Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

Pozulmuş hüquqlar pozularaq qalır.

Fatma xanım Bünyatova

Məktəbimizin kitabxanasında olarkən əlimə bir kitab keçdi. Bu kitab, “Sən və sənin hüququn” 1997ci ildə şagirdlərlə  gördüyümüz iş haqqında bəhs edirdi. Kitabın  səhifələrini vərəqləyərkən o günlər gözümün qabağına gəlib, şagirdlərin nəfəsi, söz duyumu, fikirləri  canlanaraq məni o illərə apardı.

Bu kitabda biz şagirdlərlə münaqişə,  inam, o vaxtları yeni anlam olan Uşaq hüquqları haggında bilikləri müzakirə, rollar üzrə oyun, fikir sıcrayışı və başga yeni üsullardan istifadə edərək  bu  anlayışları ilk olarag  sinif otağına gətirmişdik.

O illərdə  IV-V sinif şagirdləri olan Leyla, Sara, Vüsalə, Tural, Fariz, Seyidhəmid, Fərid  ilə “Uşaq hüquqları” haqqında bilgi topladığımız dövr  öyrəndilər ki, onların sinif yoldaşı Elminə qaçqındı, ailəsi ilə birlikdə Zəngilanın Məmmədbəyli kəndindən didərgin düşüblər. Elminənin həyat tərzi ilə yaxından  tanış olandan sonra  şagirdlər belə bir qərara gəldilər ki, BMT “Uşaq hüquqları” müdafiə komitəsinə məktub yazsınlar.

   

Onlar o məktubu  öz uşaq dilləri ilə yazıb göndərdilər və o məktub da, yüzlərlə belə məzmunlu məktubun aqibətini yaşayaraq unuduldu.

Artıq o vaxtdan düz 13 il keçib. O uşaqlar ali məktəbi oxuyub qurtarıblar, hərəsi bir iş sahibidir.

Elminə də təhsilini başa vuraraq “İdrak məktəbi”ndə  balaca fidan körpələrə həyatı yaşayaraq öyrənməyə kömək edir. Zaman dəyişdikcə hamı dəyişir. Lakin  Elminənin və onun ailəsinin Məmmədbəyli həsrəti, Vətənin bir dilbər güşəsi olan Zəngilan həsrəti, ağrısı dəyişməz olaraq qalır!

Baxış: 2809

One Response to “Pozulmuş hüquqlar pozularaq qalır.”

Leave a Reply

You must be logged in to post a comment.

Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe