Azərbaycan elminə ağır itki üz verib
Azərbaycan elminə ağır itki üz verib. Əməkdar elm xadimi, folklorşünas alim, filologiya elmlər doktoru, professor, Azərbaycan Respublikası Milli Elmlər Akademisyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi Bəhlul Abdullayev vəfat edib. Mərhumun qızı Nilüfərin ANS PRESS-ə verdiyi məlumata görə, professor ötən gün dünyasını dəyişib.
«O, dekabr ayından xəstə idi. Fevral ayında onda mədəaltı vəzinin xərçəngi aşkarlanmışdı», — deyə o bildirib.
Qeyd edək ki, B.Abdullayev 1940-cı il aprelin 27-də Lerik rayonunun Lələhiran kəndində kolxozçu ailəsində anadan olub. «Yusif Vəzir Çəmənzəminli və folklor» mövzusunda namizədlik dissertasiyası müdafiə edib. O, 60-a yaxın kitabın, onlarla monoqrafiyanın müəllifi, «Dədə Qorqud» və «Novruz» ensiklopediyalarının tərtibatçılarından biri olub.
Azərbaycan mərasim folklorunun ilk geniş və poetik təhlili onun adı ilə bağlıdır. Dünya folklorşünaslığı tarixində türk folklorunda at mifoloji obrazını ilk dəfə o işləyib. Azərbaycan folklorunda sayların simvolikasını monoqrafik şəkildə ilk dəfə o tədqiq edib.
Professor Buzovna qəbirstanlığında dəfn edilib. Allah rəhmət eləsin!
Mənbə: www.anspress.com
Baxış: 2528
Allah rehmet elesin, heqiqeten milli deyerlerimizi, folkloru seven ve sevdirmeyi bacaran insan idi. Onun dersinde darixmaq mumkun deyildi. Yetishdirdiyi telebeler hele neche iller Azerbaycan edebiyyatina oz tohfesini verecek ve onu en xosh sozlerle xatirlayacaq
Həqiqətən çox ağır itkidir.. Mən fəxr edirəm ki bu dahi insanın şagirdi olmuşam! Çox kövrəldim. Allah rəhmət eləsin..
Həqiqətən çox ağır itkidir.. Mən fəxr edirəm ki, bu dahi insanın şagirdi olmuşam! Çox kövrəldim. Allah rəhmət eləsin..