Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

Funksiyanın təyin oblastı və qiymətlər çoxluğunun tapılması.

Göygöl rayonu Üçtəpə kənd orta məktəbini

riyaziyyat və informatika müəllimi.

Quliyeva Nurlan

Funksiya mövzusuna orta məktəb proqramında geniş yer verilir. Demək olar ki, bütün siniflərdə müəyyən həcmdə tədris olunur. Riyaziyyatın maraqlı, lakin , ağır bölmələrindən biridir. Konstruktivizm nəzəriyyəsinin öyrənmədə mühüm rol oynadığını nəzərə alaraq konstruktiv təlim prinsiplərinə əsasən dərs hazırladım. İnteraktiv-qarşılıqlı aktiv metodla “Funksiyanın təyin oblastı və qiymətlər çoxluğu” nun tapılması mövzusunu x sinifdə tədris etdim.
Riyaziyyat əqlin inkişafında mühüm rol oynadığından beynin məşqidir və konstruktiv nəzəriyyədə özünü doğruldur. Mövzunu anlayıb başa düşmək, onu biliyə çevirərək tapşırıqları həll etmək üçün güclü təsəvvürə malik olmaq, xəyalında canlandırdığın obyekt haqqında mühakimə yürütmək, faktları dəqiqləşdirib mövzuya tətbiq etmək lazımdır. Dərsin axtarış adlanan ilk hissəsində funksiyanın təyin oblastı və qiymətlər çoxluğunu tapılmaq üçün funksiya haqqında olan bütün məlumatları araşdırırıq. Dərsin 20 dəqiqəsi müzakirələrə sərf olunur.
Riyaziyyat fənni öz daxilində idraka əsaslanan elmdir, onun özülü qədimdən yaradıcılıq üzərində qurulub. Şagirdlərin araşdırmaq, yaratmaq, təhlil etmək kimi yaradıcılıq qabiliyyətlərinə əsaslanaraq araşdırmanı sual-cavab üstündə qururam.
Öncədən dərsin dizaynını cəkərək hansı sualları və tapşırıqları verəcəyimi müəyyən etmişdim. Sinifi komandalara böləndən sonra komandalarla işə başladım.
Dərsin axtarış elementi ilə başlayan birinci hissəsində qarşıya qoyduğum məqsəd, şagirdlərin funksiya haqqında biliklərini ortaya çıxartmaq və onları inkişaf etdirərək müxtəlif funksiyaların təyin oblastını və qiymətlər çoxlugunu tapmaq idi.
İlk sualım belə oldu.
Sual: Funksiya nədir?
Cavablar: Kəmiyyətlər arasında asılılıqdır.
Kəmiyyətin birinin dəyişməsi ilə o biri də dəyişir.
Funsiya ifadə etdiyi obyektlərin dəyışməsini göstərir.
Funksiya sərbəst dəyışənə görə dəyişir.
Sual: Təbiətdə asılı kəmiyyətlərə aid misallar göstərin.
Cavablar: Suyun artması yağıntıdan asılıdır.
Qaynama temreparurdan asılıdır.
Zəlzələlər textonik hərəkətlərdən asılıdır.
Quraqlıq havaların isti keçməsindən asılıdır.
Yuxarıdakı fikirləri ümumiləşdirərək şagirdlər funksiya haqqında aşağıdakı nəticəyə gəlirlər.
Funksiya iki dəyişən kəmiyyət arasında asılılıqdır.
Kəmiyyətlərdən biri sərbəst, digəri asılı dəyişir.
Sərbəst dəyişənin hər bir qiymətinə asılı dəyişənin yeganə qiyməti uygun gəlir.
Müəllimin şərhi:
Sərbəst dəyişənin-arqumentin aldığı qiymətlər çoxluğu funksiyanın təyin oblastıdır. D(f) kimi işarə olunur.
Asılı dəyişənin-funksiyanın tapılmış qiymətləri funksiyanın qiymətlər çoxluğudur. E(f) kimi işarə olunur.
Sual: Bir neçə funksiya yazın.
Cavablar: y = 2x + 5, y = 4 – x, f(x) = 7x – ½, f(x) = √x-5, y = x2, f(x) = 5/x-9
Sual: y = kx + b ( k və b ədədlərdi) funksiyası haqqında nə deyə bilərsiniz?
Cavablar:
Xətti funksiyadır, sərbəst dəyişənin dərəcəsi vahiddir.
Qrafiki düz xətdir.
Sərbəst dəyişən istənilən qiyməti ala bilər. D(f) = R
Asılı dəyişən istənilən qiyməti ala bilər. E(f) = R
x -1 0 1 4
2x + 5 3 5 7 9

Tapşırıq: f(x) = √x-5 funksiyanın təyin oblastını və qiymətlər çoxluğunu tapın.
Həlli: 1) x-5 ≥ 0, x ≥ 5
D(f) = [ 5, ∞ ), E(f) = R
Tapşırıq: f(x) = 5/x-9 funksiyanın təyin oblastını və qiymətlər çoxluğunu tapın.
Həlli: Funksiya x – in məxrəci sıfra cevirən qiymətində təyin olunmayıb. 9 məxrəci sıfra çevirir.
D(f) = (-∞, 9) U (9, ∞), E(f) = R
Sual: Kvadrat funksiyalar haqqında nə deyə bilərsiniz?
Cavab: Funksiyanın təyin oblastı bütün həqiqi ədədlər çoxluğudur.
D(f) = R
Qiymətlər çoxluğu müsbət həqiqi ədədlər çoxluğudur.
E(f) = (0, ∞)
Araşdırmanı dərslikdəki çalışmaları həll etməklə davam etdiririk. Xüsusi hallarla rastlaşırıq.
y = (x – 1)/( x2 + 4)
y = √ x2 + 3
Müəllümin şərhi: Verilmiş hallarda kəsr sıfra, kökaltı ifadə mənfiyə çevrilmir. Arqument həmişə müsbət olur-kvadrat olduğuna görə.
Dərsin “ Təsəvvürlərin əks olunması” hissəsində şagirdlər komandaların işçi vərəqlərində tərtib olunmuş misalları həll edirlər. Dərsin 7-10 dəqiqəsi bu mərhələyə sərf olunur.
Komandalarin işci vərəqlərindən birinin nümünəsi:
Komanda 1.
Funksiyanın qrafiki nədir?
Tərs mütənasib və düz mütənasib asılılığı necə başa düşürsünüz?
Funksiyanın təyin oblastı nədir?
y = √x-8 funksiyasının qrafikini qurun
y = √(3 – 1/x) funksiyanın təyin oblastını tapın.
Şagirdlər işçi vərəqlərində olan tapşırıqları yerinə yetirdikdən sonra hər komandadan bir seçilmiş şagird işi təqdim etdi. 10 dəqiqəlik təqdimat komandaların üzvləri və müəllim tərəfindən qiymətləndirildi. Səhvlər araşdırılaraq düzəldildi.
Konstruktiv təlimlə qurulmuş riyaziyyat dərsində funksiyalar haqqındakı biliklər genişləndi, müxtəlif funksiyaların təyin oblastı və qiymətlər çoxluğu tapıldı.

Baxış: 50792

Leave a Reply

You must be logged in to post a comment.

Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe