«Öyrətmədən öyrənməyə keçid” kitabından.
Ön söz əvəzi
Yuliya Kərimova
Bakı ş. T.Həsənov adına 23 №-li eksperimental məktəbin sabiq direktoru.
Gördüyünüz bu kitab ölkəmizdə düşünülmüş yeni nəzəri yanaşmanın ilk təqdimatıdır və eyni zamanda yeni yanaşmanın təcrübədə tətbiqinin nümunələridir.
Fatma xanım Bunyatova Jan Piajenin koqnitiv tamlıq nəzəriyyəsini və Lütfizadənin “fuzzy logic”, yəni “qeyri-səlis məntiq” nəzəriyyəsini birlǝşdirərək pedaqoji ictimaiyyətin diqqətinə maraqlı bir yanaşma təqdim edir. Yeni yanaşmanın təklif etdiyi iki əsas məsələsi çox vacibdir. Birinci məsələ fənn kurikulumların yenidən nəzərdən keçirilməsi və fərqli strukturlaşdırılmasından ibarətdir. Praktik pedaqoqlar və metodistlər bilirlər ki, fənn kurikulumların tədris proqramlarında uyğunsuzluqlara və boşluqlara rast gəlmək olar. Fatma xanımın yeni nəzəri yanaşması bu uyğunsuzluqların və boşluqların aradan qaldırılması üçün zəmin yaradır və alternativ tədris proqramını təklif edir. Hazırkı kitabda ibtidai siniflərdə tətbiq olunan müasir Azərbaycan dili və Riyaziyyat fənlərinin tədris proqramlarının yeni strukturları təklif edilir.
İkinci məsələ odur ki, təqdim olunan yeni sturktura görə qurulmuş iki fənnin tədris proqramları üzrə dərs nümunələri təqdim olunur. Nəzəri yanaşma təcrübədən keçirilmiş, təhlil olunmuş, dərs planları və gedişatı diqqətinizə təqdim olunur. Dərslər 23 №-li məktəbin bir qrup ibtidai sinif müəllimləri tərəfindən 2017–2018-ci tədris ili ərzində planlaşdırıldı və təşkil olundu. Müəllimlər həm dərslərin planlaşdırılmasında, həm təşkilində, həm də dərsdən sonrakı müzakirələrdə birgə işlədilər. Müəllimlər birgə iş, əməkdaşlıq, fikir mübadiləsi, konstruktiv müzakirələr və qarşılıqlı əks-əlaqə kimi strategiyalar üzərində işlərini qurdular və beləliklə, peşəkar inkişafında ən uğurlu sayılan təcrübələrə yiyələndilər. Bu da onların peşəkarlıqlarının inkişafına böyük təkan vermiş oldu. Bilirik ki, inkişaf sərhədsizdir, onun üçün hər yerdə və hər insanda ehtiyac var.
Ölkəmizdə yaradılan pedaqoji ədəbiyyatda böyük boşluqlardan biri odur ki, biz öyrənmə və öyrətmə proseslərini mexanizmlərini izah etmirik. Bu problemi başqa sözlərlə desək, “şagird necə öyrənir?” sualı bizim ədəbiyyatda qoyulmur və cavab verilmir. Ədəbiyyatda müxtəlif öyrətmə yolları: təlim metod və üsulları barədə məlumat verilir, amma hər hansı öyrətmə üsulun məhsuldarlığı və effektivliyi müzakirə olunmur, müəlliflər nədən məhz bu üsulu tövsiyə etdikləri barədə danışmır, müəlliflər, sanki fərz edirlər ki, bütün üsullar öyrənməyə gətirib çıxarır.
İngilis dilli pedaqoji ədəbiyyata nəzər salsaq, görərik ki, “şagird necǝ öyrənir?” sualı ən vacib suallardan biridir, “bu üsulun məhsuldarlığını, effektivliyini mən necə ölçə bilərəm” kimi suallar daim diqqət mərkəzindədir. Əlinizdəki bu kitabda Fatma xanım Bunyatova özünəməxsus tərzdə iki böyük nəzəriyyənin dillərindən istifadə edərək, yaratdığı yeni yanaşma müstəvisində “şagird necə öyrənir» sualına cavab verməyə çalışır və şagirdin öyrənməsi üçün ən effektiv yollarını təqdim edir.
Bu kitab həm praktik pedaqoq və metodistlərə, həm pedaqogikanı tədris edən müəllimlərə, həm də tədqiqatçılara maraqlı olmalıdır, çünki burada təhsilimiz üçün yeni suallar qoyulur və bu suallara bir düzgün cavab yoxdur.
Öyrətmədən öyrənməyə keçid
Fatma xanım Bunyatova

Öyrətmədən öyrənməyə keçid” kitabı müəllif tərəfindən hazırlanmış və müəllimlərin ənənəvi «öyrədən» rolundan şagirdin müstəqil öyrənməsini təşkil edən müəllimin yeni roluna keçidini izah edən elmi-metodik vəsaitdir. Kitab, Bakı şəhəri T. Həsənov adına 23 nömrəli tam orta eksperimental məktəbində həyata keçirilmiş «Öyrətmədən öyrənməyə keçid» layihəsinin nəticələrini ümumiləşdirir.
Kitabın əsas ideyası ondan ibarətdir ki, təhsilin mərkəzində müəllim deyil, öyrənən dayanmalıdır. Müəllimin vəzifəsi hazır bilik vermək deyil, şagirdin düşünməsini, araşdırmasını və biliyi özü qurmasını təşkil etməkdir.
Kitabın əsas mövzuları bunlardır:
- Konstruktiv təlim modeli. Şagird biliyi passiv qəbul etmir, fəaliyyət prosesində özü qurur.
- Müəllimin yeni rolu. Müəllim məlumat ötürən deyil, öyrənmə prosesinin təşkilatçısı, m0entor və fasilitatordur.
- Şagird təfəkkürünün inkişafı. Məqsəd yalnız faktların mənimsənilməsi deyil, analiz, müqayisə, ümumiləşdirmə və yaradıcı düşüncənin formalaşdırılmasıdır.
- Yeni dərs modeli. Kitabda Azərbaycan dili və riyaziyyat fənləri üzrə nümunə dərslər, fəaliyyətlər və müəllim üçün praktik tövsiyələr təqdim olunur.
- Qiymətləndirmənin yeni prinsipləri. Şagirdin yalnız nəticəsi deyil, öyrənmə prosesi, düşünmə strategiyaları və sosial bacarıqları da qiymətləndirilir.
Kitabın nəzəri əsasını bir neçə mühüm elmi istiqamət təşkil edir:
- Jean Piaget – idrak inkişafı və koqnitiv konstruktivizm;
- Benjamin Bloom – idrak taksonomiyası;
- Howard Gardner – çoxşaxəli zəka nəzəriyyəsi;
- Lotfi A. Zadeh – qeyri-səlis məntiq prinsipləri.
Kitabın fərqləndirici cəhəti
Bu kitab yalnız konstruktivizmin nəzəri izahını vermir. O, həmin nəzəriyyəni Azərbaycan məktəbi üçün praktik texnologiyaya çevirir. Kitabda:
- müəllim hazırlığı sistemi;
- treninqlərin təşkili;
- açıq dərslərin aparılması;
- mentorluq mexanizmi;
- yeni proqram quruluşu;
- təfəkkürün inkişafını ölçən meyarlar ətraflı təsvir edilir.
Kitab fəsillərlə təhlil edilərək saytda yerləşdirilməsi nəzərdə tutulur.
Layihə dərsi şagirdlərdə hansı təfəkkür vərdişlərini yaradaraq inkişaf etdirir?
Fatma xanım Bunyatova.
Bu günlərdə saytda maraqlı bir statistik məlumata rast gəldim. 2007 ci ildə çap etdirdiyim “Konstruktiv təlim: mahiyyət, prinsip və dərsdən nümünələr” kitabından saytda bir biologiya dərsi paylaşmışdım. Statiskaya görə Bakı ş. 225 li məktəbdə dərs hissə müdiri kimi çalışan H. Nəsibovanın «Hilalə Nəsibovanın konstruktiv təlimlə keçdiyi biologiya dərsləri. Müəllim şərhi» yazısına 20213 dəfə baxılıbdır. Bu maraqı nəzərə alaraq həmin kitabdan «İdrak məktəbinin» biologiya müəllimi Aişə Namazovanın «Xəzər uşaqların gözü ilə» mövzusunda layihə dərsini sizə təqdim edirəm
Aişə Namazova: İdrak məktəbinin biologiya müəllimi «Xəzər uşaqların gözü ilə» mövzusunda layihə dərsi.
Layihə (proyekt) üsullu dərs ənənəvi təhsil sisteminə alternativ bir dərs üsuludur. Proyekti həyata keçirərkən aşagıdakıları nəzərə almaq lazımdır:
1.Şagirdlərin axtarıcı fəaliyyətə qoşulmasını təmin etmək.
2.Lazımi mənbələrdən müstəqil məlumat toplamaq.
3.Qazanılmış bilikləri öz bilikləri ilə və real vəziyyətlə müqayisə edib, şagirdlərin mənimsədikləri bilikləri analiz və sintez edərək təqdim etmək.
Bu üsulda dərs keçmək üçün mən uşaqların qarşısında qoyduğum problemin mövzusunu «Xəzər uşaqların gözü ilə». Bu üsulla dərs keçməyi nəzərdə tutanda, mən “Xəzər uşaqların gözü ilə” mövzusuna aid şagirdlərin qarşısına belə bir problem qoydum: Əgər «Xəzərin suyu artarsa Bakının aqibəti necə olar?» sualını elan etdim. Məqsədim qoyulan problemi şagirdlərlə proyekt fəaliyyətində həll etmək idi. Bu fəaliyyət özündə axtarış, yaradıcılıq, tədqiqat , təcrübəyə istiqamətləndiriciolmuşdur. Təbii ki, hər bir şagird bu fəaliyyətdə olarkən vərdiş və bacarıqlarayiyələnmiş olar. Proyekt monoproyekt olduğu üçün məktəbin bir neçə sinfinin şagirdlərinin iştiraki nəzərdə tutulmuşdur. Bu cür qarşılıqlı əlaqə onlarda bir çox sosial bacarıq və vərdişlər, yəni birlikdə iş, informasiya mubadiləsi, istiqamətləndirici iş və s. yaradır. Bu proyektə 3 saat vaxt nəzərdə tutmuşdum. Proyektin gedişini layihələşdirərkən konstruktiv təlimin bir neçə elementlərindən istifadə etməyi nəzərdə tutmuşdum:
I element. Axtarış elementi: Proyekti əhatə edən biliklərin axtarışı, tapılması vətəhlilini özündə cəmləşdirir.
II element. Toplanan biliklərin təhlili.
III element. Toplanan biliklərin başqa sahələrə aid olan biliklərlə və reallıqla əlaqəsi; bu əlaqələrdən irəli gələn fərqlərin təhlili.
IY element. Proyektin təqdimatı.
Proyektin mövzusunu şagirdlərə elan edəndən sonra onlar müxtəlif mənbələrdənməlumat toplamağa başladılar. Ədəbiyyatdan, internetdən ekologiya nazirliyinin, neft şirkətinin saytlarından əldə etdikləri bilikləri topladıqdan sonra münasib olan məlumatları seçib, «Bilik bankı» yaratdıq. Bu «Bilik bankın» ətrafında uşaqlar öz çıxışlarını qurdular. Uşaqların axtarıb topladıqları bilik real həyatı əks etdirən biliklərdir.
Bu bir növ reallığı sinfə gətirmək, bu reallığın, yəni Xəzərin əslində necə olmağını və həqiqətən necəliyini müqayisə etmək idi. Bu strukturda qurulan fəaliyyət şagirdlərdə axtarış vərdişlərinin, informasiya çoxluğundan lazım olanı seçib toplamaq vərdişini yaranmasına şərait yaradırdı.
Dərsin məqsədi: Uşaqların öyrəndiklərinin əsasında Xəzərdə ekoloji fəlakətləriyaradan səbəblər və bu səbələrin aradan qaldırılması yollarının tapılması haqqında ətraflı muzakirələr aparmaqdır. Proyekt məktəbin akt zalında keçirildi. Zalın divarları mövzuya aid olan vəsaitlərlə: uşaqların çəkdikləri eskizləri illüstrasiyalarla şəkillərlə neft buruqlarının dənizin ortasında əks olunmuş maketlə, Xəzərin bitki və heyvanat aləmini əks etdirən şəkillərlə bəzədilmişdi. Layihələşdirdiyim dərsdə toplanan bilikləri iştirakçıların ixtiyarına verilmək üçün müəyyən etaplara bölərək, divarın görünən yerindən asıldı:
I. Xəzərin yaranma tarixi .
II. Xəzərin keçmişi və bu günü.
III. Xəzəryanı dövlətlər və rayonlar.
IY. Xəzəryanı rayonların məşğuliyyəti.
Y. Xəzərə tökülən çaylar.
YI. Xəzərin təbii sərvətləri.
YII. Xəzərin heyvanat aləmi və bitki örtüyü.
YIII. Xəzərin ekologiyası.
Təqdimat mərasimində məktəbin direktoru, müəllim kollektivinin bir qismi, 3,4,5-ci sinif şagirdləri və valideyinlər iştirak edirdilər. Uşaqların proyekt haqqında ilk təəssürat alındı. Çıxışlardan bir neçəsi:
Musa: Xəzərin uzunluğu 1200 km, eni 320 km-dir. Dünyanın ən böyük gölüdürÖlçüsünə, proseslərin xarakterinə, inkişaf tarixinə görə dəniz hesab olunur. Keçmişdə Xəzərin 100-ə qədər adı olub (Bakı, Kaspi, Qürqan və Kaspi adları indi də yaşayır). Əvvəllər Xəzər dənizi Qız qalası da daxil olmaqla çox geniş sahəni əhatə edirdi.
Əli: Xəzər dənizi mühüm xalq təsərrüfatı əhəmiyyətinə malikdir. Bu dəniz qədimdən qiymətli balıqların, xüsusilə nərələrin ovlanma məkanı kimi tanınmışdı. Balıq ehtiyatını artırmaq üçün balıq yetişdirmə müəssisələrində balıq körpələri yetişdirilir və dənizə buraxılır.
Murad: Xəzər təbii neft və qaz mənbəyidir. Onun dibi çox zəngindir.. Dənizdən çıxarılan neftimiz və qazımız dünyanın bir çox yerlərinə ixrac olunur və büdcəmizi onun gəlirləri ilə zənginləşdiririk.
Səfər: Xəzər dənizi böyük nəqliyyat əhəmiyyətinə malikdir. Daxili su yolları sistemi Xəzər dənizini Azov, Qara, Ağ, Baltik dənizləri ilə birləşdirir. Ən çox neft, meşə materialı, taxıl, pambıq və s. daşınır. Əsas limanları: Bakı, Həştərxan, Mahaçqala, Krasnovodsk, Aktau, Ənzəli arasında dəniz yolları işləyir. Sualtı boru kəməri nəqli də var. Sonra uşaqlara əlavə suallar verildi:
I sual: -Nə üçün Xəzərə göl deyilir?
Cavab: Hamlet – Xəzər qapalı su hövzəsi olduğu üçün ona göl deyilir. Xəzər necə yaranıb?
Toğrul: – Çoxlu çayların suyu ora tökülüb, su çoxalıb və göl əmələ gəlib,
həm də zəlzələ nəticəsində suyun qarşısı kəsilib.
Sual: -Xəzərin indiki vəziyyəti sizi qane edirmi? Sual ətrafında müxtəlif fikirləryarandı.
Əli: — Xəzərin sahilləri keçmişdə ümumi idi. Sahillərdə çoxlu qumlar var idi. Adamlar çimir və istirahət edirdilər. İndi isə dənizin sahilləri bölünüb, ayrı-ayrı adamların əlindədir.
Musa: — Xəzərin vəziyyəti məni keçmişdə qane etmirdi, çünki Xəzərə çoxlu nefttullantıları axır, evlərin, fabrik və zavodların çirkab maddələri dənizə tökülürdü, dəniz çirklənirdi. Bu da dənizdə yaşayan balıq və digər canlıları məhv edirdi. İndi isə sahillərdə təmizlik, abadlıq işləri görülür. Bu məni qane edir.
Zaur: — Xəzər dənizinin bu günü məni qane etmir. Çünki bəzi adamlar dənizinsahillərini zibilləyirlər. Dənizin suyuna çirkli maddələrqarışır və çimmək olmur. Uşaqlar daha bir sıra suallara:
a) Xəzər keçmişdə necə olub?
b) Xəzəryanı rayonların əhalisi nə ilə məsğul olur?
c) Xəzərin hansı dövlətlərlə əlaqəsi var?
d) Xəzərin suyu nə üçün şordur və necə olur ki, bu şor suda bəzi dəniz heyvanları və bitkilər yaşaya bilir? və s. suallardan sonra uşaqlara əsas suala yönəldilir:
— Əgər Xəzərin suyu artarsa, Bakının aqibəti necə olar?
Bu suala da müxtəlif cavablar verildi.
Zaur: — Əvvəllər Xəzərin suyu Qız qalasanı dövrəyə almışdır, Kür çayının yanında bəndlər olmasa Dəli Kürün dəliliyi başlayar, Kürün ətrafındakı rayonları su basar. Xəzərin suyu da çoxalar, Bakının küçələri və adamlar suyun altında qalarlar, Bəxti gətirənlər Qız qalasının başına qalxıb sağ qalarlar. Bəxti gətirməyənlər suda boğulub məhv olarlar.
Hamlet: — Xəzərə ən çox yay aylarında su axıdılır. Çünki bu aylarda qışda dağlara yağan qarlar əriyir, dənizə tökülən çayların suyu çoxalır, dəniz yatağından çıxır. Dəniz daşsa Bakıda dənizə yaxın yerlərdə həyat məhv olar.
Aslan: — Dənizin suyu çoxalsa adamlarla birlikdə maşınlar da suyun altında qalar.
Səfər: — Əgər Xəzərin suyu həddindən çox artarsa, nəinki Bakı, həm də Xəzəryanı rayonlar və Xəzəryanı dövlətlər də ziyan çəkərlər.
Musa: — Mən düşünürəm ki, Xəzər dənizinin suyu çoxalarsa dəniz yatağından çıxar, Qız qalası və şəhərin xeyli hissəsi, o cümlədən dənizə yaxın olan qurudakı neft buruqları da suyun altında qalar. Qurudakı neft kəmərlərinə böyük zərər dəyər, neft azalar.
İqtisadiyyatımıza ziyan dəyər. Neft azalarsa qiymətlər artar. Bu da əhalinin dolanmasına mənfi təsir edər.
Ülkər: — Xəzərin suyunun yatağından çıxması dənizkənarı parkımızı məhv edər.
Bakının dənizə yaxın olan kəndləri su altında qalar. Adamlar çox əziyyət çəkərlər. Sonra şagirdlər Xəzərin suyunun çoxalmasının qarşısını alınması usulları haqqında da öz fikirlərini söylədilər. Onlar eyni zamanda bildirdilər ki Xəzər bizim təbii sərvətimizdir. Biz onu ekoloji cəhətdən də qorumalıyıq ki, dənizdə olan canlılar məhv olmasın. Dənizin suyu, qumu insanlar üçün müalicə əhəmiyyətlidir. Əgər biz Xəzərin qeydinə qalsaq, qorusaq, o da öz təbii nemətlərini bizdən və gələcək nəsillərdən əsirgəməz.
Bütün çıxışlardan, əlavə suallara verilən cavablardan məlum oldu ki, mövzu haqqında uşaqlar kifayət qədər məlumatlıdırlar. Onların hər biri qoyulmuş problemi özünəməxsus tərzdə anlamış və əsaslandırmışdır. Bu cür dərs metodu uşaqları daha dərindən düşünməyə, çoxlu əlavə məlumatlar axtarmağa , öz öyrəndiklərini sərbəst şəkildə izah etməyə alışdırır. Ənənəvi təlim metodundan fərqli olaraq proyekt üsulu ilə keçilən dərslərdə şagirdlərin bilik dairəsi genişlənir, dünyagörüşləri, həyata baxışları dəyişir. Uşaqlar qoyulmuş problemi öyrənməklə kifayətlənmədilər, onlar eyni zamanda mövzunu iqtisadiyyatla, əhalinin məşğuliyyəti ilə, ekoloqiya ilə əlaqəsi , eyni zamanda problemin aradan qaldırılması, onun qarşısının alınması üsulları haqqında da öz fikirlərini çatdırdılar. Bu üsulla apardığım dərsdə mən şagirdlərdə ənənəvi üsulla apardığım dərslərdə görmədiyim cəhətləri, yəni müstəqil fikir yürütmək və onu əsaslandırmaq, fikirləri bir- biri ilə uzlaşdırmaq, səbirli olmaq , bir-birinə kömək göstərmək, ortalığa yoldaşları tərəfindən atılan ideyanı inkişaf etdirmək kimi bacarıqları gördüm. Ümumiyyətlə, proyekt dərsi şagirdlərə informasiya axınında özü üçün lazımi bilik toplamaq və vərdişlər yaratmaq üçün yeni bir pedaqoji prosesdir.
Konstruktiv təlim:mahiyyət, prinsip, vəzifələr və dərslərdən nümunələr
Yaradıcı müəllim Fatma xanım Bünyatovanın bu kitabına konstruktiv təlimlə bağlı fikirlərini əks etdirən məqalələr daxildir. Birinci fəsildə müəllif interaktiv texnologiyanı ənənəvi pedaqogikanın alternativi kimi dəyərləndirir, interaktiv texnologiyanın istiqamətlərini və yeni texnologiyalara verilən tələbləri şərh etmişdir. İkinci fəsildə konstruktiv təlimin fəlsəfəsi, mahiyyəti və məqsədi açıqlanmış, elmi əsasları və prinsipləri təhlil olunmuşdur. Bu təlimlə işləyən müəllimin və şagirdlərin rolu üçüncü fəsildə aydınlaşdırılır. Konstruktiv təlimin prinsipləri və belə təlimlə işləyən müəllimlərin dərslərinin layihələşdirilməsi, keçirilməsi və nəzarət məsələləri sonrakı https://www.researchgate.net/publication/380397063_Fatma_xanim_Bunyatova_Konstruktiv_tlim#fullTextFileContent fəsillərdə təcrübə faktları əsasında təsvir, şərh və təhlil olunmuşdur.
Read the rest of this entry »Baxış: 1009
Bünyatovanin universal taqlari ilə təbii Azərbaycan dilinin emalı və süni dilə çevrilməsi
Fatma xanım Bunyatova
Bu məqalədə təbii Azərbaycan dilinin morfoloji cəhətdən universal taqlarla təbii və süni emalından bəhs olunur. Məqalə dörd hissədən: giriş, əsas hissə, müqayisə və nəticədən ibarətdir. Giriş hissəsində NLP inkişafının vacibliyindən, ingilis, rus və Azərbaycan dillərinin milli korpuslarının yaradılmasında istifadə edilən taqlara nəzər salınlr. Bu taqlara alternativ olaraq Bunyatovanın yeni «x1-xn və y1-yn» «x0,1-xn və y0,1-y0,n» universal taqlarının hansı zərurətdən necə və nə cür yaradılması və harada tətbiq edilməsi haqqında qısa məlumat verilmişdi. Əsas hissə 3 bölümdən ibarətdir.1. Azərbaycan dilini morfoloji səviyyədə universal x və y taqlarla taqlanmasının metodologiyası. Bu bölümdə Azərbaycan dilinin qaydalarının təsnifatı və onlara taq (kod, işarə) verilməsində Bunyatovanın universal taqlarından necə istifadə edİməsi göstərilir. Universal taqlar rəqəmlərlə indeksləndirilmiş iki riyazi işarələrindən – x və y-dən ibarətdi. 2. İsveç gsixoloqu J, Piajenin idrak nəzəriyyəsinin anlamlarına əsaslanaraq Azərbaycan dilinin tamlıq modeli (ADTM) -təbii dil modeli qurulmuşdu. Bu modeldə x1-x11-lə dilin invariantı (sözün lüğət forması, kökü) , y1-y8 –lədilin dəyişəni (şəkilçiləri)-kateqoriyası göstərilmişdi.
3-cü hissədə ADTvəQSM-nin qaydalarının taq edilməsinin nəticələri Azərbaycan ingilis və rus dillərinin morfoloji emalında istifadə edilən taqlarla müqayisə edilir. Dördüncü hissə universal taqlardan harada istifadə edilməsindən və onun əsasında yeni kompüter texnologiyalarının yaradılması barəsində bəhs edilir..
Azərbaycan dilinin tamlıq modelinə əsasan Lütfü –Zadənin qeyri səlis məntiqinin alətləri ilə Azərbaycan dilinin tamlıq və qeyri səlis modeli (süni dil modeli) (ADTvəQSM) yaradılmışdı. Bu modeldə x0,1-x1,1-lə dilin invariantı (sözün lüğət forması, kökü), y0,1-y0,8 –lədilin dəyişəni (şəkilçiləri)-kateqoriyası göstərilmişdi.3 Hissədə natural və süni Azərbaycan dilinin morfoloji qaydalarının dilin təbii və süni modelində taq edilməsi, 11 nitq hissələrinin emalının nümunələri və dil trafaretlərinin nəyə xidmət etdiyi göstərilmişdi.
Açar sözlər: NLP, universal taqlar, dil korpusları, təbii və süni dil, modelləşdirmə, qaydalı trafaretlər
Məqalənin tam versiyasını bu lingdən oxuya bilərsiniz https://aem.az/index.php?newsid=3795
Baxış: 871Bünyatovanın universal taqları ilə təbii Azərbaycan dilinin emalı və süni dilə çevrilməsi.
Baxış: 880Bu məqalədə təbii Azərbaycan dilinin morfoloji cəhətdən universal taqlarla təbii və süni emalından bəhs edilir. Məqalə dörd hissədən: giriş, əsas hissə, müqayisə və nəticədən ibarətdir. Giriş hissəsində NLP inkişafının vacibliyindən, ingilis, rus və Azərbaycan dillərinin milli korpuslarının yaradılmasında istifadə edilən taqlara nəzər salınlr. Bu taqlara alternativ olaraq Bunyatovanın yeni «x1-xn və y1-yn» «x0,1-xn və y0,1-y0,n» universal taqlarının hansı zərurətdən necə və nə cür yaradılması və harada tətbiq edilməsi haqqında qısa məlumat verilmişdi. Əsas hissə 3 bölümdən ibarətdir.1. Azərbaycan dilini morfoloji səviyyədə universal x və y taqlarla taqlanmasının metodologiyası. Bu bölümdə Azərbaycan dilinin qaydalarının təsnifatı və onlara taq (kod, işarə) verilməsində Bunyatovanın universal taqlarından necə istifadə edİməsi göstərilir. Universal taqlar rəqəmlərlə indeksləndirilmiş iki riyazi işarələrindən – x və y-dən ibarətdi. İsveç gsixoloqu J, Piajenin idrak nəzəriyyəsinin anlamlarına əsaslanaraq Azərbaycan dilinin tamlıq modeli (ADTM) -təbii dil modeli qurulmuşdu. Bu modeldə x1-x11-lə dilin invariantı (sözün lüğət forması, kökü) , y1-y8 –lədilin dəyişəni (şəkilçiləri)-kateqoriyası göstərilmişdi.
Azərbaycan dilinin tamlıq modelinə əsasan Lütfü –Zadənin qeyri səlis məntiqinin alətləri ilə Azərbaycan dilinin tamlıq və qeyri səlis modeli (süni dil modeli) (ADTvəQSM) yaradılmışdı. Bu modeldə x0,1-x1,1-lə dilin invariantı (sözün lüğət forması, kökü) , y0,1-y0,8 –lədilin dəyişəni (şəkilçiləri)-kateqoriyası göstərilmişdi. Natural və süni Azərbaycan dilinin morfoloji qaydalarının dilin təbii və süni modelində taq edilməsi, 11 nitq hissələrinin emalının nümunələri və dil trafaretlərinin nəyə xidmət etdiyi göstərilmişdi.3-cü hissədə ADTvəQSM-nin qaydalarının taq edilməsinin nəticələri ingilis və rus dillərinin morfoloji emalında istifadə edilən taqlarla müqayisə edilir. Dördüncü hissə universal taqlardan harada istifadə edilməsindən və onun əsasında yeni kompüter texnologiyalarının yaradılması barəsində bəhs edilir..
təbii və süni dil; 5.modelləşdirmə; 6. qaydalı trafaretlər.
Öyrətmədən öyrənməyə keçid
Fatma xanım Bunyatova.
«Öyrətmədən öyrənməyə keçid» kitabı Bakı şəhəri T. Həsənov adına 23 nömrəli tam orta məktəbində keçirilmiş “Öyrətmədən öyrənməyə keçid” layihəsi çərçivəsində görülən işləri özündə ehtiva edir.
Kitabda kurikulumun inkişafı istiqamətində konstruktiv təlimlə şagirdlərdə öyrənmə üsüllarını və sosial bacarıqlarını formalaşdırmaq üçün ibtidai sinif müəllimlərinin bu texnologiya əsasında yeni təlim fəaliyyətinə , metod və üsullara yiyələnməsi yolları əks edilmiş, şagird təfəkkürünün inkişafının ölçü və qiymətləndirmə mexanizmlərindən istifadəetmə bacarıqlarının yiyələnmə yolları göstərilmişdir.
Bu istiqamətdə onlara koqnitivizm (dərketmə) və konstruktivizm (öyrənmə) nəzəriyyələrinin prinsipləri əsasında:
- təlim prosesi qurulmuş;
- treninq, açıq, öyrədici və nümunəvi dərslər keçirilmiş və mentorluq edilmişdi;
Kitabda Azərbaycan dili və riyaziyyat fənn proqramları tamlıq (Piaje) və qeyri səlis (Lütfi-Zadə) məntiqləri əsasında yeni model quruluşunda verilmişdi və müəllimlərin nümünə dərslərində bu quruluş öz əksini göstərmişdi.
Yeni model proqramla təlim alan şagirdlərin akademik, intellektual, sosial bilik və bacarıqların inkişafını ölçülməsi üçün meyarlar yaradılmışdı.
J.Piajenin “Klinik metodu”, C.Blumun “İdrak taksonomiyası”nı və H.Hardnerin “Çoxsahəli zəka” nəzəriyyəsini əsas götürərək, proqramlara uyğun yeni tapşırıqlar batareyası yaradılmışdı.
https://www.researchgate.net/publication/364380842_Azrbaycan_Respublikasi_Thsil_Nazirliyi_T_Hsnov_adina_23_No-li_tam_orta_eksperimental_mktbi_Idrak_mktbi_Fatma_xanim_Bunyatova_Oyrtmdn_oyrnmy_kecid Kitab Resarech Gate portalında predprint halında yerləşdirilmişdi.
Baxış: 1790SMART TƏHSIL-SMART GƏNCLIK

SMART Təhsilin və SMART Rəqamsal proqramlarının
anlamı nədir?
- Dünyanın istənilən nöqtəsindən bilik kontentinə girib keyfiyyətli bilik almaq – SMART təhsildir.
- SMART təhsil təlim prosesini, metod və texnologiyaların modernləşdirmə prosesinin konsepsiyasıdır.
- SMART təhsil proqramları ənənəvi təlim proqramlarının rəqamsal restruksasiyası.
- SMART Azərbaycan dili rəqəmsal proqramları təbii və süni idrak mexanizmləri ilə qurulan –“Tamlıq və qeyri səlis Azərbaycan dili” TQSAD proqram modelı əsasında qurulmuşdur.
- SMART təhsilin –SMART rəqəmsal proqramları- proqramın istənilən nöqtəsindən istənilən biliyi interqrativ olaraq tam bir şəkildə əldə edilərək öyrənilməsi deməkdir
- “SMART Azərbaycan dili” rəqəmsal proqramlarının məqsədi şagirdlərin öyrənmə mühitində öz təfəkkür bacarıqlarını inkişaf etdirərək biliklərini yaradıb qurmasıdır.




