Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

Hilalə Nəsibovanın konstruktiv təlimlə keçdiyi biologiya dərsləri. Müəllim şərhi. Bakı şəhəri Nərimanov rayonu 225 saylı orta məktəbin təlim tərbiyə üzrə direktor müavini.

Bunyatovanın konstruktiv təlim mərkəzində iki treninq kecdikdən sonra mən dərslərimi tədricən bu üsulla qurmağa başladım. Bir neçə müddətdən sonra bu üsullardan istifadə edərək IX sinifdə biologiyadan «Qan dövranının təkamülü, əhəmiyyəti. Limfa dövranı» mövzusunda nümayiş dərsi keçmək üçün öncə onu layihələşdirməli idim. Layihə nə deməkdir? Bunu mən necə başa düşürəm? Orta məktəbdə işlədiyim illər müddətində mən həmişə hər bir dərsə hazırlaşıb dərsin planını tuturdum. Read the rest of this entry »

Baxış: 20233

«Kurikulum mərkəzində» «Konstruktiv təlim və nanopsixopedaqoqikanın perspektivləri» mövzusunda seminar

1 mart 2010-cu il tarixdə “Kurikulum mərkəzində” “Konstruktiv təlim və nanopsixopedaqoqikanın perspektivləri” mövzusunda seminar keçirilmişdir. Seminarı “Təhsil Problemlər İnstitutunun”direktoru akademik Abdulla Mehrabov giriş sözü ilə açaraq, seminarın interaktiv təlim olan “Konstruktiv təlim və nanopsixopedaqoqikanın perspektivləri” mövzusuna həsr olunduğunu bildirdi. Akademik Abdulla Mehrabov müzakirəyə çıxarılan məruzənin aktuallığını qeyd edərək, psixopedaqoqikanın yeni bir anlamını, yeni bir nano baxışını vurğulayaraq bu gün elmə nanonun gətirdiyi inkişafı pedaqoqika və psixologiya da gətirəcəyinə əmin olduğunu bildirdi və məruzə üçün sözü “İdrak məktəbi”nin direktoru Fatma xanım Bünyatovaya verdi. Read the rest of this entry »

Baxış: 3605

Şagird qəbulu

Baxış: 5863

Düşünərək öyrənirik

Qəmbərova Gülnarə, Bakı şəhəri Nərimanov rayonu 212 № li məktəbin ibtidai sinif müəllimi

Bu gün müstəqil Azərbaycanın inkişafı yolunda quruculuq işləri gedir. Bu inkişaf Azərbaycan təhsil sistemində də özünü göstərməkdədir. Ölkəmizdə aparılan təhsil islahatları və əsasən Azərbaycan Respublikasının ümumi təhsilin konsepsiyası ”Milli Kurrikulum”un hazırlanması və həyata keçirilməsi buna əyani sübutdur. Milli Kurrikulum milli və ümumbəşəri dəyərlərin əsasında, ümumi inkişafı, meyl və maraqları nəzərə almaqla şagirdlərə özünün inkişafına şərait yaradır. Read the rest of this entry »

Baxış: 13920

Aişə Namazova: «Xəzər uşaqların gözü ilə» mövzusunda layihə dərsi

Proyekt üsullu dərs ənənəvi təhsil sisteminə alternativ bir dərs üsuludur. Proekti həyata keçirərkən aşağıdakıları nəzərə almaq lazımdır:

  1. Şagirdlərin axtarıcı fəaliyyətə qoşulmasını təmin etmək.
  2. Lazımi mənbələrdən müstəqil məlumat toplamaq.
  3. Qazanılmış bilikləri öz bilikləri ilə və real vəziyyətlə müqayisə edib, şagirdlərin mənimsədikləri bilikləri analiz və sintez edərək təqdim etmək.Bu üsulda dərs keçmək üçün mən uşaqların qarşısında qoyduğum problemin mövzusunu «Xəzər uşaqların gözü ilə». Əgər «Xəzərin suyu artarsa Bakının aqibəti necə olar?» sualını elan etdim. Read the rest of this entry »
Baxış: 3783

Konstruktiv təlim: mahiyyət, prinsip, vəzifələr və dərslərdən nümunələr

Yaradıcı müəllim Fatma xanım Bünyatovanın bu kitabına konstruktiv təlimlə bağlı fikirlərini əks etdirən məqalələr daxildir. Birinci fəsildə müəllif interaktiv texnologiyanı ənənəvi pedaqogikanın alternativi kimi dəyərləndirir, interaktiv texnologiyanın istiqamətlərini və yeni texnologiyalara verilən tələbləri şərh etmişdir. İkinci fəsildə konstruktiv təlimin fəlsəfəsi, mahiyyəti və məqsədi açıqlanmış, elmi əsasları və prinsipləri təhlil olunmuşdur. Bu təlimlə işləyən müəllimin və şagirdlərin rolu üçüncü fəsildə aydınlaşdırılır.

Read the rest of this entry »Baxış: 4369

Bünyatovanın Konstruktiv Təlim Mərkəzi

Biz 2001-ci ildən fəaliyyətdəyik.
Konstruktiv təlim mərkəzi “Azərbaycan Respublikasında ümumi təhsil konsepsiyası (Milli Kurrikulumu)” çərçivə sənədin tələbləri əsasında təlim yolunun dəyişdirilməsi və dərsin yeni quruluşu məqsədi ilə müəllimlər üçün treninq keçirir.
Treninqlər fərdi, bir günlük tanışlıq,üç günlük və beş günlük keçirilir.Treninqlər “İdrak məktəbi”ndə və şəhər məktəblərində keçirilir.

Read the rest of this entry »Baxış: 2524

Konstruktiv və interaktiv təlimə dair kitablar

F.Bünyatova. «Konstruktiv təlim: mahiyyət, prinsip, vəzifələr və dərslərdən nümunələr» və F.Bünyatova, B.Abdulla «Təlim və tərbiyədə interaktiv texnologiyalar» kitabları satışda! Qiyməti 15 və 8 manat. Əlaqə telefonu: 012 4415806

Baxış: 2760

F.Bünyatovadan «ustad dərsi»

İdrak məktəbinin direktoru F.Bünyatova 2010-cı il yanvarın 22-də Bakı ş. 189 saylı orta məktəbin rus bölməsinin VI sinifində “Имя прилагательное” mövzusunda dərsi-İKT və Konstruktiv təlim texnologiyası əsasında “master klass”- “ustad dərsi”-vermişdir. Read the rest of this entry »

Baxış: 2310

Məktəb rəhbərlərinin və müəlimlərin diqqətinə

Bu yol ayrı bir yoldur. Bu yol təfəkkür yoludu

“İdrak məktəbi”nin Konstruktiv təlim mərkəzi “İlin müəllimi-2010” müsabiqəsində iştirak etmək istəyən müəllimlər üçün trening keçirir. Treninq dekabr, yanvar, fevral, mart ayında həftənin 3 və 5 günləri- 4 saat (cəmi 32 s.) keçiriləcəkdi. Read the rest of this entry »

Baxış: 13738

Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe