Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

Azərbaycan-Türkiyə Yeni Ortaq Eğitim Sistemi –YOES layihəsinin birinci mərhələsinin treninqləri

                                                                                                                                                                         Fatma xanım Bunyatova

 "İdrak məktəbi" Azərbaycan-Türkiyə Yeni Egitim Sistemi-YOES layihəsi pedaqoji treninqi Azərbaycan-Türkiyə Yeni  Ortaq Eğitim Sistemi –YOES  layihəsinin əsas məramı bu   layihədə iştirak edən hər bir müəllimi innovativ etməkdir. Layihə açıq olduğu üçün hər bir müəllim burada iştirak edə bilər.

Müəllimin şagirdləri öyrənməyi  və düşünməyi  öyrətmək yoluna salmaq, onları düşünərək öyrənməsi,  layihənin əsas qayələrindən biridir. Layihənin birinci mərhələsi təlimdə İKT istifadə yollarını öyrədən “Yenilikçi öyrətmən proqramı” YOP kursunda 94  müəllim iştirak edibdir.

Layihənin ikinci mərhələsi İnnovativ üsullarla – İKT və pedaqoji texnologiyalarla  dərslərin qurulması  və aparılmasına həsr edilən treninq 03.09 -06.09.2012 tarixində keçirilmişdi.

Təhsildə köklü dəyişiliklər İKT-ilə  səmərəli pedaqoji texnologiyaların birlikdə  istifadəsindən asılıdır. Əgər müəllim təkcə İKT –dən istifadə edib ənənəvi üsulla dərsi deyirsə,  bu o deməkdir ki o, öz dərsində əyaniliyə geniş yer verərək, bilikləri  vizual şəkildə şagirdlərə ötürür.  Yəni burada yenə də əsas yük yaddaşa, yadda saxlamağa düşür. "İdrak məktəbi" İnteraktiv dərsin təqdimatı Amma İKT və  innovativ  pedaqoji  texnologiyalarla  qurulan dərslərdə şagirdər təqdim olunan biliklər üzrə özləri işləyirlər, ayrı-ayrı təlim fəaliyyətində olaraq bilik əldə edirlər, ona yeni element əlavə edərkən keyfiyyətcə yeni bilik alırlar.

Layihənn birinci mərhələsinin pedaqoji treninqində  müəllimlər pedaqoji texnologiyalar və onların tətbiqi dairələri ilə tanış oldular, fənn proqramının bölümlərini proyektləşdirmək üsülları  ilə, dərslərdə interaktiv yanaşma ilə proyekti  həyata keçirmək mexanizminə yiyələndilər.

Bununla yanaşı   müəllimlər praktik olaraq əməli şəkildə  interaktiv, layihə, problemli təlimlə aparılan dərslərin qurulub aparılma bacarığını inkişaf etdirdilər."İdrak məktəbi" İnteraktiv texnologiya treninqi

Hər bir iştirakçı  müəllim  öz  fənni üzrə qarşılıqlı fəaliyyət, yüksək işbiriyi , daxili motivasiya , fənlərarası problem çözümü əsasında  təqdimat hazırlayaraq, qurduğu numayiş dərsi göstərdi. Təqdim olunan dərslərin  interaktiv və proyekt dərslərin kriteriyaları əsasında müzakirəsi əldə olunan bilik və bacarıqları daha da möhkəmləndirmiş oldu.

Layihənin birinci mərhələsinin Pedaqoji texnologiyalar treninqi davamlı şəkildə həm distant, həmdə əyani sentyabr- oktyabr aylarında keçiriləcəkdir.

Baxış: 7598

2 комментария to “Azərbaycan-Türkiyə Yeni Ortaq Eğitim Sistemi –YOES layihəsinin birinci mərhələsinin treninqləri”

Leave a Reply

You must be logged in to post a comment.

Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe