Quyuya su tökməklə…
3. Müəllimdən müəllimə
Fatma xanım Bünyatova
Quyuya su tökməklə quyunun suyu olmaz. Belə deyiblər atalar…
Etnopedaqoqikamızın bu olayının açılımı “quyuya su tökməkdənsə gərək quyunun gözünü açasan, ayrı variantda isə quyuya su tökməklə guyunun suyu olmaz” kimi dilimizin bir milli pedağoji deyiminə cevrilmişdi.
Həqiqətən də bu gün biz başa düşürük ki, şagirdə bilik ötürməklə, verməklə onu bilikli edə bilmirik. Biz gərək onun dərk etmə qabiliyyətini, təffəkkürünü inkişaf etdirək ki, o özünə bilik yaratsın.
Hörmətli professor Əbdül Əlizadə öz görümi ilə, zamanın nəbzinə uyğun, təfəkkür araşdırmaları və gəldiyi qənaətlər onu postmodern psixologiyasının önəmli bir istiqaməti olan konstruktiv təlimə gətirib çıxarmışdı. Konstruktiv təlim şagird təfəkkürünü irəli çəkərək, onun inkişaf yoluna uyğun dərs prosesi qurur və şagirdə öz bilikləri və təcrübəsi əsasında yeni bilik sistemi yaratmağa şərait yaradır. Bu baxımdan yeni biliyin yaradılması köhnə biliklərin elementlərinin yeni eıementlərlə kombinasiyasıdır.
Amerika psixoloqu Morin Epşteynin tədqiqi əsasında Konstruktivizm öyrətmə nəzəriyəsi yox, öyrənmə nəzəriyyəsidir. Konstruktivizm psixoloji nəzəriyəsinin əsasını Jan Piaje goyub və o, öz konstruktivizimində uşağın dərk etmə inkişafına, təffəkkürünün inkişafına önəm verir. Sovet psixoloqu Lev Vıqotski isə təlimdə və inkişafda sosial-mədəni amilin təsirini əsaslandırırdı.Vıqotskinin nəzəriyyəsi Piajenin nəzəriyyəsinə çox oxşayır, cünki, bu iki nəzəriyyə elmi əsaslarla uşagın necə öyrəndiyini əsaslandırır. Əgər Piaje öz nəzəriyyəsində dərk etmə inkişafını qarşılıqlı əməkdaşlıqda görürdüsə, Vıqotski təlimin sosial kontekstlərinə çox diqqət verirdi. Piajenin nəzəriyyəsində müəllimin rolu məhduddur, amma Vıqotskinin nəzəriyyəsində müəllim təlim prosesində fəal rol oynayır. Yeri gələndə suallarla kömək edib yardımçı olur. Koqnitiv dərk etmə konstruktivistləri isə mənanın, anlamın, məğzin yaranmasını ğözləyirlər, şagirdləri istiqamətləndirərək onlara yardımçı olurlar.
Psixoloq araşdırmacılar uzun sürən diskussiyadan sonra Piajenin nəzəriyyəsini “koqnitiv konstruktivizm”, Vıqotskinin nəzəriyyəsini isə “sosial konstruktivizm” kimi iki növə ayırmışlar.
Azərbaycanda yeni qurulan təhsildə idrakı inkişafın parametrlərini nəzərə almaq, ona imkan və şərait yaratmaq əsas amil hesab edilir (M.Mərdanov) və bu da bir növ kognitiv (dərketmə) konstruktivizmə istigamət deməkdir. Yəni bu gün Azərbaycanda gurulan yeni təhsil fərdin, şakirdin təfəkkrünün inkişafı deməkdir..
Baxış: 4672
A SUPPORTED BY THE DEVELOPER TOOLS? It was interesting. You seem exceptionally knowledgeable in your field. <