Archive for the ‘Xəbərlər’ Category

TEDxBakı x= independently organized TED event

15 oktyabr 2011

Bir il keçdi.TEDx Bakıdadır. TED anlatmaq, anlamaq üçün fürsətlər məkanıdır. Yaşam dəyərlərində İNSAN olmanın nəhayətsizliyidir.

TEDxBakı — düşüncəsi, anımı, varı, yoxu ilə. RUHUN DİLİ İLƏ başladı. Yüzillər boyu zədəli kimliyində bir tək qoruya bildiyi ruhunu dilləndirdi. Sonra sevdiklərimizi Read the rest of this entry »

Baxış: 1693

5 oktyabr — Müəllimlər günü

Hər il oktyabrın 5-i bütün dünyada Müəllim Günü kimi qeyd olunur. Bu gün müəllimlər öz peşə bayramlarını keçirirlər.

Hər kəs özünün ibtidai məktəbdə, birinci sinifdə oxuduğu illəri xoş xatirə kimi anır və bu xatirələrdə ən əziz yeri, əlbəttə ki, ona sevgi və qayğı ilə qələm tutmağı, yazı yazmağı, kitab oxumağı öyrədən müəllim tutur.

Müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli və ən ğözəl peşədir. Read the rest of this entry »

Baxış: 5231

15 sentyabr — Bilik günü!

Sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür. Trend-in məlumatına görə, 2011-2012-ci tədris ilində ölkəmizin ümumi təhsil məktəblərinin I sinfinə 124 274 şagirdin qəbul olunacağı gözlənilir. 2010-2011-ci dərs ilində I sinif şagirdlərinin sayı 120 420 nəfər olub. 2009-2010-cu tədris ilində isə bu göstərici 118 947 nəfər təşkil edib. Yeni tədris ilində Bakı şəhərindəki ümumi təhsil məktəblərinin I sinfinə 33 464 şagird gedəcək. Ötən tədris ilində bu rəqəm 32 812 nəfər təşkil edib. Təhsil nazirinin əmri ilə təsdiq olunmuş müvafiq qaydalara əsasən, ümumtəhsil məktəblərinə, bir qayda olaraq, hər il sentyabrın 15-dək 6 yaşı tamam olmuş əqli və fizioloji cəhətdən sağlam uşaqlar qəbul edilirlər. İstisna hallarda sentyabrın 15-dən oktyabrın sonunadək olan müddətdə 6 yaşı tamam Read the rest of this entry »

Baxış: 3916

Good news & bad news

        Fatma xanım Bunyatova

İngilislər xeyir və bəd xəbərləri deyəndə cümlələrinin başında bu sözləri işlədirlər. Bir növ bu çox yaxşı haldır, çünki insan istər — isrəməz bu xəbərə ani olaraq psixoloji cəhətdən özünü hazırlayır.

Əvvəlcə başlayaq “good news” — dan.

Mayın  ortalarında mənim elektron poçtuma İtaliyanın İnTech təşkilatının www.intechopen.com Open Access book, «Fuzzy Logic», ISBN 979-953-307-578-4.  meneceri Ms. İva  Simcic— dən   bir məktub gəlmişdi.

Məktub mənə çox maraqlı gəldi və ən çoxu o maraq oyatdı bu jurnalın redaktorunun mənim 2010 -AİCT-3 — beynəlxalq konfransda məruzə etdiyim “ Лoгика целостности, нечеткая логика и моделирование содержания предметных знаний” mövzusunda etdiyim məruzəyə  verilən diqqət idi. Məruzə   Jan Piajenin tamlıq məntiqinə,  Lütfi-Zadənin  qeyri səlist məntiqinə  və bunların  əsasında fənn biliklərinin modelləşdirilməsinə aid idi. Read the rest of this entry »

Baxış: 1874

Evrovision-2011-in qalibi AZƏRBAYCAN OLDU!

Azərbaycan təmsilçiləri Evrovision-2011 -in qalibləri oldu…
 
 
El və Nikinin ifa etdikləri «Running scared» mahnısı 221 balla rəqiblərini geridə qoyaraq yarışmanın qalibi oldular.
2-ci yer 189 balla İtaliya
3-cü yer isə 185 balla İsveçrə təmsilçilərinin oldu…
Bütün Azərbaycanlıları, həmin gün ürəkləri Azərbaycan üçün vuranları təbrik edirik. Read the rest of this entry »
Baxış: 1845

9 may – Faşızm üzərində qələbə günü.

XX əsrdə ikinci dünya müharibəsi illəri bəşəriyyət üçün ən ağır və dəhşətli dövr olmuşdur. Almaniyada və İtaliyada yaranmış faşizm nəinki bu ölkələrin özünü və hətda bütün bəşəriyyəti təhlükə altına aldı. Ikinci vətən müharıbəsi illərində azərbaycan xalqı həm cəbhə bölmələrində, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik nümunələri göstərmişlər. Qısa bir müddətdə respublikada 87 qırıcı təyyarə batalyonu və 1124 özünü müdafiə dəstələri təşkil olundu. 1941-1945-ci illərdə 600 mindən çox azərbaycan oğlan və qızları cəbhəyə yollanırdılar. Azərbaycan diviziyaları Qafqazdan Berlinəcən mübariz yol keçdilər. 130-a yaxın həmyerlilərimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldülər, 30 nəfəri Şərəf ordeni ilə təltif olundular. Read the rest of this entry »

Baxış: 2414

Azərbaycan elminə ağır itki üz verib

Azərbaycan elminə ağır itki üz verib. Əməkdar elm xadimi, folklorşünas alim, filologiya elmlər doktoru, professor, Azərbaycan Respublikası Milli Elmlər Akademisyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi Bəhlul Abdullayev vəfat edib. Mərhumun qızı Nilüfərin ANS PRESS-ə verdiyi məlumata görə, professor ötən gün dünyasını dəyişib.

«O, dekabr ayından xəstə idi. Fevral ayında onda mədəaltı vəzinin xərçəngi aşkarlanmışdı», — deyə o bildirib.

Qeyd edək ki, B.Abdullayev 1940-cı il aprelin 27-də Lerik rayonunun Lələhiran kəndində kolxozçu ailəsində anadan olub. «Yusif Vəzir Çəmənzəminli və folklor» mövzusunda namizədlik dissertasiyası müdafiə edib. O, 60-a yaxın kitabın, onlarla monoqrafiyanın müəllifi, «Dədə Qorqud» və «Novruz» ensiklopediyalarının tərtibatçılarından biri olub. Read the rest of this entry »

Baxış: 2691

Bu gün Torpaq çərşənbəsidir

«İlaxır çərşənbə» — sonuncu «Yer çərşənbəsi»

Bu gün isə Torpaq çərşənbəsidir və hər birinin olduğu kimi, bu çərşənbənin də özünəməxsus qaydaları var. Ən əsası Torpaq çərşənbəsində də tonqal yandırmaq mütləqdir. Novruz çərşənbələrinin sonuncusunda yer oyanır, torpaq nəfəs alır. Bu çərşənbə xalq arasında «Yer çərşənbəsi», «İlaxır çərşənbə» və ya «Torpaq çərşənbəsi» adlanır. İnama görə, Torpaq çərşənbəsi yetişəndə torpaq artıq əkinə hazır olur. Yəni ona toxum səpilə bilər. Əfsanəyə görə, adamların ərzaq qıtlığından əziyyət çəkdikləri bu gündə Su, Od və Yel Torpaq xatunun yeraltı məbədinə qonaq gəlir, burada yatmış Torpağı oyadırlar. Read the rest of this entry »

Baxış: 2497

Khojaly Genocide

At night from February 25 to 26 the Armenian armed forces occupied the town of Khojaly. The occupation was carried out with active support of several units of the Russian Army’s 366th regiment.

Occupation of Khojaly was followed with unprecedented brutalities against the civilian population. In a few hours the aggressors killed 613 innocent and unarmed people. Among them were 106 women, 83 children. 56 people were killed with special brutality. Read the rest of this entry »
Baxış: 1855

XOCALI FACİƏSİ

1988-ci ildən başlamış Ermənistan — Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən müdhiş, faciəli, tarixdə analoqu çox az olan hadisələrdən biri Qarabağın ən qədim insan məskənlərindən biri olan Xocalıda baş vermiş soyqırım olmuşdur. Xocalı faciəsi XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə eyni səviyyədə durur.

Xocalı Xankəndi şəhərindən 14 km şimal-şərqdə yerləşir.

1992-ci ilin qanlı faciəsinə kimi Xocalıda 7 min əhali yaşayırdı. Məlum hadisələr dövründə Ermənistandan, qonşu Xankəndindən ermənilər tərəfindən didərgin salınmış xeyli azərbaycanlı və 1989-cu ildə Fərqanədən qovulmuş məhsəti türkləri də məskunlaşmışdılar. Read the rest of this entry »

Baxış: 2506
Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe