XXI əsrin müəlliminin kompetentliyi və onun inkişaf mexanizmləri.
Fatma xanım Bunyatova
Kompetentlik müəllim şəxsiyyətinin inteqral keyfiyətidir. Hər bir zamanın öz tələbi vardı və bu tələbdən irəli gələn bacarıqlar müəyyən olunur. Yaşadığımız qlobal rəqəmsal dünyada XXI əsrin Avropa müəlliminin kompetentliyi belədir:
— savadlılıq;
— yaradıcı təfəkkür
— ünsiyyət;
— nəticəlik;
Savadlılıq:
— yeni pedaqoji texnologilardan və İKT istifadə bacarığı;
-şagirdlərə öyrənməyi öyrətmək bacarığı.
-alınan biliyin həyatı biliklərə çevirmə bacarığı və s.
Yaradıcı təfəkkür:
— bilikləri bir-biri ilə uzlaşdıraraq yeni bir bilik yaratma bacarığı;
Ünsiyyət:
— komunikabelli olaraq sosial biliklərə əsaslanaraq müəlim –şagird, şagird-şagird, şagird-müəllim-valideyn ünsiyyətinin qurma bacarığı.
Nəticəlik:
-hər bir görülən işin, aparılan dərsin nəticəsi olmalıdır.
Müəllimin professional kompetentliyinin inkişafının mexanizmləri:
-təlimlərdə, kurslarda iştirakı, özünətəhsil, yeni təlim metodlarından, İKT istifadə;
-yaradıcı dərslərin verilməsi, yaradıcı hesabat , müsabiqələrdə iştirakı və s.
Müəllimin kompetentliyi şagirdin kompetentli olmağının əsasıdır. Bu cür bilik və bacarığın sahibi olan hər bir müəllim yaxşı savad verməklə kifayətlənmir.
Onlar şagirdlərdə İKT -ilə işləmək və aldığı informasiyanı biliyə çevirib ondan daim istifadə etmək, ünsiyyətli olmağı, öz biliklərinə əsaslanaraq öyrənməyi öyrənmək bacarığını inkişaf etdirir. Yaradıcı müəllim yaradıcı təlim prosesi quraraq bu prosesdə hər bir şagirdin təfəkkürünün inkifafına zəmin yaradır.
Baxış: 3155