Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

Digital school — Цифровая школа

Fatma xanım Bünyatova, Aynur Bünyatova

«Digital school -Цифрова школа» məruzəsi üçün buraya tıqlayın.

Baxış: 3245

Digital school- Цифровая школа

Fatma xanım Bünyatova, Aynur Bünyatova

«AICT 3 rd IEEE International Conference
Azerbaijan, Baku 14-16 october 2009 Digital school- Цифровая школа» məruzəsinin təqdimatı. Təqdimatı izləmək üçün buraya tıqlayın.

Baxış: 1424

«İlin ən yaxşı müəllim müsabiqəsi» — 2008-2009

«İlin ən yaxşı müəllim müsabiqəsi» — 2008-2009. 7 saylı pilot məktəbin ibtidai sinif müəllimi Telli Şabanovanın təqdimatı. Təqdimatı izləmək üçün buraya tıqlayın.

Baxış: 2166

Müəllimdən müəllimə

2. Təfəkkürün inkişafı və Əbdül Əlizadənin “İdrak prosesləri və hisslər” (psixopedaqoji məsələlər) Bakı-2006

kitabından incilər və şərhlər

Fatma xanım Bünyatova

Müasir təhsil konsepsiyası təfəkkürün inkişafını şagirdlərin əqli inkişafının başlıca məqsədi sayır. (səh.82)

Təfəkkür hafizədən və təxəyüldən aşağıdakı xüsusiyyətlərlə fərqlənir.

Onun bəzi xüsusiyyətləri:

  • Sosial cəhətdən şərtlənir;
  • Bilavasitə nitqlə bağlıdır;
  • Mühüm olanın (mahiyyətinin) axtarılması və kəşfi prosesidir;
  • Gerçəkliyin analiz və sintez yolu ilə vasitəli və ümumiləşmiş inkişaf prosesidir.(səh.82) Read the rest of this entry »
Baxış: 3910

Yay məktəbi — Summer school

Baxış: 1647

Montessori-pre school group

Baxış: 1431

Montessori-pre school groupe

Baxış: 1936

Müəllimdən müəllimə

1. Halva halva deməklə…..

Fatma xanım  Bünyatova

Azərbaycan Respubluikasının Təhsil İslahıtı programı çərçivəsində təhsil standartı olan Milli Kurikulumun strategiyası yeni məzmunlu təhsilin, şagird yönümlüyünə, şagird təfəkkürünün inkişafına istiqamətlənibdir. Təhsil islahatı, təhsilin ümumən, hər bir sahəsinə toxunur və belə demək mümkünsə əsrin “pedaqoji çevrilişinə” bənzəyir və sözsüz ki, bu həm önəmli, həm də məsuliyyətli bir prosesdir, dövlətin olduğu kimi cəmiyyətin də bu prosesdə seyirci kimi yox, fəal iştirakı labüddür. Read the rest of this entry »

Baxış: 4462

Konstruktiv təlimin təyini və fəlsəfəsi, mahiyyəti, məqsədi və formulu

Konstruktiv təlim şagird təfəkkürünün yardımı ilə qazanılmış, qazanılmaqda olan və qazanılacaq yeni biliklərin bütövlüyü deməkdir.

  Konstruktiv təlim yaradıcı, səciyyəli əməliyyat təlimidir.Bu təlimdə şagirdlər öz daxili duyğu və idrak səviyyələrindən çıxış etməklə, bilikləri üzərində apardıqları məntiqi əməliyyat nəticəsində yeni bilik qazanaraq yaradıcı olurlar.Həmin yaradıcılıq həm fərdi, həm də kooperativ (yəni birgə fəaliyyət) xarakteri daşıyır. Yəni bu yaradıcılıq uşağın-şagirdin fərdi, yaxud qrup halındakı işindən, fəaliyyətindən asılıdır. Sətirlərin müəllifinin konstruktiv təlim fəlsəfəsi amerikalı alim Cerom Brunerin konstruktivizm fəlsəfəsi ilə səsləşir. Qeyd etmək lazımdır ki, C. Brunerin konstruktivizm təlimində fərd öz şəxsi dərkinin nəticəsini, cəmiyyətin əvvəlcədən əldə etdiyi təcrübələrlə əlaqələndirməyə və əsaslandırmağa çalışaraq yeni bilik qazanır.Bünyatovanın konstruktiv təlim fəlsəfəsi həm də Şərq-Qərb təlim sisteminin sintezində ehtiva olunur. Bu təlim fəlsəfəsi hissədən tama, yaxud da tamdan hissəyə çıxmağa, şagirdlərin əldə olunmuş bilikləri ilə yeni qazanılacaq biliklərin birləşməsinə, qovuşmasına əsaslanır. Bu da öz növbəsində şagird biliyinin tamlıq sxemini yaradır. Read the rest of this entry »

Baxış: 23614

Müəllif texnologiyası. Bünyatovanın konstruktiv təlimi haqqında. Yelena ANTİPİNA, Pedaqoji elmlər namizədi, dosent, Ukrayna, Simferopol

 1. Əsaslandırma

XXI əsr – şəxsiyyətin intellekt, yaradıcılıq, fərdilik, toleranlıq əsridir. Bizim cəmiyyətin demokratikləşməsi, şəxsiyyətin vətəndaş kimi formalaşması şəxsiyyətin inkişaf səviyyəsindən, yaradıcı təfəkküründən asılıdır. Təkmilləşdirilmiş, əsas etibarilə yaddaşın imkanlarına əsaslanan ekstensiv, informativ təhsil sistemi müasir məktəbin, təhsil sisteminin tələblərinə bütövlükdə cavab verə bilməz. Read the rest of this entry »

Baxış: 4263
Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe