Zamanı gələn yazı
Fatma xanım Bunyatova
Üç il bundan öncə saytda yerləşdirdiyimiz (sayt 3 ildir ki yaradılıbdır) illərcə düşüncəmizin məhsulu olan bir yazını dünən TN Hörmətli Mikayıl müəllimin ictimaiyətə cağırışına cavab olaraq yeniləndirməyi qərar verdim.
Azərbaycan pedaqoyi içtimaiyyətində yeni yanaşmalar az deyil. Sadəcə onları tapıb üzə çıxartmaq lazımdır.
“İdrak məktəbi”nin təqdim etdiyi I –IV sinif Ana dili proqramları milli təhsilin standartı olan Kurikulumun tələblərinə uyğun qurulan proqram çərçivəsində genişləndirərək , yeni dizayn verərkən dil biliklərini bir struktur kimi tamlıq sxemində təqdim etmişdi.(programın bu səmtdə guruluşu 1992-çi ildən “İdrak məktəbi”ndə tətbig edilir. Bax : Ф.Д.Бунятова,Логический способ обучения. Альтернативное образовние, Баку,Маариф. 1990) Belə ki, I sinif proqramında əgər şagirdlər üç nitq hissələri ilə tanış olurlarsa, təqdim olunan genişlənmiş proqramda bütün nitq hissələrinin anlayışı verilir. Bu yanaşma ondan irəli gəlir ki, proqramı genişləndirəndə,yəni yuxarı sinif biliklərini aşağı salanda (bu salınma məntiqi bilik strukturlarının birləşməsindən, ayrılmasından, assosiasiyaya girməsindən yaranır) biliklər bir məntiqi bilik strukturları kimi tamlıq sxemində, və yaxud da ki, kontekstdə düzənlənirlər.
Nitq hissələrinin adının rəqəmlərlə göstərilməsi, onların anlanması isə suallardan başlanılması şagird təfəkkürünün düşüncə istiqamətinə salaraq onu (şakirdi) yeni biliklər yaratmasına və onları əldə etdmiş olduğu təcrübə ilə əsəaslı tərzdə birləşdirərək inkişaf etdirməyə sövg etmiş olur.
Bildiyimiz kimi ana dili, onun qrammatik qaydaları, dil ilə ana tərəfindən uşağa ötürülür. Bunu əsas götürərək belıə bir gənaətə kəlmiş olurug ki proqramın məntigi keniıləndirilmiş forması şagirdin ana dilinin grammatik çəhətdən düzgünlüyünü bərpa etməyə yönələrək ona inkişafetdirici istiqamət verir.
Dərslər konstruktiv təlim (yaradıcı,əməli təlim) texnologiyası ilə keçirildiyi üçün burada şagirdlərin nitgləri grammatik çəhətdən bərpa olunur: biliklər sökülüb dağılarag yenidən yeni formada qurulur, səhv yola düşüb keri gayıdarag yenidən düzənlənə bilirlər.
Konstruktiv Təlimin əsas məqsədləri öncə şakird təffəküründ, onun təmasda olduğu bilik haggında anlam yaratmag , sonra anlamı biliyə çevirmək onun üzərində coxlu iş apararag, təkrarlayaraq bacarıq yaratmagla bərabər , həm də onun başqa biliklərlə ortaq münasibətlərini, elementlərini taparaq, onu yeni formada kombina edib yeni biliklər yaratmaqdır. (F.Bünyatova. Konstruktiv təlim: mahiyyət, prinsip, vəzifələr və dərsdən nümünələr. Bakı 2008).
Amerikan Araşdırmacısı Miclene T.H.Chi “Active-Constructive-Interactive: A Conceptual Framework
for Differentiating Learning Activities “ məgaləsində
Psychology in Education, Arizona State University
Received 22 July 2008; received in revised form 11 November 2008; accepted 11 November 2008
aktiv-konstruktiv-interaktiv təlimlərin fərglərini köstərmişdi. Miclene T.H.Chi öz araşdırmalarında aşağıdakı meyarları göstərmişdi.:
Aktiv – Construktiv- İnteraktiv təlimlərin fərqi.
Aktiv təlim — şagird öz təlim fəaliyyəti ilə proqram çərçivəsində
bilikləri mənimsəyir; onu əks etdirir; yenidən tətbiq
edir, və yadda saxlayır; uyğunluğu tapır,
İnteraktiv təlim — təlim prosesində şagird və müəllimin qarşılıqlı təlim əlaqələri yaradılır; fikir mübadiləsi
aparılır; yeni fikir yaradılır; işlərin düzgün bölünməsi aparılır; məsuliyət hissi yaradır;
Konstruktiv təlim— şagird öz yaradıçı fəaliyyəti ilə; proqram cətcivısindən kənara çıxır; yeni perspektivlər görür;
öz biliklərindən çıxış edərək yeni bilik yaradır; qarşılıqlı dioloji əlaqədə biliklərini
genişləndirib, möhkəmləndirir; biliklərini bərpa edərək , səhvlərini düzəldir; biliklər arasında məntiqi əlaqələr yaradır; müzakirədə yaranan biliyin
quruluşuna uyğunlaşmış biliyini yaradır, sosial bilik və vərdişlər aşılanır.
Bu fərqləri göstərmək məqsədimiz ondan ibarətdir hər bir inkişaf etdirici təlimin nəyə xidmət etdiyinə aydınlıq gətirərək onları əsaslandıraq. Yəni məgsədimiz ondan ibarıtdir, ki aktiv təlim ilə aparılan dərslərlə və düzənlənən programlarla yanaşı Konstruktiv təlim (bu təlim özündə interaktiv təlimidə ehtiva edir) ilə aparılan dərslərin və programları köstərib onların fərgini irəli cəkməkdir,cünki İslahat o vaxt məgsəd yönlü ketmiş olarki , orada mügayisə və bu mügayisədə secim mühiti olsun.
Konstruktiv təlimdə əsas məgsəd tək bilik gazanmag deyil, həm də məgsəd var olan bilikləri yeni üsul və formada istifadə etməklə onu yeni keyfiyyətə galdırmagdır, yəni yeni bilik əldə etməkdir,
Təgdim olunan programda verilən grammatik biliklər biliklərin invariantı olan 6 əsas nitg üstündə qurulur. Bu xətt genişləndirilmiş, yeni struktur dizaynı verilən proqramın ana xətti olaraq özündə inkişafetdirici amilləri cəmləşdirərək şagird təfəkkürünü bu inkişaf yoluna salmış olur
Beləliklə qaydalar tək bir nitq hissəsinə şamil edilməyərək , o gaydaya şamil olan bütün nitq hissələrinə aid edilir, yəni onların tətbiqi verilmiş proqramdaki kimi tək bir nitq hissəsində yox, bütün nitq hissələrinə aid edilir. Bu yanaşma genetik proqramın (yəni biliklərin genezisi) yaradılmasına gətirib çıxarır, bu da ki dünya pedaqoji və psixoloji görümündə ən önəmli yanaşmalarından biridir, çünki bu cür qurulmuş proqram hər bir şagirdə öz biliyindən çıxış edərək biliyini müstəqil, fərdi (diferensial) inkişaf etdirə bilmək imkanını yaradır..
Bu cür quruluş sinif mühitində hər bir şagirdə öz daxili imkanlarından asılı olaraq müvəffəq olmağa şərait yaradır.. Obrazlı desək, “cüyürə cüyür ilə, tısbağaya isə tısbağa sürəti ilə getmək” (Ф.Д. Бунятова Лань или черепахаim. УГ 1995) üçün pedaqoji məkan yaradır.
Hər bir şagird tərəfindən bu cür inkişaf edilən biliklər, onların özlərinə yaratmış olduqları biliklər olur.Və Azərbaycan Respublikası Təhsil Nazirliyi apardığı İslahatın əsas məqsədi, ana xətti təlim prosesində şagird təfəkkürünün inkişafı, ona bilik ötürməyi yox, bilik qazanmaq üçün şərait yaratmaqdır və Sizə təqdim olunan kenişləndirilmiş program və onun tətbigində istifadə olunan Konstruktiv Təlim bu xəttlə gedən, bu məqsədə çatan yollardan biridir.
Baxış: 1329