdi.
Müasir dövrdə cəmiyyətin inkişafı üçün yaradıcı,müstəqil, sərbəst düşüncəli və proqressiv şəxsiyyət böyüdülməli və yetişdirilməlidir. Bu məqsədə catmaq ücün Azərbaycan Respublikasında təhsidə köklü islahatlar aparılır. 2008 ci-ildən təlim prosesinə yeni təhsil standartı olan Kurikulumum tətbiqi bu dəyişmə prosesinin dahada aktivləşdirdi. Ənənəvi tədris üsulu ilə aparılan dərslərin yerinə yeni üsullu fəal təlimli dərslər gəldi. İKT- ilə qurulan bu dərslərdə şagirdlər təlim fəaliyyətində olub,
biik toplayaraq qoyulan problemin həllinə calışırlar. Fəal təlimdə müəllim şagirdlərin diqqətini mövzuya cəlb etmək, dərsi onlara maraqlı etmək ücün dərsin motivasiya hissəsinə cox diqqət verir. Motivasiyanın nəticəsi isə adətən şagirdərin nə öyrənəcəklərnin? tapmaqdan ibarət olur. Problemin qoyuluşu və onun həlli bundan sonra başlanır. Dərs prosesində fəal təlimlə işlədiyimiz dövrdə onun ənənəvi təlimdən nə qədər fərqli olmasını gördük. Bu təlimin nəticəsi ondan ibarət oldu ki şagirdər dərsdə fəal olurlar, müəllimin ötürdüyü bilikləri almağa meyilli olurlar, qruplarda işləmək vərdişlərinə yiyələnirlər, ictimailləşilrər. Bu isə bir növ şagirdlərdə yaxşı icracı xususiyyətlərin formalaşması deməkdir. Lakin bu dəyişiklər zamanın tələbini ödəyə bilmir. Bu dəyişiklər şagird yaradıcılığını, müstəqil, sərbəst düşüncəsini inkişaf etdirməyə qadir deyildir. Düşüncə, təfəkkür o vaxt inkişaf edir ki o arrdıcıllıqla biiklər üzərində əməliyyatlar aparır. Əməliyyat zamanı bir bilik başqa biliyə cevriləndə onda keyfiyyətcə yeni bilik alınır(3). Proqram dili ilə desək əyər biz bu gün 3 sinif materialını keciriksə,onun üzərində məntiqi əməliyyat aparanda alınan bilikər yuxarı siniflərdə öyrənilən dərs materialları olur.Müasir dünya pedaqoji məkanında müasir təhsil konsepsiyası təfəkkürün inkişafını şagirdlərin əqli inkişafının başlıca məqsəd sayır.
Bu inkişaf J.Piajenin koqnitiv nəzəriyyəsi əsasında aparılır.
Koqnitiv inkişaf konteksində tədris materialın məzmunu, həcmi və sisteminin müəyyənləşdirilməsi önəmli psixopedaqoji problemdir . Onun nəzərincə şagirdlərdə təfəkkürün inkişafı üçün ayrı-ayrı fənlər üzrə sistemli semantik tapşırıqlar batareyası yaradılmalıdır. (Piaje)
Azərbaycanlı müəllim Fatma xanım Bunyatovanın Piajenin nəzəriyyəsi əsasında yaratdığı Konstruktiv təlimin mexanizmlərindən istifadə edərək dərsləri yeni üsulda qurmağa başladıq. Fatma xanım Bunyatovanın Konstruktiv təlimi şagirdlərə interaktiv fəaliyyətdə oaraq biliyi düşünərək qazanma yollarını öyrədir. Bu yolar isə fənnlər üzrə yeni, ardıcıl və bir-birinə kecidli semantik, məntiqi tapşırıqlardan kecir. Bu texnoloquyanı İKT iə birlikdə təlim prosesində həyata kecirməyə nail olduqda qısa bir zamanda şagird təfəkkürünün inkişafını praktiki cəhətdən üzə cıxartmaq mümkün oldu.
İnkişaf isə Bunyatovnın Konstruktiv təliminə əsasən bu yollardan kecməlidir:
Anlamın yaradılması və genişləndirilməsi;
Anlamın biliyə cevrilməsi;
Biliyi bacarıqla tətbiq edilməsi;
Bilkdən yeni biliklərin yaradıması
Bu inkişafa aparan yolu riyaziyyat və ana dili dərslərindən gətirdiyimiz fraqmentlərdə göstərmək istərdik.
Konstruktiv təlimdə dərs mövzünün semantik mənasının araşdırması ilə başlayır və əgər söz alınmadırsa onda onunün lüğəti mənasi izah edilir..
Mövzunun mənasının axtarışı, məsələn, riyaziyyatdan “Koordinat şəbəkəsi”mövzusunu kecəndə koordinat sözü latın mənşəli olduğu ücün onun mənası izah olunur: ko-birlikdə, ordinat –nizamlama deməkdir. (Yəni iki tərəfdən bir əşyanı obyektiv nizamlamaqdır).
Sonra “ şəbəkə” sözünün mənasını araşdırıb anlamı ortalığa cıxartmaq ücün şagirdlərə belə bir sualla müraciət edilir:
-Koordinat əşyanı iki tərəfdən nizamlaması deməkdir. Onda siz bilən bəs şəbəkə nə deməkdir? Bu söz sizə nə anladır?
Komandada İnteraktiv müzakirədən sonra alınan cavablar bu sözün müxtəlif semantik mənasını ortalığa cıxartdı. Yəni burada bir fərdin görümü yox, bütün şagirdlərin fikri müzakirəyə obyekti oldu.. Cavabların müxtəlifliyi (şəbəkə; yayılma; şəbəkə-pencərə olur;) anlamı dahada genişləndirmiş olur. Koordinat şəbəkisinin anlamı yaradılandan sonra bu anlam konkret biliyə cevriməlidir.
Bu cevrilmənin sualları adətən belə olur:
-əşyanın korrdinatını tapın? Cütlükəri 7.3; 8,4; 6,4; koordinat şəbəkəsində yerləşdirin? Bu tipli tapşırıqlar konkret biliklərin yaradılmasına xidmət edir.;
Şagirdlərin əldə etdikləri biliklərin tətbiq etmə vərdişlərinin inkişafı ücün qoyulan sual belə oldu:
-Koordinat cütlüyünün hasili 35; 25: 12: 19 olarsa onda bu cütlüklər hansılardır? Bu məntiqi şərtdir və bu şərtə əsasən şagirdlər nəticəyə gələrək təhlil edərək cütlükləri tapmağa başlayırlar.
Bir biliyi başqa biliklə əvəz edilməsi keyfiyyətcə yeni bilik yəni kələcəkdə öyrənilən bilik yaradır.Yeni bilik yaratmaq ücün aşağıdakı addımlar atılır::
Öncə onu qeyd etmək istərdik ki dərslikdə koordinat şəbəkəsi üfuqi və şaqulu ox kimi verilir. Oxlar X və Y işarəsi ilə göstərilmir. Burada yumşaq bir kecidlə bu işarələr göstərilərək yeni bir bilik yaranır. Bu yeni bilik gələcək biikləri bugünki biliklərlə inteqrasiya edir və şagird təfəkküründə biliyin tamlıq sxeminin yaradılmasına xidmət edir.
Şagirdlər qarşısında belə bir şərti sual qoyulur:
— əyər biz şaqulu oxu Y-la , üfügi oxu isə X –lə adlandırsaq (x və y riyaziyyatda məchul ədədlərdir), onda biz bu şəbəkəni qısaca necə işarə edərik?
Alınan cavablar müxtəlif olsada, şərtə əsasən adətən düzgün olur.
Y-şaqulu, X- isə üfüqu anlayışı şagird təfəkküründə yaranandan sonra bu yaranmanın saxlanılması ücün onlara belə bir yaradıcı tapşırıq verilir:
X və Y istədiyiniz ədədləri yazın və onu koordinat şəbəkəsində yerləşdirin.
Bu tapşırığın komandalarda şagirdlər birgəfəaliyyətdə yerinə yetirirəndə, onların görümləri daha da dərin, dahada geniş olur, cünki burada hər bir şagird öz fikirləri ilə paylaşır. Komandada görülən işlərin sinifdə təqdimatı müxtəlif şəbəkələin qurulma yolarının göstərilməsi şagirdlərə bir necə həll yolu göstərmək demək idi. Bu yolların gedişatından hər bir şagird həm fərdi olaraq , həmdə komandada birgəfəaliyyətdə olaraq bəhrələnmiş oldu.
Təlim bu usulla aparılanda şagird təfəkküru tədricən bu yolu öz təfəkküründə qurmağa başlayır. Bunun göstəriciləri onların cavabların əsaslığı, sualların məntiqi qoyuluşu, bir bilikdən o biri biliyə kecidləri, tapşırıqların özünə məxsus yolla həll edilməsi, qeyri adi əsasları və s. olur.
Təfəkkürün inkişafında olan yeni konstruktiv yanaşmanı ana dili dərslərində də tətbiq edilmişdi. Məsələn dil dərslərində nitq hissələrini kodlaşdırılandan sonra
(1-isim;2-sifət; 3-say; 4-əvəzlik; 5-feil; 6-əvəzlik;)
şagird təfəkküründə nitq hissələri haqqında tam anlam yaradılır. Əyər dərsin mövzusu “Sifət”dirsə onda öncə” sifət” in bu sistemdə başqa nitq hissələri ilə əlaqəsi ortalığa cıxarılır. Bundan sonra sifətə aid olan yeni biliklər məntiqi sualarla yaradılır.
Bu usulla müəllim şagirdlərə yeni bilik ötürmür, o şərait yaradır, əsaslı
məntiqi suallar qoyur ki onun əsasında şagirdlər özləri öz biliklərini yaratsınlar.
Təhsildə bu yeni konstruktiv yanaşma standart proqramını keyfiyyətcə inkişaf etdirməyə yönəmiş olur. Bu üsulla inkişaf edən təfəkkür tədricən bu yolun alətlərini öz düşüncə alətlərinə cevirmiş olur.
Yaşadığımız XXI əsrdə fərdin düşüncəli olması, onun bilikləri mobil olması, öz biikərindən cıxış edib yeni bilik yaratması, ünsiyyətli olması vacib bilik və bacarıqlardandır. Və bu məsələdə bu gün hər bir müəllimin həll edəcəyi vacib məsələlərdən biri olmalıdır
Baxış: 5038