Koordinat şəbəkəsi
Yaqut Əzimzadə
Respublika İncəsənət Gimnaziyasının ibtidai sinif müəllimi
İdrak məktəbinin “Konstruktiv təlim” mərkəzində əməli treninqlərdən keçəndən sonra belə bir nəticəyə gəldim ki, konstruktiv təlim şagidlərə öz üzərlərində işləməyə daha geniş meydan açır. Hər bir şagirdin özü ücün yaratdığı bu bilik meydaninda onlar müəllimin verdiyi istiqamət üzrə yeni bilik yaradırlar.Yaradılan bilik isə daha da uzunmüddətli olur və möhkəm yadda qalaraq təlim bacarığına çevrilir. Bu bacarıqlara, yəni quraşdırmaq ,yenidən yaratmaq üsullarına yiyələnən hər bir şagird gələcək həyatın hər bir sahəsində çox sərbəst surətdə addımlayacaq.
Treniq müddətində praktiki olaraq dərslikdə olan ayrı-ayrı mövzuları konstruktiv təlimin əsaslarına uyğun işləyərək dərslərdə kecmişəm. Təlim zamanı qurduğum və kecdiyim dərslərdən birini sizə təqdim edirəm.
Təqdim edəcəyim dərs III sinifdə riyaziyyat fənnindən “Koordinat şəbəkəsi”dir .
Mövzu “Koordinat şəbəkəsi”
Məqsəd: 1. Şagirdlərin koordinat haqqında anlayışlarını üzə çıxartmaq və onu yeni bilikləriə genişləndirmək.
2. Qarşılıqlı əməkdaşlıq bacarıqlarının inkişafı.
Dərsin quruluşu və gedişi:
1.Yeni komandaların yaranması
Dərsi müvəqqəti komandaların yaranması fəaliyyəti ilə başlayıram.Burada məqsədim şagirdlərin ayrı- ayrı iş birliyində bacarıqlarını inkişaf etdirmək və eyni zamanda onlara öz riyazi biliklərini yoxlayaraq nümayiş etdirməyə şərait yaratmaqdır. Şagirdlər cavabları 1- dən 7-yə qədər olan riyazi əməllərindən ibarət misallar yazılmlş kartları cavablandıraraq cavaba uyğun olan rəqəm yazılmış stolların arxasında əyləşirlər.
Uşaqlar komandalarda yerlərini tutandan sonra mən onların diqqətini yeni dərsin mövzusuna yönəldirəm və koordinat sözünün mənasını açıqlayıram.
Koordinat sözünün mənası: ko -birlikdə, ordinat — nizamlama deməkdir.(Yəni iki tərəfdən bir əşyanı, obyekti nizamlamaqdır.
Koordinat sözünün mənasını izah edəndən sonra sinfə
belə bir sualla müraciət edirəm:
S-Biz öyrəndik ki, koordinat nizamlama deməkdir. Bəs ,şəbəkə deyəndə siz nə ba.a düşürsünüz?
Şagirdlər komandalarda cütlükdə müzakirə edərək orta məxrəcə gəlirlər və hər bir komandanın nümayəndəsi komandanın rəyini belə bildirir:
C-Şəbəkə yayılma ,birləşmədir ;
— şəbəkə pəncərə olur.
M: Deməli,əyər şəbəkə birləşmədirsə, onda Koordinat şəbəkəsi nizamlı birləşmə deməkdir
.Mövzunun mənasının anlamını üzə çıxardandan sonra şagirdlərə belə bir sualla müraciət edirəm. M-Gördüyünüz bu slaytda kı şəkli necə adlandırmaq olar? Bu şəkildə nə nizamlanır?
Bu sualı qoymaqda məqsədim şagirdlərin anlamını real biliyə çevirməkdir.Cavablar belə alındı:
C- Burada fiqurların yerləri göstərilib. Məsələn, dördbucaqlı fiqur (2,1) ,kub (4,7), dairə (7,7);
prizma (4,4),səkkizbucaglı(6,5);
bu fiqurlar nizamlanmışdır, yerləşmişdir;
bu şəbəkədə fiqurların yeri məlumdur; bu koordinat şəbəkəsidir.
M: -Deməli,bu sxem koordinat şəbəkəsidir. İndi isə verilmiş koordinat şəbəkəsində tapşiriqları yerinə yetirin. tapşırıq: 1 .Koordinat şəbəkəsi üzərində yerləşən fiqurların koordinatlarını müəyyənləşdirib yazın.
Tapşırıq komandalarda yerinə yetirilir və onların özləri tərəfindən yoxlanılır.
tapşırıq:2
1.Koordinat cütlüyünün hasili 35, 25, 32, 12, 9 olarsa, bu cütlüklər hansılardır?
2.Koordinat şəbəkəsində onların yerini müəyyənləşdirin. Bu tapşırığı verməkdə məqsədim şagirdlərin əldə etdikləri biliklərin tətbiq etmə vərdişlərinin inkişafıdır.
Şagirdlər komandada verilən tapşırıqları yerinə yetirəndən sonra işi ekranda açıqladığım düzgün cavabla tutuşdururlar. Bu tapşırıqlar yerinə yetirləndən sonra şagirdlərə gələcək biliklərə körpü atmaq üçün şagirdlərə sualla müraciət edirəm:-
S-koordinat şəbəkəsi necə oxdan ibarətdir?
C. 2 oxdan; biri üfüqüdir, o birisi isə şaqulidir.
Onda əgər biz üfüqi xətti x, şaquli xətti isə y adlandırsaq, onda bizim şəbəkəmiz xy oıacaq.
Riyaziyyatda məchul ,məlum olmayan ədədləri x və ya y ilə işarə edirlər.
Bu halda x və y-ə istənilən ədədləri yazıb koordinat cütlüyünü müəyyənləşdirə bilərik.
Məsələn, x- 4,5,6,7,9; y – 8,7,6,4,3; qiymətlərində koordnat cütlüklərini şəbəkə üzərində qeyd edin.
Bu tapşırığı yerinə yetirəndən sonra hər bir komandaya koordnat şəbəkəsinin təsviri olan vərəq paylayıram və koordinat .əbəkəsini qurmağş tapşırıram Bu tapşırığı verməkdədə məqsədim şagirdlərin özlərinin öz görümlərindən çıxış edərək yeni bilik yaratmaqlarıdır.
Komandaların cavabı müxtəlif oldu. Bu ondan irəli gəlir di ki hər komanda öz istədiyi tərzdə, öz görümlərindən cıxış edərək tapşırığı yerinə yetirdi. Cavabların müxtəifliyi, verilən tapşırığın bir necə yanaşmadan yerinə yetirilməsini göstərir.
Bu tapşırıqlar yerinə yetiriləndən sonra dərsliyə müraciət edib bir məsələ həll etmələrini tapşırıram.
Cütlərlə iş: Koordinat şəbəkəsi üzərindəki fiqurların yerlərini (koordinat cütlərini) müəyyənləşdirin.
Verilmiş məsələnin həllindən və yoxlanılmasından sonra komandalara işçi vərəqləri paylayiram. Məqsədim şagirdlərin öz zəkalarında yaratdıqları biliklərin nə qədər düzgün və möhkəm olmasının yoxlamaqla bərabər onların komandada birgəfəaliyyətdə olmaq bacarıqlarını inkişaf etdirməkdir.
İşçi vərəqlərindən nümunə
1.Cədvəldən istifadə edərək fiqurun təpə nöqtələrinə uyğun koordinat cütlərini yazın.
2.
4. x, y — in qarşısında istədiyiniz ədədləri yazın və buna əsasən şəbəkə qurun.
x________________________
y_________________
Tapşırıq yerinə yetiriləndən sonra “nömrələnmiş şagirdlər” fəaliyyətindən istifadə edilir. Bu o deməkdir ki carxı-fələyi fırladaraq ox hansı rəqəm üstündə dayansa onda komandanı o nömrəli şagird təmsil edəcək. Bu fəaliyyət komanda üzvlərini məsuliyyətli olmasını tələb edir, cünki alınan qiymət komandanın qiyməti hesab olunur.
Hər komandanın nümayəndəsi verilmiş tapşırıqları yerinə yetirəndən sonra işi təqdim edir və işçi vərəqini yazı taxtasından asır.Təqdimatlar bir-birindən rənga-rəngliyinə görə fərqlənir.
Qiymətləndirmə komandalar və müəllim tərəfindən aparılır .
Qiymətləndirmənin bu cür aparılmasında məqsədim şagirdlərin bir-birinə diqqətlə qulaq asmaq bacarığını inkişaf etdirmək və onlara birinin digərinə qarşı obyektiv yanaşmasını öyrətməkdir.
Kecdiyim bu dərs fəal təlimlə apardığım dərslərdən cox fərqləniridi.
1. Mövzunun adını tapmaq ücün motivasiyay ayrılan vaxt mövzunun mənasına, yeni sözlərə aydınlıq gətirməyə sərf olunaraq şagirdlərin anlamını genişləndirmiş oldu.
2.Suallar acıq olduğu ücün şablon yox , şəxsi ,fərqli cavablar alındı. Buda qoyulan sualı bir necə cəhətdə acılmasına gətirib cıxardır.
3. Məntiqi əsaslarla qoyulan suallar şagirdləri düşünərək , öz bilik meydanlarında yeni bilik yaratmağa imkan verir və gələcək biliklərə körpü atır.
4. İnteraktiv şəraitdə işləyən şagirdlər bir-biri ilə ünsiyyət quraraq, acta danışmağ, bir-birinə qulaq asmaq, məsuliyyətli olmaqvə b. bacarıqlarını inkişaf etdirirlər.
5. Şagirdlər dərs zamanı ayrı-ayrı fəaliyyətdə olduqları ücün dərs onlara yorucu yox maraqlı və anlamlı olur.,
Baxış: 2765