Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

Müsabiqə iştirakçılarının nəzərinə!

«İlin ən yaxşı müəllim»i, «İlin ən yaxşı ümumtəhsil məktəbi» müsabiqələrinin keçirilməsi qaydalarından çıxarışlar.

3.6. Müsabiqənin ikinci mərhələsi bu Qaydaların 3.2-ci bəndinə uyğun olaraq müəyyən edilmiş müddətdə təşkil edilir. Bu mərhələnin iştirakçıları ümumtəhsil məktəblərində ixtisasları üzrə təklif olunan siniflərdə sınaq dərsləri aparırlar.

3.7. Sınaq dərsləri Təşkilat komitəsi tərəfindən ixtisaslar əhatə olunmaqla, tanınmış alim və metodistlərdən, təcrübəli mütəxəssislərdən, ictimaiyyətin nümayəndələrindən ibarət tərkibdə yaradılmış fənn komissiyaları tərəfindən qiymətləndirilir.

Sınaq dərsləri videolentə alınır.

3.8. Sınaq dərslərinin qiymətləndirilməsi prosesində aşağıdakı göstəricilər nəzərə alınmalıdır:

3.8.1. mövzunun tədrisi üçün maraqlı və optimal dərs formasının seçilməsi;

3.8.2. problemin qoyuluşu və həlli prosesinə şagirdlərin fəal cəlb edilməsi, şagirdlərlə həssas ünsiyyətin qurulması və pedaqoji əməkdaşlıq münasibətlərinin yaradılması;

3.8.3. dərsin fəal, interaktiv təlim üsullarının səmərəli tətbiqi şəraitində tədris edilməsi;

3.8.4. tədris olunan mövzunun şagirdlər tərəfindən dərs prosesində mənimsənilmə səviyyəsinin müəyyən edilməsi;

3.8.5. şagirdlərin bütünlüklə qiymətləndirilməsi üçün çevik formalardan istifadə edilməsi.

3.9. Hər bir sınaq dərsi müvafiq fənn komissiyasında müəllimin iştirakı ilə təhlil edilir, ümumi rəy və nəticələr onun nəzərinə çatdırılır. Fənn komissiyaları növbəti mərhələyə təqdim olunan müəllimlər haqqında Təşkilat komitəsinə yekun hesabat hazırlayır.

3.10. Müsabiqənin üçüncü mərhələsi bilavasitə Təşkilat komitəsi tərəfindən həyata keçirilir. Bu mərhələdə iştirakçılar özləri haqqında qısa məlumat verməklə, müasir dövrdə təhsil prosesinin təşkilinin aktual məsələlərinə dair Təşkilat komitəsinin təklif etdiyi mövzu ətrafında 10 dəqiqəlik təqdimatla çıxış edir və verilən suallara cavablandırırlar.

Mənbə: Ən yaxşı müəllim, Ən yaxşı ümumtəhsil məktəbi (Müsabiqələrin keçirilməsi Qaydaları)

Baxış: 3111

Leave a Reply

You must be logged in to post a comment.

Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe