Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

Qələm( Xətlərin hekayəti).

Nurlan Quliyeva.

Göygöl rayonu Üçtəpə kənd orta məktəbinin riyaziyyat və informatika müəllimi

Sehirli qələm müstəvidə bir necə xətlər çəkdi. Onları nizamlayıb adlandırdı. Birinci xəttə toxunmadı. O kainatın dərinliklərinə doğru sonsuz uzandı. İkinci düz xətti kəsdi. Şüa oldu. Üçüncü düz xətti isə hər iki tərəfdən kəsib parça adlandırdı.
Sonsuzluğuna qürrələnən düz xətt şüaya:
— Bir bunun boy-buxununa bax! – dedi. – Bir tərəfə uzanaraq mənə tay olmaq istəyir. Unutma sən yarım düz xətsən.


— Onda iki mən ol! – Şüa cavab verdi.
Düz xətt qatlandı. Bucaq oldu.
— Kor bucaq oldun.
— Fərqi nədi? Bucaq ortaq təpəli iki şüa deyilmi?
— Doğrudu. Adı ki bucaqdı.
Xətt hirslənib tərəflərini düz saxladı.
— Düz bucaq oldun. Özünü öymə. Açıl, bir dənə düz xətt ol.
Düz xətt dilxor bükülərək iti bucaq oldu.
Şüa lovğalanaraq:
— Bir daha mübahisə etməyin! – dedi.- Sizlərdən qüdrətliyəm. Günəş də işıq şüası saçır. – Parçaya baxdı. – Sənsə çox kiçiksən.
— Doğrudur. Lakin sən mənsiz nə ədədi şua, nə də şkala ola bilərsən. Kəmiyyətləri ölçmək qüdrətin olmaz.
Sehirli qələm ağıllı balacadan( parçadan) razı halda düz xətti açdı. Yanında onu kəsməyən ikinci düz xətt çəkdi. Onları paralel düz xətlər adlandırdı. Mübahisəni kəsdiyini zənn etdi. Az keçmiş mübahisə düşdü. Xətlər bir-birini kəsdilər. Sehirli qələm bu dəfə xətləri düz bucaq altında kəsişdirib onları perpendikulyar adlandırdı.
— Düz dayanıb, düzgün mübarizə aparın!
Xətlər qələmin əmrindən çıxıb bildiklərini etdilər. Əyildilər.
Qələmsə sakit halda:
— Həyat mübarizədir! Güclü qalib gələcək! – deyərək DÜZün qələbəsini arzuladı.

Baxış: 1971

Leave a Reply

You must be logged in to post a comment.

Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe