Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

Bu gün Torpaq çərşənbəsidir

«İlaxır çərşənbə» — sonuncu «Yer çərşənbəsi»

Bu gün isə Torpaq çərşənbəsidir və hər birinin olduğu kimi, bu çərşənbənin də özünəməxsus qaydaları var. Ən əsası Torpaq çərşənbəsində də tonqal yandırmaq mütləqdir. Novruz çərşənbələrinin sonuncusunda yer oyanır, torpaq nəfəs alır. Bu çərşənbə xalq arasında «Yer çərşənbəsi», «İlaxır çərşənbə» və ya «Torpaq çərşənbəsi» adlanır. İnama görə, Torpaq çərşənbəsi yetişəndə torpaq artıq əkinə hazır olur. Yəni ona toxum səpilə bilər. Əfsanəyə görə, adamların ərzaq qıtlığından əziyyət çəkdikləri bu gündə Su, Od və Yel Torpaq xatunun yeraltı məbədinə qonaq gəlir, burada yatmış Torpağı oyadırlar.

İlaxır çərşənbə ölkəmizin əksər bölgələrində təmtəraqla qeyd olunur. Bu çərşənbə mərasim, ayin, etiqad, oyun və şənliklərlə zəngindir. Çünki həmin günün mərasimləri həm suya, həm oda, həm yelə, həm də torpağa inamı əks etdirir. Torpaq çərşənbəsində insanlar torpaq sahələrinə çıxır, torpağı təmizləyir, bostan və dirriklərdə müxtəlif ayinlər, kütləvi şənliklər keçirir, əmək nəğmələri oxuyurlar. Bu çərşənbənin axşam şənlikləri daha gur olur. Evlərdə tonqallar qalanır, məşəllər yandırılır, bacalardan torbalar sallanır, qurşaq atılır, arzu və niyyəti olanlar qapı-qapı gəzərək qulaq falına çıxırlar. Yer çərşənbəsi günü hamı öz evində olmalı, övladlar valideynlərinə baş çəkərək öz evlərinə qayıtmalıdırlar. Axır çərşənbə günü bütün küsülülər barışmalıdır, eyni zamanda bu gecədə nəhs söz danışmaq olmaz.

«Yüz illər boyunca elimizin cəmi şadlıqlardan, çal-çağırlardan başqa saxladığı istəkli bir bayramı var — Novruz bayramı! Bu xətirli bayram gur tonqalları, göz oxşayan, könül tərpədən noğul-nabatlı xonçaları, yaşıl səmənisi, mübarək niyyətləri ilə sevilir. Zaman-zaman elimizin gün-güzəranı bu ulu bayramın qədəmlərinin uğuruna, sayasına güvənib».

Folklorşünas alim, professor Məhərrəm Qasımlı qarşıdan gələn Novruz bayramının çərşənbələri və ənənələri haqda: «Yazın nəfəsi öncə suya toxunur və bununla da el arasında deyildiyi kimi desək, sulara ixtiyar verilir. Sulara ixtiyar verilməsi, daha doğrusu, suların ixtiyarının özünə qaytarılması o deməkdir ki, həmin gündən başlayaraq daha sular donmur, şaxta onu dondurub ixtiyarını əlindən ala bilmir. İkinci çərşənbədə torpağa ixtiyar verilir və o, nəfəsiylə toxumu cücərdir. Torpaqdan sonra növbə ağaclara çatır və çərşənbələrin üçüncüsündə ağaclar qış yuxusundan oyanır və tumurcuqlamağa başlayır. Ən sonda — axır çərşənbədə yazın nəfəsi canı-qanı olanları tərpədir. Beləcə yaşayış, varlıq yeni bir axara düşür». Çərşənbə axşamlarında — xüsusən də İlaxır çərşənbəsində süfrəyə artan, çoxalan, yəni bərəkətli nemətlər qoymaq lazımdır: «Bu axşamlarda turşulu, acı, şor yeməklər bişirməzlər. Süfrədə bərəkətli, bişirdikcə çoxalan nemətlər olmalıdır. Məsələn, düyü, yarma, noxud kimi artımlı ərzaqlardan yeməklər hazırlanmalıdır. Bundan əlavə, xalqın inancına görə, Torpaq çərşənbəsində gövdəsi torpağın üstündə, meyvələri torpağın altnda olan nemətlərdən süfrəyə düzülməlidir. Məsələn, yerfındığı, kartof və müxtəlif bu kimi çərəzləri göstərmək olar. Qədim xalq adətlərinə görə, Novruz çərşənbələrində evdən bərəkət sayılan nemətlər — duz, od, çörək, su vermək olmaz».

Mənbə: www.mix.az

Baxış: 2384

Leave a Reply

You must be logged in to post a comment.

Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe