Archive for the ‘Kitablar’ Category
Təbriklər!
F. Bunyatovanın “Konstruktiv təlim mərkəzi” yaradıcı müəllim Göygöl rayonunun Üctəpə kənd orta məktəbinin müəllimi Nurlan Quliyevanı “Riyaziyyatın konstruktiv təlimlə tədrisi metodikası” metodik vəsaitinin işıq üzü görməyi ilə təbrik edir.
Kitab Azərbaycan Respublikasının TN əmrinə əsasən metodik vəsait kimi təsdiq edilmişdir
Kitab riyaziyyatın konstruktiv təlimlə tədrisinə aid metodik , göstərişlərdən, dərs nümunələrindən və riyazi anlayışlarının bədiləşdiyi elmi hekayələrdən ibarətdir. Müəllif, vəsaitdə riyaziyyatın həyatdakı rolunu göstərməklə , elmi həyatiləşdirməyə yaradıcı öyrənmənin mahiyyətini açmağa çalışmışdır. Kitabdakı tövsiyələr elmin anlam yolu ilə qavranılması ücün yaradıcı təfəkkürün formalaşmasına xidmət edir. Metodik vəsait orta məktəb çagirdləri, tələbələr və müəllimlər üçün nəzərdə tutulmuşdur.
Konstruktiv təlim: mahiyyət, prinsip, vəzifələr və dərslərdən nümunələr

Yaradıcı müəllim Fatma xanım Bünyatovanın bu kitabına konstruktiv təlimlə bağlı fikirlərini əks etdirən məqalələr daxildir. Birinci fəsildə müəllif interaktiv texnologiyanı ənənəvi pedaqogikanın alternativi kimi dəyərləndirir, interaktiv texnologiyanın istiqamətlərini və yeni texnologiyalara verilən tələbləri şərh etmişdir. İkinci fəsildə konstruktiv təlimin fəlsəfəsi, mahiyyəti və məqsədi açıqlanmış, elmi əsasları və prinsipləri təhlil olunmuşdur. Bu təlimlə işləyən müəllimin və şagirdlərin rolu üçüncü fəsildə aydınlaşdırılır.
Read the rest of this entry »Baxış: 4580Konstruktiv və interaktiv təlimə dair kitablar
F.Bünyatova. «Konstruktiv təlim: mahiyyət, prinsip, vəzifələr və dərslərdən nümunələr» və F.Bünyatova, B.Abdulla «Təlim və tərbiyədə interaktiv texnologiyalar» kitabları satışda! Qiyməti 15 və 8 manat. Əlaqə telefonu: 012 4415806
Baxış: 2870