Azərbaycan Respublikası təhsil nazirinin 11 oktyabr 2013-cü il tarixli, 842 nömrəli əmrinə əsasən təşkil olunmuş “İctimai təşəbbüslərin dəstəklənməsi üzrə layihə müsabiqəsi”nə yekun vurulmuşdur.
Fatma xanım Bunyatova
TN elan etdiyi müsabiqəyə 150 yaxın layihə təqdim edilmişdir.
Müsabiqəyə təklif olunan layihələrin qiymətləndirilməsi müvafiq işçi qrupu tərəfindən həyata keçirilmişdir.
Müsabiqənin nəticəsi olaraq “Təhsil siyasəti üzrə təşəbbüslər” istiqaməti üzrə 13, “Təhsil sahəsində tədqiqat təşəbbüsləri” üzrə 5, ümumilikdə 18 layihə müsbət qiymətləndirilmişdir http://www.edu.gov.az/view.php?lang=az&menu=9&id=7710
Uğur qazananları təbrik edirik! Yeni-yeni nailiyyətlərə imza atmağı arzulayırıq.
İki mərhələdən ibarət olan qiymətləndirmə prosesində ilkin olaraq, müsabiqənin əvvəlcədən müəyyənləşdirilmiş şərtlərinə cavab verməyən layihələr müsabiqədən kənarlaşdırılmışdır. Növbəti mərhələdə seçilmiş layihələr müvafiq meyarlara uyğun olaraq qiymətləndirilmişdir.
Kənarlaşdırılmış və ya müsbət qiymətə tüş gəlməyən layihələrimizi ictimaiətləşdirmək istəyirik, çünki “İdrak məktəbi”nin təklif etdikləri yenilikləri, pedaqoji prosesdə yeni yanaşmaları , beynəlxalq konfranslarda, jurnallarda, öz saytında cap olunan məqalələrdən “yerli istifadəcilər” öz yazılarında, məqalələrində genli-bollu ağıllarına gələn bir fikir kimi istifadə etdiklərinin şahidiyik. Buna görədə öncədən layihələrin məzmunlarını və görüləcək işlərin əhatəsini cap edərək ictimailəşdirmək qərarına gəldik.
İdrak Məktəbi Layihənin adı
Innovativ təlim olan konstruktiv təlim texnologiyası ilə öyrənməni öyrənirik və öyrdirik
Layihənin mövzüsu:
Konstruktiv təlimlə aparılan dərs prosesində şagird təfəkkürünün inkişafı və dərk etmə, öyrənmə proseslərinin qurulması ilə kurikulumun təlim strategiyasının genişləndirilməsi .
Layihənin qısa təsviri
Layihə respublikanın bir qrup müəllimləri ücün əyyani və distant formada əməli şəkildə öyrənmə nəzəriyyəsi əsasında yaradılan konstruktiv təlim treninqinin kecirilməsi və onların bu təlim texnologiyasıın mexanizmlərini öyrənərək dərslərində tətbiq etməsini nəzərdə tutur. Treninq əyani və distant keciriləcəkdi. Treninq iki hissədən ibarət olacaq: 1- ci hissə əməli öyrənmə; 2-ci hissə geriyə bağlanma – treninq iştirakcıların sinif otaqlarında konstruktiv təlimlə qurub apardıqları dərslərin video-yazısını, ssenarisinin və təqdimatının müzakirəsi və korreksiyası. İştirakcılar tərəfindən aparılan ən yaxşı dərslərdən multimedia resursları yaradılacaq və müəllimlər ücün “Konstruktiv təlim və öyrənmə yolları” adlı metodik vəsait buraxılacaqdı.
Layihə iştirakcılarından başqa müəllimlərin iştirak coğrafiyasının genişləndirilməsi məqsədi ilə layihənin vebsaytı yaradılacaq , sosial şəbəkələrdə səhifəsi acılacaq, onun gedişatı, metodik materialları orada yerləşdiriləcəkdi.
Layihə başa catandan sonra layihə iştirakcılarının konfransı keciriləcək, əldə edilən nailiyyətlərin ictimai hesabatı veriləcəkdi.
Problemin qoyuluşu
Koqnitiv nəzəryyə üzərində qurulan konstruktiv təlimlə aparılan dərslər ölkə və beynəlxalq pedaqoji mətbuatın, beynəlxalq təhsil konfransların diqqət mərkəzində olmağına rəğmən bu nəzəriyyənin kurikulumun təhsil strategiyasına daxil edilməməsi və Təhsil Nazirliyinin nailiyyətlər reytinqdə göstərilməməsi müəllimlərin bu təlimin öyrənməsi sahəsində və təlim prosesində tətbiq etməsində ciddi problemləri yaranır.
Ölkəmizin təhsil tarixində ilk dəfə 2006 – cı ildə Azərbaycan Respublikasının ümumi təhsilin Konsepsiyası (Milli Kurikulum) hazırlanmışdır. 2008-ci ildən bu zamana qədər ibtidai sinif müəllimləri və 5 -6 siniflərin fənn müəllimləri təlimdən keçərək fəal təlim üsuluna yiyələnmişlər. Bu prossesin tərkib hissəsi kimi də 1-6 siniflər ücün bu üsulla yeni dərsliklər hazırlanmışdı.Fəal təlimdə müəllim şagird münasibəti yenidən qurulur; şagird öz təlim fəaliyyəti ilə proqram çərçivəsində bilikləri mənimsəyir, onu əks etdirir, yenidən tətbiq edir və yadda saxlayır. Bu da şagirdlərdə — təlim bacarıqları yaradır. Bu təlim prosesində təfəkkürün ehtiyatlarından cüzi istifadə olunduğu ücün diqqət yaddaşa yönəlir .http://www.vcu.edu/cte/workshops/teaching_learning/2009_resources/Chi_2009.pdfhttp://www.portalus.ru/modules/shkola/rus_readme.php?subaction=showcomments&id=1283190786&archive=&start_from=&ucat=&
Yaşadığımız XXI əsr fərd, idraki fəaliyyət əsridir.,. Amerika araşdırmacıları http://www.learning-revolution.com/ Gordon Drayden, Dr. Jeannette Vots belə bir nəticəyə gəliblər ki: “təlim o zaman keyfiyyətli olar ki, hər bir öyrənən şəxs onu tətbiq edərkən özünə xeyir gətirəcək və təlim özü dərk etməyə, özü öyrənməyə, özü qiymətləndirməyə, özü tətbiq etməyə yönələcəkdir”. Bu o deməkdir ki təlim prosesində öyrənənlərin təfəkkür fəaliyyətlərini irəli cəkərək onun inkişaf etdirmək lazımdır.
Təhsilin inkişafı üzrə Dövlət Strategiyasında “İkinci strateji istiqamət təhsil sahəsində insan resurslarının müasirləşdirilməsini nəzərdə tutur. Bu istiqamət innovativ təlim metodlarını tətbiq edən, təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən səriştəli təhsilverənin formalaşdırılmasına xidmət edir.
Bu strategiyanın müddəalarından cıxış edərək müəllim və şagirdlərin zamanın tələb etdiy idraki, akademik və sosial bilik, və bacarıqları əldə etmək ücün təlimə innovativ olan , koqnitiv nəzəriyyənin əsasında qurulan konstruktiv təlim texnologiyası gətirilməlidir. www.kaynakca.info/…/proceedings-of-9th-inter Konstruktivizmöyrətmə yolu yox, öyrənmə yoludur. Bu təlimlə təlimlənən hər bir şagird öz təfəkküründə öyrənmə yollarını quraraq tədricən onu öz dərk etmə alətinə cevirir.Koqnitiv elmi nəzəriyyənin əsaslarını İsveçrə psixoloqu Jan Piaje, rus psixoloqu Vıqotski, qoyubdur, sonrakı dövrdə Amerikadan C.Bruner, S.Kaqan, BruksvəBruks , possovet məkanından N.Şatalova, E.Knyazeva , F.Bunyatova və başqaları ayrı-ayrı baxışdan konstruktiv təlim qurmuşlar http://ru.calameo.com/read/0002151453293995e033b
(http://window.edu.ru/library/pdf2txt/883/77883/58852
Məqsəd və vəzifələr
Layihənin məqsədi: Təhsil startegiyasından irəli gələn müddəalara əsasən kurikulumun inkişafı istiqamətində şagirdlərin təfəkkürünü inkişaf etdirmək , onlara öyrənməyi öyrətmək, sosial bilik və bacarıqlara formalaşdırmaq üçün innovativ təlim olan Bunyatovanın təlimin prinsiplərinin əsasında müəllimlərə dərsi qurub və keçirtməyi öyrətmək , onları şagirdlərin təfəkkür inkişafının ölçü və qiymətləndirmə mexanizmlərindən istifadə bacarqıqlarına yiyələndirmək, əldə etdikləri bilik və bacarıqlarla məktəb mühitində paylaşma yollarını göstərmək.
Layihənin məramı: Yeni təlim strategiyalarından irəli gələn müddəalara əsaslanaraq Kurikulumun inkişafı istiqamətində öyrənmə , yaradıcı təlim olan Konstruktiv təlimiwww.eidos.ru/journal/2007/0301-5.htm
http://www.academia.edu/789897/Digital_school http://ru.calameo.com/read/0002151453293995e033b geniş müəllim auditoriyasına , yenilik axtaran müəllimləri bu layihədə iştirak etməyə cəlb etmək və kurikulumda edilə biləcək dəyişiklikləri göstərməkdir.
Layihədə 75 müəllim – 25-i əyani, 50 müəllim isə distant iştirak edəcək. Layihəni geniş müəllim ictimai auditoriyasına çatdırmaq üçün onun təqdimatı keçiriləcək, KİV vasitəsilə işıqlandırılacaq , vebsaytı və sosial şəbəkələrdə səhifəsi yaradılacaq. Layihədə iştirak edən müəllimlər onlayn testləşdirmədən keçəcəklər.
Konstruktiv təlimlə dərs qurub keçirtmək, bilik və bacarıqlara yiyələnmək yiyələnərək onu sinif otağında tətbiq etmək üçün layihədə iştirak edən müəllimlərə 80 saatlıq təlim treninqləri keçiriləcək və layihə müddəti onlara onlayn dəstək olunacaq.
Bu treninqlər əyani və region müəllimləri üçün distant keciriləcək.
Treninqin nəzəri hissəsi 40%, praktiki hissəsi – canlı dərslərdə əməli öyrənmə isə 60% təşkil edəcəkdir.
Treninq iki hissədə ibarət olacaq. Birinci hissə öyrənmə,( proqramın 75%) ikinci hissə isə geriyə əlaqə-qayıdış ( proqramın 25%). Birinci hissədə müəllimlər nəzəri və praktik cəhətdən bilgilər alaraq onların tətbiq etmə yollarını qurulan və qurduqları canlı dərslərdə öyrənəcəklər. İkinci hissədə müəllimlərin öz sinif otaqlarında apardıqları dərslərin videoyazısını, ssenarisini, təqdimatını, şagird təfəkkürünün inkişafının ölçüsünü müzakirəyə çıxardılaraq əldə olunan nailiyyətlər pedaqoji rəy müqayisə və korreksiya ediləcək.
Layihə çərçivəsində müəllimlərə:
— treninqin məzmunu üzrə tərtib olunan iş kitabı hazırlanacaq;
— müəllimlər üçün metodik vəsait və multimedia resursları hazırlanacaq;
-layihənin nəticələri ictimaətə çatdırılmaq və gələcəkdə onun davamlı olması üçün yekun nəticəsi üzrə geniş konfrans keçiriləcək.
Baxış: 1815