Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

Azərbaycan-Türkiyə müəllimlərinin beynəlxalq treninqi

imeg5

 

Trabzonda  Morfo Gelişim Akademisi  və Özəl «İdrak məktəbi»nin   təşkilatçılığı ilə “Lider və innovativ müəllim” beynəlxalq treninqi keçiriləcək. Treninqi  Azərbaycandan- dünyanın tanınmış 50 lider texnoloqlarından biri olan , Konstruktiv təlim mərkəzinin yaradıcısı Fatma xanım Bunyatova , Türkiyədən — Morfo Gelişim Akademisi qurucusu , Read the rest of this entry »

Baxış: 2274

Təlim strategiyaları və pedaqoji texnologiyalar

Fatma xanım Bunyatova

Presentation1Strategiya” yunan mənşəli sözdür  ( “sərgərdənin incəsənəti” )  və  təhsildə  təlim strategiyası  anlamı “ öyrədənin öyrəncinin qarşısna qoyulan məqsədə çatmaq üçün öyrətmə metod və usullardan istifadəsidir” deməkdir.

Təlim strategiyaları özündə təhsilin bütün komponentlərini ehtiva edir. Bununla bərabər bu komponentlərin hər biri dövlətin mədəni,  siyasi və ictimai reallığı ilə bağlıdır.

Təhsil prosesində  təlim strategiyasının vacibliyi ondan ibarətdir ki  o   asan metod və usullarla  öyrənçilərə öyrənməyə imkan yaradır.  Təlim strategiyasının vacib amillərindən biri də interaktiv  və ənənəvi təlim mühitində, mümkün olan zaman strategiyaların birlikdə istifadə edilməsidir. Təlim strategiyalarına inteqrativ yanaşma  təlimin keyfiyyətini və öyrənçilərin müvəffəqiyyətlərinin artmasına gətirib çıxarır. Read the rest of this entry »

Baxış: 41569

GENOCİDE

1622836_753694621330858_583969421_n

Baxış: 1373

Konstruktiv yanaşma ilə interaktiv təlimlə Ədəbiyyat fənnindən qurulan dərs nümunəsi .

 

Fatma xanım Bunyatova 

Ədəbiyyat  V sinif (A.Süleymanova  və b.)

Mövzu: “Müəllimin arzusu”

  slyd


Konstruktiv   yanaşma  ilə  interaktiv dərs  iki  hissəli  dərsdir. Dərsin birinci hissəsi üç mərhələdən ibarətdir. Hər mərhələdə görülən iş sonrakı mərhələ ilə əlaqəli olduğu üçün şagirdlər silsiləli təlim  və əqli fəaliyyətdə olurlar. Şagirdlər 4 nəfərdən ibarət komandalarda təlim fəaliyyətində olurlar

Standart  1.1.1.; 1.1.2; 1.1.3; 1.2.4; 2.1.1.; 2.2.1.;

 

Məqsəd :

— şagirdlərin    arzu   haqqında   anlamlarını   üzə   çıxartmaq   və   onu genişləndirmək;

-mətnə   sual   qoymaq,   suala   ətraflı  cavab   vermək,  ifadəli  oxu  bacarıqlarını   inkşaf    etdirmək;

— şagirdlərin   cütlükdə   və    komadada    qarşılıqlı   müzakirə   bacarıqlarını inkişaf   etdirmək;

Təlim  fəaliyyətləri:  cütlükdə   oxu ;  cütlükdə   müzakirə ;  komandada müzakirə; Read the rest of this entry »

Baxış: 7830

YENİ TƏLİM TEXNOLOGİYALARI – Konstruktiv yanaşma ilə interaktiv dərs.

Svetlana Əliyeva

Xızı rayonu Giləzi kənd tam orta məktəin  ibtidai sinif müəllimisvet

a.svetlana@box.az

 

Müasir dərsi layihələşdirərkən calışıram  ki, yeni pedaqoji texnologiyalardan və İKT-dən istifadə edim. Bu inteqrativ yanaşmada  bir çox   və  eyni zamanda müxtəlif  sayda texnoloji proqramları təlim   texnologiyaları   ilə   sintez   edərək   yeni   kontekstdə istifadə etmək  bir   pedaqoq    kimi   müəllimdən yüksək bilik və bacarıq tələb edir. Bu bacarıqlara yiyələnmək üçün daima   öz    üzərində    işləməli ,  müxtəlif   treninqlərdən,  kurslardan keçərək öz biliklərimi  artırmalıyam.

XXI  əsrin  texnologiyalar  əsri  olması   təhsilimizə  bir  çox  yeniliklər gətirdi.  Azərbaycan Respublikasının  “Təhsil Sahəsindiə İslahatlar Proqramı “ çərçivəsində Təhsil Nazirliyi tərəfindən aparılan treninqlər və digər təşkilatların  bu sahədə apardıqları iş   biz   müəllimlərə yardımçı olmuşdur. Read the rest of this entry »

Baxış: 4264

«Liderlik, innovativ müəllim və innovativ dərs» treninqi

Fevral  ayının 15-i  İrşad otelin Konfrans  zalında   “Azərbaycan- Türkiyə Yeni ortaq Eğitim Sistemi  -YOES” layihəsi çərçivəsində  “Liderlik, innovativ  müəllim və innovativ dərs”  mövzusunda   növbəti  treniniqimiz keçirildi.  Treninqi  Türkiyədən- Morfo Akademisinin Yaradıcısı, Eğitmen,  Koç   Arzu  Aktaş və  Özəl “İdrak məktəbi”nin  direktoru ,  Konstruktiv   Təlim Mərkəzinin  yaradıcısı Fatma  xanım Bunyatova apardı.  Treninqdə  Bakı  şəhərinin  müəllimləri  ilə  bərabər   Təhsil  Nazirinin müşaviri  Ağababa İbrahimov  iştirak edirdi.

Treninqdə  liderlik  keyfiyyətləri  hansılardır  və  ona  hansı  yollarla  yiyələnməyi    göstərən Arzu  xanımdan  sonra,   Fatma  xanım  bu  keyfiyyətləri  sinif  otağında  şagirdlərdə  necə  yaradılmasını,  hansı təlim  və  əqli  fəaliyyətlərin   formalaşmasının   əsaslarını  göstərdi.  Treninqdə  yaradılan  yeni  yanaşma ilə  dərs  modelini   ənənəvi   və  fəal təlimlə aparılan dərs modelləri  ilə  müqayisə  edən müəllimlər konstruktiv   yanaşma  ilə  interaktiv  təlimin nə qədər  sadə,  anlamlı  olduğu  ilə  bərabər,  nə qədər keyfiyyətli ,  şagirdlərə  başa  düşüləsi  və  rahat olduğunu  dərk etdilər. Read the rest of this entry »

Baxış: 1918

İnteraktiv yanaşma ilə konstruktiv təlimlə aparılan dərs modeli

Fatma xanım Bunyatova

Kök və şəkilçi 

 Azərbaycan dili 3-çü sinif. R. İsmayılıov və b.

 

1425656_687795381253361_2122322424_nDərsin məqsədi: 

şagirdlərin kök və  şəkilçi anlamlarını üzə çıxardaraq inkişaf etdirmək;

şagirdlərin yazılı və şifahi nitqlərini qaydalı nizamlamaq;

komandada qarşılıqlı əməkdaşlıq vərdişlərini formalaşdırmaq.

 

“Kök və şəkilçi” mövzusu şagirdlərə  II sinifdən  tanışdır. Dərsin əsas məqsədlərindən biri şagirdlərin “kök” və “şəkilci” anlamlarını üzə cıxartmaq, onları inkişaf etdirərək, hər bir şagirdə onu öz  şəxsi biliklərinə  cevirməyə şərait yaratmaqdır.. Öncə onu qeyd etmək istərdik  ki, müəlliflər tərəfindən  dərs ardıcıllığında mövzunun yeri düzgün secilməyibdir.  Mövzünün  bilik sisteminin tamlığında  yeri  hecadan, sözdən sonra olmalı idi. Sistemli xətt üzrə biliklər məntiqi ardıcıllıqla bu yöndə öyrənməli idilər: səs- hərf-heca-söz- sözün kökü- sözün şəkilcisi — eynimənalı və yaxınmənalı- əksmənalı- çox mənalı sözlər. Bu halda biliklərin bir-biri ilə bağlılığı, assosiativliyi yaranır. Read the rest of this entry »

Baxış: 5491

New Strategy of The Distance Education

                                      Fatma Khanim Bunyatova ( fatmaxanum@rambler.ru )

                                                                  Intellect School, Baku, Azerbaijan

                                       Gulbala Salamov ( gulbala.salamov@metu.edu.tr )

                                      Department of Computer Education & Instructional Technology,

                                                                       METU, Ankara, Turkey

1378346_10202178100234719_159918342_nAbstract: This article is dedicated to new strategy of distance education. The article deals with the possibilities of ICT (Information and Communication Technologies) in teaching specially distance education. In the article, ICT technological tools and their methods of application in educational process are looked over; discrepancy of intellectual approaches of technologies with methods and ways of teaching is found out. It is offered to change education strategy to improve quality of distance training. New strategy of education contains three main directions: Formal-logical and Fuzzy Logics modeling of knowledge; cognitive approach in training and new criteria of evaluation of students’ knowledge.

 

Keywords: distance education; Formal-Logical model of knowledge; Fuzzy Logics model of knowledge; structures of knowledge; invariant and variable knowledge; set element; universal set; linguistic variable;

 Information and communication technologies are widely applied in education. Technical means of ICT formed new directions in training as e-learning, m-learning, on-line learning, distance education. One of these directions — distance education, appeared on the basis of the correspondence Read the rest of this entry »

Baxış: 1306

    Başın sağ olsun VƏTƏN!

загруженное

Baxış: 1136

20 Yanvar Unutmadıq ! Unutmayacağıq !

Elcan Iskenderli Türkiyə, Ankara Hacəttəpə universitetinin tələbəsi

1604380_735463683153952_818731757_n20 Yanvar Unutmadıq ! Unutmayacağıq !
Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən iyirmi dörd il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

Baxış: 1259
Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe