Konstruktiv təlim mühiti. Yaddaş məktəbindən təffəkkür məktəbinə keçid
Fatma xanım Bunyatova
Yaşadığımız XXI əsrdə informasiya və kommunikasiya texnogiyaları cəmiyyəti dəyişdirir və onu sürətlə inkişaf etdirir. Bu inkişaf məktəblərdən də yan keçməyərək ona texniki cəhətdən çox irəliləmə gətirmişdi . Dərs proseində IKT səmərəli istifadə edilməsi təlim prosesində öyrənilənin 40-50% yadda qalması ilə ən yaxşı halda nəticələnə bilir. Lakin yaşadığımız əsr cəmiyyət qarşısında qoyduğu tələblər çəmiyyətin üzvünün çoxlu bilik daşıyıcısı kimi yox kreativ düşüncəli, yaradıcı qabiliyətli bir fərd kimi görmək istəyir. Bununla yanaşı böyüyən nəsl inormasiyanı biliyə çevirməsini , özü öyrənmə yollarını bilib bacarmaqla yanaşı , social bacarıqlara da yiyələnmiş olmalıdır.
Lakin bugün bu tələblərin demək olar ki coxsunu yerinə yetirməyə məktəblərin imkanı çatmır v ə bununda bir sıra səbəbləri vardı:
- İKT insan təfəkkürünün məhsuludur və o süni idrak əsasında yaradılıbdır. Süni idraki Lütfi- Zade J,Piajenin təbii idrakının əsasında yaradıbdır. Bu yüksək texnologiyaları yaddaşa istiqamətlənmiş pedaqoji texnologiyalarla birlikdə əski quruluşda olan bilikləri tətbiq edildiyi üçün gözlənilən effect alınmır
- Fənn bilikləri diskret halında öyrənildiyi üçün şagirdlər illərlə biliyin tam bir sxeminə çıxırlar. Bu halda şagirdlər öyrəndikləri bilikləri əvvəlki və sonrakı biliklərlə əlaqələndirməyə bacarmırlar. Nəticədə onlar biliklərin tamlıq sxemində öyrəndiklərinin yerini tapmağa çətinlik çəkirlər. Bunun da nəticəsi biliklər diskret bir halda, əlaqəsiz yaddaşa yüklənməsi olur.
- Təlim zamanı verilən tapşırıqların çöxsu bilik yönümlü olduğu üçün şagirdlərdə ancaq bilik və onun tətbiqi bacarıqlarını formalaşdırır. Bu isə təfəkkürün ibtidai səviyyəsi pilləsidir
- Təlim prosesində interaktivliyin çəkisi az olduğundan şagirdlərin bilikyaratma və social bacarıqlarının inkişafı zəif geidr.
- Bilik yönümlü təlim prosesinin qiymətləndirilməsi bilik və onun tətbiqi meyyarlarla aparılır. Bütün bu çatışmamazlığı aradan götürmək üçün təlim prosisində konstruktiv bir mühit yaradılmalıdır.
Konstruktiv təlim mühitinin məqsədi öyrənənlərə əldə etmiş bilik və təcrübələrinə əsaslanaraq yeni biliklərini qurmaq üçün şərait yaratmaqdır.
Konstruktiv mühit deyəndə bunlar nəzərdə tutulur:
- Təlim prosesində konstruktiv təlimin (F.Bunyatova) tətbiq edilməsi,
- Fənn biliklərinin tamləq (Piaje) və qeyri səlis (Zadə) məntiqi əsasında modelləşdirilməsi (F.Bunyatova).
- Təlim zamanı kooperativ təlim(S.Kaqan) fəaliyyəti ilə əqli fəaliyyətə üstün yer verilməsi.
- Təfəkkürün inkişafına istiqamətlənən yeni nəsl tapşırıqlar batareyasından istifadə edilməsi.
- Şagirdin inkişafının qiymətləndirilməsi meyyarlarında bilik, tətbiqlə yanaşı əqli və sosial bacarıqlarının inkişafının səviyyəsinin ölçü mexanizmlərin olması.
Konstruktiv mühitin tətbiqi zamanı nə alınır:
Bu təlim 1992-2007 ilədək Bakıda 46 -li məktəbin eksperimental siniflərində və özəl “İdrak məktəbində “ tətbiq olunmuşdur. Konstruktiv təlum texnologiyası və onun əsasında yaradılan təlim strategiyası dünya elm bankına https://eric.ed.gov/?id=EJ105381 və
https://www.science.gov/topicpages/q/quality+distance+education.html
http://acemap.sjtu.edu.cn/topic/topicpage?topicID=061D0722
yeni bir təlim strategiyası kimi salınmışdı . Respublikamızda isə müəllimlər “İdrak məktəbinin” Konstruktiv təlim mərkəzində bu təlimə treninqlərdə yiyələnə bilirlər.
- Konstruktiv təlim koqnitiv bir təlimdir . Və burada şagirdlər öz bilik və təcrübələri əsasında yeni biliklərini yaradırlar. Onlar bu biliklər üzərində yüksək əqli əməliyatlar apararaq onları yeni bir keyfiyyətli biliklərə çevirirlər. Bu rejimdə işləyən şagirdlər bu əqli əməliyyatları tədricən öz düşüncə mexanizmilərinə çevirirlər.
- Fənn biliklərinin tamlıq və qeyri səlis modelləşdirilməsində biliklər tamlıq sxemində qurulur və bu sxem illərlə dərinləşir və zənginləşir. Bu biliklər bir-biri ilə birləşib ayrıla bilməklə yanaşı, assosiativ və identik ola bilirlər. Bu biliklər üzərində aparılan əvəzetmə, zənginləşdirmə və multiplikativ məntiqi əqli əməliyyatlar şagirdlərin biliklərini proqram çərçivəsindən kənara çıxmasına gətirib cıxardır. Və beləliklə şagirdlərin bugünki bilikləri gələcək biliklərlə inteqrasiya edilərək biliklərin tamlıq sxemində öz yerini tapır.. Bu əqli əməliyatlar düşündürücü xarkteri daşıyan tapşırıqların yerinə yetirilməsindən və məntiqi əsaslı sualların cavablandırılmasından ibarətdir.
- Konstruktiv təlimdə öz yerini almış kooperativ təlimin fəliyyət strukturlarının tətbiqi zamanı şagirdlər komandada işləmək, ümümi rəyə gəlmək, fikirləri qəbul etmək və sairə kimi bacarıqlara yiyələnmiş olurlar. Və ən əsası interaktiv bir mühitdə bilik paylaşma və bilik qazanma bacarıqları ilə yanaşı şagirdlər fərqli düşüncə modellərinin yollarından bəhrələnmiş olurlar.
- Şagirdlərin inkişafının ölçü meyyarları Piajenin klinik metodikasının və C.Blumun idrak taksonomiyasının açar sözlərindən istifadə edərək bu meyyarlrla aparılır: anlam-bilik-tətbiq-təhlil-yaradıcılıq-qiymətləndirmə.
Konstruktiv mühitin tətbiqi təhsilə nə kimi yeniliklər gətirə bilər:
- Fənn bilikləri tamlıq və qeyri səlis modelləşdiriləcək. Bu modeldə üfüqi yerləşdirilən biliklər tamlıq bir bilik sxemi yaradır. Bu tamlıq sxemi biliklərin genetik proqramı adlandırılır. Bu tamlıq sxemində çalışan şagirdlər öz biliklərini tam bir sxemdə quracaqlar . Və bu sxemin dərinliyi hər bir fərdin daxili qüvvəsindən asılıdır. Bununla yanaşı bu mühitdə təlimlənən hər bir şagird dövlət təhsil standartlarında müvəffəq olur. Fənn biliklərinin tamlıq və qeyri səlis modelləşdirilməsi təlim müddətini 20-30 %azaldır.
- Konstruktiv təlim prosesində şagirdlər öyrənib yadda saxlamaq fəaliyyətində olmurlar. Onlar bu prosesdə biliklər üzərində əqli əməliyyatlar apararaq, yüksək təfəkkür bacarığına yiyələnib öyrənmə yollarını öyrənirlər.
- Bu prosesdə yaddaş məktəbindən təfəkkür məktəbinə kecid olur. Çox tipli təfəkkür bacarıqları yaranır.
- Kooperativ fəaliyyət şagirdlərdə məsuluyyətli olmaq, komandada birgə calışmaq, biliklərlə paylaşmaq, qarşılıqlı əməkdaşlıq, yeniliyi qəbul etmək və s. kimi sosial və intellektual bacarıqları inkişaf edir.
- Qiymətləndirmə meyyarlarını anlam-bilik-tətbiq-təhlil-yaradıcılıq-qiymətləndirmə kimi şaxələnməsi hər bir şagirdin idrakı və emosional inkişafının real bir görüntüsünü almağa imkan verməklə onun korreksiyası üçündə böyük bir vasitə ola bilər.
Baxış: 2133