Müəllimdən müəllimə.
İnteraktiv təlim: şagirdlərin fəaliyət strukturları.
Fatma xanım Bünyatova.
Aktiv, interaktiv və konstruktiv təlim şakirdin inkişafına yönələn muasir təlim texnologiyalarıdır. Onların arasında ki fərglərə nəzər salanda bu təlimlərin, yəni müəllimin öyrətdiyi öyrənmə fəaliyyəti, arasında böyük fərgləri körməmək olmaz. Aktiv-konstruktiv-interaktiv təlimlərin fərglərini amerikan araşdırmacısı Miclene T.H.Chi “Active-Constructive-Interactive: A Conceptual Framework for Differentiating Learning Activities “ məgaləsində cox geniş və dərin şərh şərh vermiş, onları taksonimiyadan kecirərək aşağıdakı fərgləri köstərmişdi.(mənbə Psychology in Education, Arizona State University November 2008). Bu fərqləri köstərməkdə məgsədimiz müəllimlərə yeni pedağoji texnologiyalar haggında, onların təlimdə, dərsdə tətbigi barəsində keniş məlumat verməkdir.
Aktiv – Construktiv- İnteraktiv təlimlərin fərgi.
Aktiv təlim — şagird öz təlim fəaliyyəti ilə proqram çərçivəsində bilikləri mənimsəyir; onu əks etdirir;
yenidən tətbig edir, və yadda saxlayır; uyğunluğu tapır,
İnteraktiv təlim — təlim prosesində şagird və müəllimin qarşılıqlı əlaqələri yaradılır; fikir mübadiləsi aparır; yeni fikir yaradır; işlərin düzgün bölünməsi aparır; məsuliyət hissi yaradır;
Konstruktiv təlim— şakird öz yaradıçı fəaliyyəti ilə program cətcivısindən kənara cıxır; yeni perspektivlər görür; öz biliklərindən çıxış edərək yeni bilik yaradır; qarşılıqlı dioloji əlaqədə biliklərini genişləndirib, möhkəmləndirir; biliklərini bərpa edərək , səhvlərini düzəldir; biliklər arasında məntigi əlaqələr yaradır; müzakirədə yaranan biliyin quruluşuna uyğunlaşmış biliyini yaradır., sosial bilik və vərdişlər yaradır və s. Bu fərgləri köstərməkdə məgsədimiz müəllimlərə yeni pedağoji texnologiyalar haggında, onların təlimdə, dərsdə tətbigi barəsində keniş məlumat verməkdir.
İnteraktiv təlimin fəaliyyət strukturları:
Rollar üzrə oyun
- Rollar üzrə oyunun şagird fəaliyyətində mahiyyəti.
- Rollar üzrə oyun – tamaşada müəllimin məqsəd və mövqeyi.
- Rollar üzrə oyunun təşkili texnologiyası.
- Oyuna hazırlıq.
- Rollar üzrə oyunun təqdimatı (göstəricisi).
- Oyunun müzakirə və qiymətləndirilməsi.
Nümunə: Ə.B.Haqverdiyevin tədris olunan “Bomba” hekayəsinin (novella) rollar üzrə oyun – tamaşası.
İdrakın inkişaf və formalaşma vasitəsi kimi şagirdlərin bacarıq və qabiliyyətlərini yaradıcı şəkildə irəliləyişinə rollar üzrə oyunun əhəmiyyətli təsiri vardır. Deyək ki, uşaqlarda rollar üzrə oyun vərdişləri körpəlik çağlarından, məktəb yaşlarından hələ xeyli əvvəl yaranır.Belə bir misal: Gizlənqaç (gizlənpaç) oynayan uşaqlardan (bu oyunu uşaqlar nisbətən böyüyəndə də oynayırlar) biri üzü divara dayanıb əlləri ilə gözlərini örtür. Başqaları qaçıb gizlənirlər. Gizlənənləri tapan tapılanların birindən əvvəl əlini müəyyən edilmiş bəlgəyə (nişana) vurduqda o, oyunda qalib sayılır. İndi də uduzan gözlərini yumur.Bu biri uşaqlar gizlənirlər. Belə — belə rollar dəyişir, oyun davam edir.
Başqa bir misal: Bir də görürsən ki, bir – biri ilə oynayan iki balaca uşaq satıcı və alıcı rolunu oynayırlar. Onlardan biri satıcı uşaq yaş torpaqdan kündə formasında yumrular düzəldir, guya bunlar çörəklərdir. Bir çəngə də ot toplayıb onların yanına qoyur. Guya bu da göyərtidir. O biri uşaq, yəni alıcı əlindəki konfet kağızları, yaxud da adi kağızlarla – guya pullarla – satıcıdan çörək, göyərti alır. Onlar danışıqları, hərəkətləri ilə həqiqi satıcı və alıcıya oxşamağa çalışır, başqa sözlə, onların rollarını oynayırlar.
Rollat üzrə oyunun ən elementar cəhətlərini özündə ehtiva edən bu cür oyun — əyləncələr, həmçinin hələ körpə yaşlarından uşaqların düşünmək, fikirləşib tapmaq qabiliyyətini inkişaf etdirir, fantaziyasını qanadlandırır, danışığını, leksikonunu zənginləşdirir.
Rollar üzrə oyunlarda uşaqlar çox vaxt, dediyimiz kimi, böyüklərə, öz tanıdıqları adamlara oxşamağa çalışırlar. Bu zaman həm hərəkətləri, həm danışıqları ilə həmin adamları yamsılayır, təqlid edirlər. Bunula da uşaqlar, bir növ, böyüklərin həyatlarına daxil olur, onların həyat tərzini yaşamış olurlar. Elə bunun özü də uşaqların şüurunun, təfəkkürünün formalaşmasına mühüm təkan vermiş olur.
Rollar üzrə oyunun ilkin mərhələsini, gördüyümüz kimi, uşaqlar hələ məktəbəqədərki həyatlarında yaşayırlar. Məktəbin vəzifəsi isə uşaqların rollar üzrə oyunlarının mütəşəkkilliyinə çalışmalı, onların mənalı, məzmunlu olmasına səy göstərməlidir. Rollar üzrə oyunlar şagirdlərin fərdi xarakterinin müəyyənləşməsinə xidmət etməli, onlarda çeşid – çeşid hərəkətlər formalaşdırılmalı, ani və məqsədyönlü fikir söyləmək qabiliyyəti aşılamalıdır.
Rollar üzrə oyuna cəlb olunmuş şagirdlərin hamısının zehni, mühiti dərketmə qabiliyyəti, inkişaf səviyyələri, ən əsaslısı, xarakterləri eyni deyil. Bunlardan bəziləri qızğın təbiətli (sanqvinik), bəziləri çox həlim (melonxolik), bəziləri də təmkinli (xolerik) olurlar. Oyun zamanı birincilər özlərini qabağa veri “Kim mənimlə” deyirsə, ikincilər bunun əksi olaraq “Mən kimlə” deyir.
Odur ki, rollar üzrə oyuna başlarkən müəllim şagirdlərin psixoloji əhval – ruhiyyəsini də mütləq nəzərə almalıdır. Çalışmalıdır ki, hər bir şagird öz imkanı səviyyəsində bacara biləcəyi rolu, vəzifəni icra etsin. Belə olduqda hər bir şagirdin özünəməxsus ayrı fərdi keyfiyyətləri daha normal şəkildə inkişaf edir, formalaşır, həm də gözlənilən nəticə daha effektli olur.
Rollar üzrə oyun boşqaba çəkilmiş hazır xörək deyil. Qaşığı uşağın əlinə verib: — Buyur, ye, — söyləsən. Rollar üzrə oyun üstünə etiket – yarlıq yapışdırılmış ölçülü – biçili paltar deyil – sənin əyninədir, buyur, gey, — deyəsən. Rollar üzrə oyun hətta hazır qəlibli, hazır biçimli olsa belə, hər an dəyişilməyə, təzələnməyə, yeni – yeni çalarlarla zənginləşməyə, müsbət mənada, məruz qalan bir prosesdir. Prosesi yaradan, ona yeni cizgilər hopduran isə, sözsüz ki, şagird intellektidir.
Rollar üzrə oyunları çox vaxt şagirdlər özləri yaradırlar. Bu, bilavasitə onların olduqları şəraitlə, daxili istəkləri ilə bağlı olaraq yaranır. Onlar yaratdıqları bu oyunların qurucuları – rejissorları da, iştirakçıları – artistləri də özləri olurlar. Şagirdlərin duyğu və düşüncəsinin məhsulu kimi yaranmış bu qəbil oyun – tamaşalara müəllimin düzgün istiqamət verməsi, şagirdlərin yaradıcı fantaziyasını inkişaf etdirməsi əslində onlarda özlərinəinam yaratmaq, yaradıcılıq imkanlarını inkişaf etdirmək deməkdir.
Rollar üzrə oyun – müəllimin mövqeyi.
Şagird intellektinin, şagird vərdiş və bacarığının inkişafında rollar üzrə oyunu yararlı vasitə kimi götürən müəllim bu prosesdə öz iştirakını, əsasən iki şəkildə planlaşdırır:
1. Müəllim oyun – tamaşa haqqında şagirdlərə məlumat verir.Oyunun keçirilmə qaydalarını izah edir, şagirdləri oyun üçün vacib olan vasitələrlə təmin edir.Oyunun gedişinə o, heç bir müdaxilə etmir.
Prosesi müşahidə etməklə kifayətlənir.Yalnız onu qurtardıqdan sonra o, münasibətini açıqlayır.
2. Müəllim tapşırıq verir və oyunu bütün gedişi boyu öz diqqət mərkəzində saxlayır.Şagirdlərin oyunlarına hər an müdaxilələr edir.Bu da, öz növbəsində, müəllimin aktiv, şagirdlərin isə passiv olmasına gətirib çıxarır.Şagirdlər öz bacarıq və qabiliyyətlərini tam şəkildə nümayiş etdirə bilmirlər.
Bizim özümüzün rollar üzrə apardığımız məşğələlərin təcrübəsi göstərir ki, bu oyun – tamaşalarda müəllim daha çox mediator rolunda çıxış etməlidir.Başqa sözlə, müəllim rollar üzrə planlaşdırılmış oyunlarla bu oyunlarda iştirak edən şagirdlər arasında vasitəçi olmalıdır.
Müəllimin mediator — əlaqələndirici vəzifəsi:
1. Şagirdləri fikirləşməyə, dərindən düşünməyə sövq etməsi;
2. Şagirdlərə yaradıcı istiqamət verməsi;
3. Şagirdlərin oyununa impuls verməsi;
4. Oyun məqamında fikri yayındıra biləcək hərəkətlərin qarşısını alması;
5. Özünün yox, şagirdlərin gəldiyi nəticəyə üstünlük verməsi;
6. Şagirdlərin yaradıcılıqlarını inkişaf etdirməsi.
Bu mənada Amerika psixoloqu Kaqanın da rollar üzrə oyunda müəllimin iştirakı və vəzifəsinə dair qeydləri maraq doğurur.
1. Rollar üzrə oyun məşğələsi başlamazdan əvvəl müəllim sinifdəgərginliyi azaltmalı, xoş əhval – ruhiyyəli atmosferin, sərbəstliyin yaranmasına nail olmalıdır.Bu, şagirdlərin maraqlı və məzmunlu oyununa xüsusi impuls vermiş olur.
2. Müəllim cəhd etməlidir ki, oyun zamanı sinifdə əlverişli şərait olsun. O, səy etməlidir ki, sinifdə sakitliyə əməl edilsin, xoşagəlməz və fikri yayındıran hərəkətlərə yol verilməsin.Oyunun keçirilməsinə mane ola biləcək artıq əşya və vasitələr əl – ayağa dolaşmasın.
3. Müəllim şagirdlərin rollar üzrə oyununu sakit, təmkinlə izləməli, oyunun gedişinə nəzarət etməli və ehtiyac duyulan məqamlarda öz nümunəvi hərəkətləri ilə uşaqların oyununa yaradıcı istiqamət verməli, onalrı aktiv oyuna şirnikləndirməlidir.
4. Müəllim rollar üzrə oyunla bağlı şagirdlərin suallarına diqqətlə və mehribanlıqla qulaq asmalıdır. Amma o, suallara əlbəəl cavab verməyə tələsməməlidir.Söhbəti qarşılıqlı şəkildə elə qurmalıdır ki, danışıq anında sual verən daha artıq düşünə, fikirləşə bilsin.O, özü öz sualına cavab tapsın.Bu, şagirdlərdə özünə inamı qüvvətləndirir, onların düşünmə, tapma qabiliyyətini inkişaf etdirir.
5. Müəllim rollar üzrə oyunda özünün istədiyi yox, şagirdlərin gəldiyi nəticəyə üstünlük verməlidir.Əgər şagirdlər əvvəldən nəticəsi bəlli olan oyunu necə varsa, təkrar etsələr, onda burada yaradıcılıqdan danışmaq olmaz.Amma oyun o vaxt maraqlı olur ki, o, həmişə yeni kartoçkalı, yeni məzmunlu olsun.Müəllim də şagirdlərinə elə bu ruhda istiqamət verməlidir.
Şagirdin vəzifəsi:
1. Müqayisə apara bilməyi bacarmaq;
2. Düşüncəli və tam şəkildə sual verməyi bacarmaq;
3. Oyun – tamaşanı təhlil etməyi bacarmaq;
4. Diqqətlə qulaq asmaq;
5. Oyun – tamaşada sözlə hərəkətin vəhdətini yarada bilmək;
6. Oyuna yaradıcı çalarlar verə bilmək;
7. Müzakirə zamanı müsbət və mənfi cəhətləri göstərə bilmək.
Rollar üzrə oyunun təşkili texnologiyası.
Şagird idrakının inkişafına yönəldilmiş mövcud proqramlardakı rollar üzrə oyunlara aid hazır mətnlər, ssenarilər də verilir.Amma daha çox öz təcrübələrinə əsaslanan qabaqcıl müəllimlər sinfə yeni formalı, yeni məzmunlu oyunlar təqdim etməyə üstünlük verirlər.Bu metod şagirdlərin yaradıcılıq imkanlarının aktiv şəkildə üzə çıxmasına daha geniş vüsət verir.
Biz də öz təcrübəmizdə bu üsulu məqbul sayır və rollar üzrə oyunların söyləyəcəyimiz formalarda texnoloji təşkilinə səy edirik:
I. Rollar üzrə oyun dərsinə hazırlıq.
Müəllim rollar üzrə oyun üçün münasib mövzular seçir, hansı formada keçirilməsindən asılı olmayaraq, seçilmiş mövzular, yəni mətnlər sadə, yığcam olmalıdır.Belə mətnlər üzərində qurulmuş oyunlar az vaxt aparır. Onun müzakirəsi üçün isə daha çox vaxt qalmış olur.Rollar üzrə seçilmiş oyunlar təqribən bu adda ola bilər: “Mübahisə”, “Təklik”, “Qorxu”, “Sevinc”, “Aclıq”, “Münaqişə” və s.
Hər bir mövzu üçün yardımçı vasitələrin (plakatlar, fototəsvirlər və s.) əldə olunması da vacib və əhəmiyyətlidir.
II. Mövzuya başlama.
a) Müəllim oynanılacaq – səhnələşdiriləcək mövzunu sinfə təqdim edir (şagirdlərin də mövzu təklif etmək haqları vardır və onlar bunu edə bilərlər).
b) Sullar əsasında mövzunun məqsəd və mahiyyətinin açılması, seçilmiş mövzuda, hər şeydən öncə, aydın məqsəd olmalıdır. Bunun şagirdlərin idrakı inkişafına, mənəvi potensiallarının artmasına, güclənməsinə, müsbət mənada, təsir edəcəyi hesaba alınmalıdır. Mövzunun doğurduğu qənaət şagirdlərə əhatə olunduqları mühitdə cərəyan edən hadisələrin nədən yarandığını və bunların necə aradan qaldırmağın yollarını öyrətməlidir. Misal üçün fərz edək ki, “Mübahisə” mövzusunun oynanılmasl nəzərdə tutulubdur. Onda müəllim sinfə təxminən bu suallarda müraciət edir:
1. Mübahisə nə deməkdir?
2. “Mübahisə” sözünün mənasını necə başa düşürsünüz?
3. Mübahisə nə vaxt yaranır?
Bəlli olduğu üzrə təlimlə yanaşı, şagirdlərin mənəvi saflığına, səmimi, mehriban dostluq şəraitində oxumalarına, böyümələrinə nail olmaq da məktəbin başlıca vəzifələrindəndir. Şagirdlər arasında mübahisə isə çox vaxt adi, hətta mənasız konfliktlər əsasında yaranır. Konflikt yaradan səbəb və bu səbəbdən elə bir ciddi məna, mahiyyət daşımadığını müəllim tərəfindən səbrlə, təmkinlə izah olunur. Belə hallarda mübahisəni mehribanlıqla həll etməyin mümkünlüyü şagirdlərə başa salınır.
Elə rollar üzrə oyun üçün seçilmiş mövzuya aid sualların cavabı da belə bir nəticənin alınmasına yönəldilməlidir. Həm də bu suallar sadəcə cavab səciyyəsi daşımamalıdır. Eyni suala bir neçə şagirdin cavabı ilə müəllim onların zehni fikirləşmə, məntiqi nəticə çıxara bilmək qabiliyyətlərinin inkişafına səy etməlidir.
v) Sinfə, yaxud qrupa (əgər sinfi qruplara bölmək mümkünsə), tapşırıq verilir.Tapşırıq belədir: təqdim olunmuş mövzuya aid süjet qurun. Süjetdəki hadisələri nümayiş etdirmək üçün öz aranızda rollara bölüb hazırlaşın.
III. Oyuna hazırlıq.
a) Müəllimin məsləhət və müdaxiləsi ilə oynanılacaq oyun üçün sinifdə şərait yaradılır.
b) Yenə də elə müəllimin məsləhət və müdaxiləsi ilə oynanılacaq oyunun məşqi keçirilir.
IV. Rollar üzrə oyunun oynanılması – təqdimi.
a) Müəllim sinfə (oyuna baxan şagirdlərə) tapşırıq verir: — Oyuna diqqətlə baxın və onun qiymətləndirilməsi üçün müzakirəyə hazırlaşın.
b) Oyunçu qrup hazırladıqları oyunu sinfə təqdim edir.
Rollar üzrə oyun yeni texnoloji üsulla, istisnasız olaraq, məktəbin bütün siniflərində tətbiqi mümkün olan oyun – tamaşadır.İstifadə üçün seçilmiş oyunlar, məzmuna və ifasına görə sinif şagirdlərinin yaş səviyyəsinə uyğun olmalıdır. Sadədən mürəkkəbə doğru prinsipi əsas götürülməlidir.
Burada göstərdiyimiz kimi, ümumi mövzularla yanaşı, konkret mövzulara müraciətin də effektli əhəmiyyəti olur. Konkret mövzular deyiləndə biz, əsasən, tədris proqramında nəzərdə tutulmuş, şagirdlərin dərsliklərinə daxil edilmiş mətnlərə üstünlük veririk.
Bəlli olduğu üzrə, ədəbiyyat dərsliklərinə bütün bədii janrlardan nümunələr daxil edilir. Odur ki, dərsliklərə dram əsərləri ilə bərabər, rollar üzrə oyun üçün şeir, hekayə nümunələrinə də müraciət oluna bilər. Müəllim səhnələşdirilməsi mümkün olan hər hansı şeiri, hekayəni (proqram çərçivəsində) bilavasitə şagirdlərin iştirakı ilə, yaxud fərdi olaraq ssenariləşdirir, onu oyun – tamaşa materialına çevirir.Bu mənada biz altıncı sinif şagirdlərinin qüvvəsi ilə rollar üzrə səhnələşdirib tədris etdiyimiz Ə.B.Haqverdiyevin “Bomba” hekayəsini oyun – tamaşaya nümunə olaraq burada veririk.
Mənbə: F.Bünyatova, B Abdulla «Təlim və tərbiyədə interaktiv texnologiyalar» Bakı 2000
Baxış: 2083