Archive for the ‘Müəllimdən müəllimə’ Category

Yeni ilin ilk uğurlarından!

top 50İlin ilk iş gününün xoş bir xəbəri. Dünyanın top 50 təhsil texnoloqların sırasında olmaq bizə həm sevinc , həmdə məsuliyyət gətirir. Sevinirik ki, Azərbaycan təhsilindəki yenilik olan konstruktiv təlim texnologiyası inkişaf etmiş ölkələrin təhsil texnologiyaları sırasında yer alır. Konstruktiv təlim texnologiyasının müəllifi , Özəl “İdrak məktəbi”nin direktoru Fatma xanım Bunyatova dünyanın top 50 təhsil texnoloqları sırasındadır. Daha da məsuliyyətlisi isə Konstruktiv təlim texnologiyasını  2014-cü il may ayında   dövlət dəstəyi ilə Malayziyada Read the rest of this entry »

Baxış: 1399

Bayramımız mübarək!

1551475_824668777558906_342210273_n

 «İdrak məktəbi» 31 dekabr Dünya

Azərbaycanlılarının Həmrəylik günü

 münasibəti ilə bütün

 Azərbaycanlıları  təbrik edir!

Baxış: 1181

Yeni ilimiz mübarək!

card-4Bütün oxucularımızı  üzümüzə

qapısı acılan Yeni 2014-cü ildə

sağlam, xoşbəxt

və özünə inamlı olmağı arzulayırıq!

Baxış: 1413

Toplama və çıxma əməlinin qarşılıqli əlaqəsi

bed.qul.
Fatma xanım Bunyatova

Sentyabrın 28-30  Azərbaycan-Türkiyə  Yeni Ortaq Egitim Sistemi -YOES layihəsinin birinci  mərhələsinin pedaqotreninqləri kecirilmişdir http://www.idrak-m.com/?p=4022.   Treninqlərin keyfiyyəti  adətən treninq iştirakcılarının   sonda təqdim etdikləri  məhsullarla, onların əhəmiyəti ilə qiymətləndirilir. Sentyabrda aparılan treninqlərdə 20 müəllim iştirak etmişdi və bir o qədərdə interaktiv üsulla qurulan dərslərin təqdimatı edilmişdir.  Təqdimatlar demək olar ki bütün fənnləri

Read the rest of this entry »

Baxış: 2714

Kayhan Karlı və Fatma xanım Bunyatovanın birgə keçirdikləri beynəlxalq treninqin əməli hissəsi: » Kök və ş əkilçi» mövzusunda aparılan açıq dərsin təqdimatı

 

image (2)Dəbə düşən innovasiya sözü  Azərbaycan təhsilinin yeni strategiyasının əsas xətlərindən biri —  təhsilə innovativ  texnologiyaların gətirilməsi və fənn kurikulumunların inkişafına aiddir..  Yeni Təhsil strategiyası meydana gələn kimi kurikulumun tərtibatçılarının lüğətinə “innovativ texnologiya” ,  “təfəkkürün inkişafı”, “konstruktiv təlim”, “anlam”  kimi  illərlə   qadağan olunan anlamlı sözlər düşərək sağa və sola  gen- bol işlənərək  yazılarındakı cümlələrinin birinci  üzvü olurlar. Fəal təlimlə qurulan dərslərin strukturları açıqlanmadığından, əməli işin olmamasından   o bir söz yığınına  çevrilib,  səriştəsizlərin əlinə düşərək öz qiymətini yox elədi.  İndi də əllər innovativ texnologiyalara tərəf uzanıbdır. Bu nəticəni görərkən və bu texnologiyalarla illərdir  ki,  dərs qurub keçirən,  müəllimləri öyrədən və  hər bir öyrənmək istəyən müəllimə köməklik göstərən bir məktəb kimi onun bütün incəliklərini izah edib əməli göstərməyə özümüzə

Read the rest of this entry »

Baxış: 1672

Konstruktiv təlim: mahiyyət, prinsip, vəzifələr və dərslərdən nümunələr

2012-11-15 13.17.00 İnnovativ texnologiyalara Azərbaycan təhsilində yol acıldığına görə «Konstruktiv təlim: mahiyyət, prinsip, vəzifələr və dərslərdən nümunələr» kitabını hissə- hissə çap eləməyi qərarına gəldik.

 February 25th, 2010 | Author:  | Edit

Yaradıcı müəllim Fatma xanım Bünyatovanın bu kitabına konstruktiv təlimlə bağlı fikirlərini əks etdirən məqalələr daxildir. Birinci fəsildə müəllif interaktiv texnologiyanı ənənəvi pedaqogikanın alternativi kimi dəyərləndirir, interaktiv texnologiyanın istiqamətlərini və yeni texnologiyalara verilən tələbləri şərh etmişdir. İkinci fəsildə konstruktiv təlimin fəlsəfəsi, mahiyyəti və məqsədi açıqlanmış, elmi əsasları və prinsipləri təhlil olunmuşdur. Bu təlimlə işləyən müəllimin və şagirdlərin rolu üçüncü fəsildə aydınlaşdırılır. Konstruktiv təlimin prinsipləri və belə təlimlə Read the rest of this entry »

Baxış: 2533

Yeni Kurikulum üzrə təlimin keçirilməsində istifadə olunan texnologiya

Fatma xanım Bünyatova

DSC00378Bu yazı  April 3rd, 2011 | Author:  | Edit  sayta  yerləşdirilmişdi.

Bi məqaləyə 6270 dəfə baxılıbdır. Mövzunun aktuallığına görə onu

birdə təkrarən yerləşdirmək qərarına gəldim.

Bugünku vəziyyətin səbəbi 2011-il acıqlamasında.

Nəyə görə təlimlərdə fəal (interaktiv) metodlar istifadə edilir?

Tədris prosesinə psixopedağoju  yönümdən baxanda, uşaqların təfəkkür fəaliyəti,  onun inkişafı   biri birindən seçilərək ayrı- ayrı səviyyədə olur və bu şagirdlər arasında  məsafə yaradır.

Azərbaycan Respublikasının təhsil İslahatının  istigamətləri təhsil standartı  olan Milli Kurikulumda əks edilmişdir. İbtidai təhsil  Kurikulumu Konseptual sənəd kimi ibtidai təhsilin məzmununda standartları, zəruri minimumu, təhsil alanların hazırlığına qoyulan tələbləri, texnologiya və qiymətləndirmə məsələlərini əhatə edir.  Son üç ildə müəllimlərin bu istiqamətdə nəticə etibarı ilə səmərəliliyinin təyin olunması üçün təlim kursları keçirilmişdir.Təşkil olunan öyrədici treninqlərdə fənn kurikulumlarının, təlim standartlarının mahiyyəti və məzmunu, kurikulumlarla işləməyin metodikası, yeni kurikulumlar əsasında yazılan dərsliklərin Read the rest of this entry »

Baxış: 2339

Təhsildə innovativ çağırış

 

acıq dərs İdrak mektebiAzərbaycan təhsil nazirliyinin  elan etdiyi müsabiqəyə “İdrak məktəbi” iki layihə ilə qoşulmuşdu.  Öncəki yazıda “Innovativ təlim olan konstruktiv təlim texnologiyası ilə öyrənməni öyrənirik və öyrədirik”  bir layihəmizi içtimaiətləşdirdik.

Kənarlaşdırılmış və ya  müsbət  qiymətə tüş gəlməyən  ikinci  layihəhəmizi “Tamlıq məntiqi və qeyri səlis məntiq ilə riyaziyyat, azərbaycan  dili və rus dilindən  fənn biliklərinin (dərsliklərin) nano-modelləşdirilməsi  onun pedaqoji  texnologiyasının verilməsi ilə  ibtidai məktəb  kurikulumun yeni dizaynı” ictimaiətləşdiririk ki, istinadsız yazıların müəllifləri istinad yeri qoymağı yaddan cıxartmasınlar.

Bugün Azərbaycanda təhsillə bağlı olan böyükdən kiciyə qədər hamısı dərsliklərimizin acınacaqlı halına bələddir. TQDK dərsliklərlə bağlı apardığı müzakirələrin birində ibtidai məktəb kurikulumun, belə desək, tələbləri ilə, yazılan  əsas 3 fənnin – Azərbaycan dili, Riyaziyyat, və Həyat bilgisi dərsliklərində  böyük elmi, metodoloji qusurluğunun olduğu birdə təsdiqləndi. Bu qusurun nəticəsi isə kütləvi Read the rest of this entry »

Baxış: 1630

Azərbaycan Respublikası təhsil nazirinin 11 oktyabr 2013-cü il tarixli, 842 nömrəli əmrinə əsasən təşkil olunmuş “İctimai təşəbbüslərin dəstəklənməsi üzrə layihə müsabiqəsi”nə yekun vurulmuşdur.

Fatma xanım Bunyatova

Acıq dərs Treninqin əməli hissəsiTN elan etdiyi müsabiqəyə 150 yaxın layihə təqdim edilmişdir.

Müsabiqəyə təklif olunan layihələrin qiymətləndirilməsi müvafiq işçi qrupu tərəfindən həyata keçirilmişdir.

Müsabiqənin nəticəsi olaraq “Təhsil siyasəti üzrə təşəbbüslər” istiqaməti üzrə 13, “Təhsil sahəsində tədqiqat təşəbbüsləri” üzrə 5, ümumilikdə 18 layihə müsbət qiymətləndirilmişdir  http://www.edu.gov.az/view.php?lang=az&menu=9&id=7710

Uğur qazananları təbrik edirik! Yeni-yeni nailiyyətlərə imza atmağı arzulayırıq.

İki mərhələdən ibarət olan qiymətləndirmə prosesində ilkin olaraq, müsabiqənin əvvəlcədən müəyyənləşdirilmiş şərtlərinə cavab verməyən layihələr müsabiqədən kənarlaşdırılmışdır. Növbəti mərhələdə seçilmiş layihələr müvafiq meyarlara uyğun olaraq qiymətləndirilmişdir.

Kənarlaşdırılmış və ya  müsbət  qiymətə tüş gəlməyən layihələrimizi ictimaiətləşdirmək  istəyirik, çünki “İdrak məktəbi”nin təklif etdikləri yenilikləri, pedaqoji prosesdə yeni yanaşmaları , beynəlxalq konfranslarda, jurnallarda, öz saytında  cap olunan məqalələrdən “yerli istifadəcilər” öz yazılarında, məqalələrində genli-bollu ağıllarına gələn bir fikir kimi istifadə etdiklərinin şahidiyik. Buna görədə öncədən layihələrin məzmunlarını Read the rest of this entry »

Baxış: 2029

Zamanı gələn yazı

DSC00378 Fatma xanım Bunyatova

Üç il bundan öncə saytda yerləşdirdiyimiz (sayt 3 ildir ki yaradılıbdır) illərcə düşüncəmizin məhsulu olan bir yazını dünən TN Hörmətli Mikayıl müəllimin ictimaiyətə cağırışına cavab olaraq yeniləndirməyi qərar verdim.
Azərbaycan  pedaqoyi içtimaiyyətində yeni yanaşmalar az deyil. Sadəcə onları tapıb üzə çıxartmaq lazımdır.

“İdrak məktəbi”nin təqdim etdiyi I –IV sinif Ana dili proqramları milli təhsilin standartı olan Kurikulumun tələblərinə uyğun qurulan proqram çərçivəsində genişləndirərək , yeni dizayn verərkən  dil biliklərini bir struktur kimi tamlıq sxemində təqdim etmişdi.(programın bu səmtdə guruluşu  1992-çi ildən “İdrak məktəbi”ndə tətbig edilir. Bax : Ф.Д.Бунятова,Логический способ обучения. Альтернативное образовние, Баку,Маариф. 1990) Belə ki, I sinif proqramında əgər şagirdlər üç nitq hissələri ilə tanış olurlarsa, Read the rest of this entry »

Baxış: 1543